Eynəli bəy Sultanovun 150 illiyi elmi konfransla qeyd edilib

 

"Naxçıvan" Universitetində Azərbaycan dili ədəbiyyat kafedrasının təşkilatçılığı ilə "Eynəli bəy Sultanovun 150 illik yubileyi" mövzusunda elmi konfrans keçirilib.

 

Konfransı giriş sözü ilə universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktru, dosent İbrahim Kazımbəyli açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında" 2016-cı il 15 fevral tarixli sərəncamı görkəmli mütəfəkkirin həyat fəaliyyətinin yenidən tədqiq olunması ilə yanaşı, həm ədəbiyyatımızın, mədəniyyətimizin, ümumilikdə, ictimai fikir tariximizin öyrənilməsinə xidmət edən mühüm bir dövlət sənədi olduğunu bildirib.

 

Konfransda Azərbaycan dili ədəbiyyat kafedrasının müəllimləri professor Sədaqət Həsənovanın "Eynəli bəy Sultanovun dil üslub xüsusiyyətləri", filologiya üzrə fəlsəfə doktorları Nüşabə Məmmədovanın "Eynəli bəy Sultanovun tərcüməçilik fəaliyyəti", Nurlana Əliyevanın "Eynəli bəy Sultanov Məhəmməd Tağı Sidqinin müasiri kimi" Anar Abuzərlinin "Milli mücadilədə Eynəli bəy Sultanov" mövzularında çıxışları dinlənilib. Bildirilib ki, xalqımızın maariflənməsi, ədəbiyyatımızın, mədəniyyətimizin, elmimizin inkişafında yorulmadan fəaliyyət göstərən görkəmli şəxsiyyətlərin həyat fəaliyyətinin öyrənilməsi, bugünkü gələcək nəsillərə çatdırılması vacib məsələdir. Görkəmli yazıçı-publisist pedaqoq Eynəli bəy Sultanovun da çoxşaxəli fəaliyyəti Azərbaycan ictimai fikir tarixində mühüm mərhələ təşkil edir.

 

1866-cı ildə Naxçıvanda anadan olan Eynəli bəy Sultanov ilk təhsilini buradakı qəza məktəbində alıb, sonra İrəvan kişi gimnaziyasında oxuyub. Görkəmli ziyalı həm Qarsda, İrəvanda Tiflisdə müxtəlif vəzifələrdə çalışıb. "Tiflis Müsəlman Xeyriyyə Cəmiyyətində" Zaqazqaziya Maliyyə Komissarlığında işləyib. "Kaspi " qəzetinin İrəvan Naxçıvan üzrə xüsusi müxbiri "Kavkazskaya kammuna" qəzetinin redaktoru, "İşıq yolu" qəzetinin məsul katibi vəzifəsində işləyib. Hələ 1882-1883-cü illərdə Naxçıvanda "Ziyalı məclisi", "Müsəlman dram incəsənəti cəmiyyəti" kimi ədəbi - mədəni mərkəzlər yaradıb. Onun adı yazıçı-publisist, ictimai xadim, eyni zamanda, mədəniyyət tariximizə teatr xadimi tənqidçisi kimi həkk olunub. Dövrünün böyük ziyalılarından olan Eynəli bəyin Naxçıvanda teatr sənətinin inkişafında xidmətləri böyük olub.

 

Sonda tədbir iştirakçıları Eynəli bəy Sultanov "150" başlıqlı slayda baxıblar.

 

525-ci qəzet.- 2016.- 26 may.- S.7