Moskva səfərindən...
... Rəhbərlik tərəfindən bildirildi ki, universitet nümayəndələri
Moskva şəhərinə
ezam olunub. Və siyahıda mənim də adım var.
Bu xəbər məni
sevindirməklə yanaşı,
bir qədər uzaqlara apardı, axı Moskva mənim sevdiyim və həyatımın müəyyən mərhələsində
mənə doğma olan şəhərlərdəndir. Hava limanında
keçirdiyim hissləri
sözlə ifadə etmək mümkün deyil. Düz 10 ildən sonra
bir zamanlar mənə öz evim kimi doğma
olan şəhərə
yola düşürdük.
Moskvaya yenidən
getmək, bu şəhərdə yenidən
olmaq mənim üçün çox insanın Paris, London, Roma kimi
şəhərlərə olan sevgisindən daha üstündür. Həyatımın
on ilini keçirdiyim doğma şəhərdir
axı...
Biz çatanda orada
soyuq idi, hava həmişəki kimi, əsl Moskva havası idi. Axı bu şəhər
hamını soyuq qarşılayır, içindəki
istiliyi gizlədərək,
onu üzə vurmadan soyuq və laqeyd. Bu şəhəri qəlbi sevgi ilə, alovlu eşqlə dolu, lakin üzdən
laqeyd, soyuq və təmkinli qadına bənzətmişəm
həmişə...
Beləliklə, 11-13 may 2016-cı il tarixində Azərbaycan Dillər Universitetinin (ADU)
Beynəlxalq əlaqələr
üzrə prorektoru,
professor Jalə Qəribovanın
başçılıq etdiyi
nümayəndə heyəti
ilə Rusiyanın Moskva şəhərində
yerləşən "Prezident
hoteli"ndə təşkil
edilən beşinci illik "Beynəlxalq Təhsilin İnkişafı
ilə bağlı Avrasiya Konfransı"nda
(IUNC Eurasia 2016) iştirak etdik.
"Prezident hoteli"
Moskva çayının
cənub sahilində yerləşən, Tretyakov
Qalereyasına və Qorki parkına yaxın olan beşulduzlu "Prezident hotel"i şəhərin
ən dəbdəbəli
hotellərindən biridir. Bir neçə
gözəl tərtibata
malik qədim kilsələrdən ibarət
olan hotel Kremldən 1
km məsafə aralıda
yerləşir. Kremlin ətrafı, Qızıl
meydan məni 10 il əvvələ, vaxtilə Vətəndən
uzaq qalan zaman keçirdiyim
günlərə qaytardı.
Çeşidli hisslərim
içərisində daha
çox sevinc hiss etdirdi buralar mənə. Buralar mənim üçün
tam bir nostalji havasını yaşadan məkandır.
M.V. Lomonosov adına
Moskva Dövlət Universiteti - "MQU"
Konfransın ilk günündə digər iştirakçılarla
birgə ADU-nun nümayəndə
heyəti M.V.Lomonosov adına Moskva
Dövlət Universitetində
olduq. Bu qədim
təhsil müəssisəsi
ilə tanışlıq
zamanı Moskva Dövlət Universitetində
şifahi formada keçirilən imtahan prosesini izləmək imkanımız da oldu. Eyni zamanda, auditoriyalarda dərs prosesində iştirak etdik, 1000 nəfərin yerləşə
biləcəyi Akt zalında, həmçinin
Lomonosov adına kitabxanada da olduq. Onu da qeyd edim ki, Sovetler
dövrünü xatırladan
akt zalında demək olar ki, bütün avadanlıqların qorunub saxlanılması tarixin itməməsinə səbəb
olub.
Universitetin yaranması və tarixi haqqında bizə geniş məlumat verildi. Belə ki,
1755-ci ildə əsası
qoyulan Moskva Dövlət Universiteti Rusiyada ən qədim universitet hesab olunur. Mixail Vasilyeviç Lomonosovun səyi və İvan İvanoviç Şuvalovun,
həmçinin imperator I Elizabetin
dəstəyi ilə yaranan universitet əsası qoyulduğu gündən etibarən 44
rektor tərəfindən
idarə olunub, onlardan 32 rektor universitetin tələbəsi
olub. Universitetdə 42 fakültə, müxtəlif təhsil bölmələri, tədqiqat
institutları və mərkəzləri, muzeyləri,
filial kampusları, sosial
xidmətləri fəaliyyət
göstərir. Moskva Dövlət
Universitetinin 40000-dən çox
məzunu, 70000-dən çox
tələbəsi və
5000 nəfər tədqiqatçısı
olduğu, həmçinin
5000-dən çox mütəxəssisin
ixtisasartırma kursları
keçdiyi bildirildi.
Son dərəcə kompleks sistemə malik olan universitetin
kampusu, eyni zamanda zəngin kitabxanası ilə Rusiyada ən geniş kitabxanalardan biri hesab olunur.
"Beynəlxalq Təhsilin İnkişafı ilə bağlı Avrasiya Konfransı"nda
"Beynəlxalq Təhsilin İnkişafı ilə bağlı Avrasiya Konfransı" tələbə
mübadilə proqramlarının
inkişafı və üçüncü ölkədən
müqavilələr əsasında
tələbələrin qəbulu
məqsədi ilə xarici ali təhsil
müəssisələri və
rekrutinq (işəgötürmə)
agentlikləri vasitəsi
ilə Rusiya və MDB ali təhsil müəssisələri
arasında əməkdaşlığın
qurulmasına yönələn
konfrans, eyni zamanda universitet əməkdaşlarının ixtisasartırmalarını
inkişaf etdirmək və onlara universitetlərin beynəlxalq
fəaliyyətindəki məqsədlərinə
nail olmaq imkanları yaradırdı. Qeyd edim ki, "workshop" sistemi vasitəsi ilə xarici universitetlər və orqanlarla görüşlər
üçün əsas
alət kimi istifadə edən ali təhsil
sahəsində yeganə
və maraqlı olan hər bir
potensial tərəfdaş
ilə fərdi görüşlər keçirmək
imkanı verdi. Bununla bərabər, konfrans iştirakçılara müvafiq
şəxsləri tapmağa,
eyni zamanda onlarla səmərəli görüşlər keçirməyə
kömək edən ən müasir onlayn platformanı təmin etdi.
Konfransın ikinci günü
müvafiq olaraq "Universitetin əməkdaşlıq
və interaktiv media vasitələri ilə dəyişməsi", "Tibbi
universitetlər: əməkdaşlıq
və partnyorluq",
"Misirdə ali təhsilin beynəlmiləlləşməsi
və əməkdaşlıq
imkanları", "Norveç
tələbələrini təmsil
etdiyiniz universitetə
necə cəlb etmək olar?" adlanan paralel sessiyalarda iştirak etdik. Konfransda "Avrasiya-Beynəlxalq təhsilin
yeni üfüqləri",
"Bazar iqtisadiyyatı
üzrə əcnəbi
tələbələrin qəbul
olunmasının effektiv
vasitələri", "Müvəffəqiyyətli
universitetlərarası əməkdaşlığın
təhlil formaları və vasitələri, ən yaxşı təcrübələrin mənimsənilməsi"
və digər mövzular üzrə məruzələri də
dinlədik.
Konfransın üçüncü günü
də çoxsaylı
görüşlərimiz davam
etdi. Müxtəlif universitetlərin nümayəndələri Azərbaycanın
tarixi, coğrafiyası
haqqında məlumatlı
olduqlarını da bildirdilər. Sudanı təmsil
edən nümayəndə
1986-cı ildə Moskvada
təhsil aldığı
zaman dostluq etdiyi tələbə yoldaşları arasında
azərbaycanlının da
olduğunu xatırladı.
Hətta
Azərbaycanda yetişdirilən
pomidorun ləzzətli
dadı elə o vaxtdan onun yadında
qaldığını və
çox fərqləndiyini
söylədi.
İştirakçıların dilində Azərbaycan...
Avrasiya Universitetləri Birliyinin icraedici direktoru Bogdan Voronovskiylə söhbət zamanı o, Azərbaycana səfər etdiyini, ölkəmizi tanıdığını, Azərbaycanın
tarixi abidələri ilə tanış
olduğunu və xoş təəssüratlarla
qayıtdığını bildirdi. Böyük Britaniyadan olan nümayəndə də Azərbaycan haqqında məlumatının olduğunu
və bu ilin iyun ayında
ölkəmizə səfər
etmək istədiyini dedi. Bundan əlavə, italiyalı
nümayəndə ilk Avropa
Oyunlarının açılış
mərasimində iştirak
etdiyini və bunun möhtəşəm
şəkildə təşkil
olunduğunu vurğuladı.
Təbii
ki, 2012-ci ildə “Avroviziya” Mahnı Müsabiqəsi və
2015-ci ildə ilk Avropa
Oyunlarının Azərbaycanda
keçirilməsi ölkəmizin
tanınmasında mühüm
əhəmiyyət kəsb
edən hadisələrdən
olub.
Sessiyalardan sonra müvafiq nömrələnmiş stollarda
hər bir iştirakçı öz
ölkəsini və universitetini təmsil edirdi. Burada Azərbaycan
ali təhsil
müəssisələri içərisindən
yalnız ADU iştirak
edirdi. Bu da
əlbəttə ki, çox qürurverici idi. Bizim 90-na yaxın universitet
və agentliklərin nümayəndələri ilə
görüşmək imkanımız
oldu. MDB ölkələrinin universitetləri
tələbə mübadiləsində
və yay məktəblərinin təşkil
olunmasında maraqlı
olduqlarını bildirirdilər.
Bundan əlavə, müxtəlif
təkliflər ətrafında
müzakirələrimiz oldu,
ikitərəfli əməkdaşlıq
haqqında söhbətlər
apardıq. Bu zaman dünyanın müxtəlif ölkələrindən
olan nümayəndələrə
həm də Vətənimiz haqqında
məlumat vermək, Azərbaycanı təmsil
etmək imkanımız
oldu. Bu hisləri
hər birinizə yaşamağı arzu edirəm. Üç
gün ərzində ölkəmizin tarixi, yerləşdiyi ərazi, gerbimiz və bayrağımız, Bakı,
həmçinin gəzməli-görməli
yerləri özündə
əks etdirən fotoları, o cümlədən,
ölkəmizin mədəniyyət
nümunələrinin fotosunu,
ədəbiyyatımız, mədəniyyətimiz, mətbəximizlə
bağlı məlumatları
və fotoları, həmçinin ADU tərəfindən
verilən hədiyyələri
təqdim etmək və bütün bunlara marağın şahidi olmaq sözlə ifadə olunmayacaq qədər əvəzsiz hisslər yaşamaq çox gözəl idi.
Bu da son...
Konfransın son günü ADU-nun nümayəndə heyəti
beşinci illik "Beynəlxalq Təhsilin İnkişafı ilə bağlı Avrasiya Konfransı"nda (IUNC Eurasia 2016) müvəffəqiyyətli iştiraka
görə sertifikatlarla
təltif olundular.
Konfransdan sonra bütün nümayəndələrin iştirak
etdiyi gəmi gəzintisi təşkil olundu. Qonaqlar bu imkandan istifadə edərək Moskvanın gözəl mənzərəsini seyr etmək fürsəti əldə etdilər.
Moskva şəhərinin ecazkar,
rəngbərəng işıqlarında
duyduğum doğmalıqla
hiss etdiyim gözəl
düşüncələrin fonunda həm də qəlbimdə Vətənimiz üçün
azca da olsa
xeyirli və faydalı işimizdən məmnunluq vardı.
Şəfaqət KAZIMOVA
ADU-nun İctimaiyyətlə
Əlaqələr Departamentinin
müdiri
Bakı-Moskva-Bakı
525-ci qəzet.- 2016.- 24 may.- S.4.