Sual işarəli rübailərim...
1
Bülbül - təranəli, çiçəklər
rəng-rəng,
Durna qaqqıltısı
göyümə gərək.
Qumundan,
gilindən razıyam,
Vətən!
Qürbətin mərməri nəyimə
gərək?!
Bu durna görəsən
niyə tək uçur?
Yayıb
harayını göyə,
tək uçur;
Bəlkə didərginlər, qaçqınlar
kimi
Tənhalıq əzabı çəkərək
uçur?
Qadın
var-dul qalıb, saxlayır külfət,
Qadın var - kişili, övlada həsrət.
Haqsız,
ədalətsiz bölgülərin,
de,
Kimdir günahkarı,
kimdir, təbiət?
Türkün imicinə zərər
vurursan,
Səmti dəyişdirib hara varırsan?
Bir yaşlı körpəni,
söylə nə üçün
Əvvəl yad sözlərlə danışdırırsan?
2
Məhəbbət səslənir eşqin
tarında,
Həzin sədasıdır nakamların
da.
Deyirlər bir dəfə vurulur adam,
Niyə "ilk məhəbbət" sözü
var onda?
Şirin
yuxusuna öd qatır insan,
Süni ürəyi də yaradır insan.
Deyə
bilərsənmi övladı
hər an
Görməyə nə üçün
can atır insan?
Niyə yarpaqların rəngi sarıdır?
Çünki yol payızdan qışa sarıdır.
Baharı
geriyə qaytaran günəş
"Kiminsə eşqinin
yadigarıdır".
Ah-naləm, fəryadım ucalır göyə,
Tez-tez rast gəlirəm nakam taleyə;
Yaradan məhəbbət aşılayıbsa,
Sonra sevənləri
ayırır niyə?
Oxu tuşlayıbsan düz ürəyimə,
Oxu, nəğmələrdən düz
ürəyimə!
Oxu gözəlini
necə unudum?
Oxçayı göndərin köz
ürəyimə!
Sanki səs eşidib hay-küyə gəldin,
Çocuq! Gör haraya, gör
nəyə gəldin?
Heç
nədən yaranıb
- cahan əhlinin
Min cür sifətini
görməyə gəldin.
Nehrəni axtarıb tapasan
gərək,
Bəlkə cavanlara biz salam verək?
Vətən, taleyimiz necə olacaq?
Layla da azalır ana südütək.
Çətin yol gedirik Yeni dünyaya,
Min dərd - sər
yayılıb eyni dünyaya.
Ay ata, ay ana! Ay əzizlərim,
Niyə gətirdiniz məni dünyaya?!
3
Çoxdur qayğıları bəşərin,
Allah!
Yoxdur nəhayəti dərd-sərin,
Allah!
İnsana
möhtəşəm əsərim
desək,
Niyə nöqsanlıdır əsərin,
Allah?
Sorğuya tuturam mən bu dünyanı:
Yaraşıq verməkdə insafın hanı?
Adam var - yekəpər, qlobus kimi,
Adam var - burnundan
tut çıxsın canı.
İlahi,
qulaq as, imkanın varsa,
Az qalıb əlimdə gəzdirəm
əsa.
Niyə yaradıbsan gözəllikləri?
Niyə yaşamağı edibsən
qısa?
Möhtərəm filosof! De, nədir həyat?
Bəlkə tamaşadır, sərgidir
həyat?
Çatsın nəzərinə şöhrətpərəstin:
Sıfırdan-sıfıra yol gedir həyat...
Hələ ayırırlar ağanı
quldan,
De, nəyi əskikdir
qızın oğuldan?
Kainat bəxş edib su, hava, sərvət...
Cəzası-zəlzələ, qasırğa, vulkan.
Alnımda qırış var,
sahəmdə şırım,
Bu tərəf- düzənli,
o yan-sıldırım.
Geniş
dünyamızda axı
nə üçün
Ya ağac, ya adam vurur ildırım?!
Pillədən-pilləyə yüksəldikcə
O,
Evi də yeridi mərkəzə doğru.
Ay dost, mexanika fənnində buna
Mürəkkəb hərəkət deyərlər,
ya yox?
Kimsəsiz adaya köçüb
bir nəfər,
Ömrünü tək-tənha keçirsə
əgər,
Bəbir
öldürsə də,
şir öldürsə
də,
Kim ona qəhrəman,
cəngavər deyər?
Görəsən heç qohum-qardaşı
yoxdur,
Qəbrini isladan göz yaşı yoxdur?
Daşlar
aləmindən kitab yazanın
Hələ indiyədək başdaşı
yoxdur!
Qanımda-qatılıq, canında-ağrı,
Xəstəlik tez tapır təki, fağrı.
Ömrümün əvvəli-ötən əsrdə...
Kimin bu dünyada yoxdur axırı?
Ustad Ağacəfər heç
"mən, mən"
deyir ?
Öz lirik şeirini az, hərdən
deyir.
Fəqət Füzulinin nəğmələrini
Düz iki-üç
saat əzbərdən
deyir.
Həsən bəy, çay içib nədən bəhs edək?
Arzular çoxalıb,
ömürsə gödək.
Ön cəbhə xəttini pozub bəlkə biz
Ağdamın Güllücə kəndinə
gedək?
Yaxşı söz dilin də qənd-noğuludur,
Yaxşı söz göz yaşı kimi saf sudur.
Tez-tez əhvalımı
soruşan kimdir?
Mühəndis İsrafil Qaraoğludur!
Müzahim İsmayıl! Dəyərli
insan!
Halal qismətindir
mükafat, ad-san.
Qayıtdın Sibirdən - Qırmızıyardan,
De, görüm necədir
qohumum Hicran?
Uğurlu,
uğursuz günlər
görmüşəm,
Gah acı,
gah şirin meyvə dərmişəm.
Məni ahıllıqda yandıran
nədir?
Bir də tapılmayan vaxt itirmişəm!
Dilimdə-düzlük, haqq, əlimdə qabar,
Doğru söz deyəni ağrı tez tapar.
Niyə istəmirsən qalxım kürsüyə?
...Şeir oxuyaram,
bərk alqış qopar.
4
Bayquşun nə imiş əsas günahı?
Uluya-uluya
açır sabahı;
Gecə
xilqətitək yaranmaq
azmış,
Səsi, avazı da xoş
gəlmir axı?
Qəşəng qaratoyuq sübh
tezdən niyə
Cik-ciki saxlayıb
keçib şərqiyə?
Axı beş həftəlik
vaxt var Novruza,
Qar, boran qayıdar birdən geriyə...
Doğru
söz söyləyən
"axmaqdır" niyə,
Bumeranq qayıdan
toxmaqdır niyə?
Pələngə ən yaxın qohum olsa da,
Pişiklər bu qədər qorxaqdır niyə?
Quzu mələməsi fəryad,
həzin səs,
Maral balasına ahu deyilməz!
Beçə böyüyərək xoruzlaşırsa,
Körpə uzunqulaq nə adlanır bəs?
Bir zaman toxunub, dəyib xətrinə,
Görəsən bu adı kim verib
sənə?
...Ərzin xəbisləri yığışsa, yəqin
Baxarsan dəryanın
dərinliyinə.
5
Deyirlər çox şeyi
alma eyninə,
Adamı yandırır bilirsiniz nə?
Avropa Şurası razılıq
verib-
Kişinin kişiylə evlənməyinə!
BeEmTe! Sülh yolu salmalısan sən,
Bir yerdə
nə qədər qalmalısan sən?
Ancaq öz xeyrini güdən dövlətin
Yenə "səs maşını" olmalısan sən?
Haylar Fransaya tez hay verdilər,
Siyasət "bağından çiçək
dərdilər";
Görəsən nə üçün
Şirak çölündən
Cənab Jak Şiraka gül göndərdilər?
Bir ölkə çox kasıb, bir ölkə toxdur,
Bəd xəbər bağrıma
sancılan oxdur;
Qoçuluq eyləyən dövlətlərdə
var -
Niyə Türkiyənin atomu yoxdur?
Bəşərin birliyi bütöv,
tam deyil,
Minnətli yaxşılıq ehtiram
deyil!
Nə üçün ən güclü üç-dörd
ölkənin
Başında duranlar düz adam deyil?!
Bir yanda ah-nalə, bir yanda cəh-cəh,
Dayanıb üzbəüz kədərlə
fərəh.
Təbii
bəla da bürüyüb Ərzi,
Zəlzələ, sunami, sel nəyə
gərək?!
Qan! Xoşun gəlirmi kim desə
"qan-qan"?
Al-qızıl rəngindən
yəqin razısan?
Bəlkə insanları qorxutmaq
üçün
Bu qədər dəhşətli,
qıp-qırmızısan?
Oqtay
RZA,
Əməkdar müəllim
525-ci qəzet.- 2016.- 24 may.- S.7