Akademik Kamal
Talıbzadənin əsərləri təqdim edildi
Mayın
25-də Azərbaycan Milli
Elmlər Akademiyası
(AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun
Elektron akt zalında Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi, Əməkdar
elm xadimi, akademik Kamal Talıbzadənin
"Azərbaycan ədəbi
tənqidinin tarixi
(1800-1920-ci illər)" və
"Seçilmiş əsərləri"
kitablarının təqdimat
mərasimi keçirildi.
Əvvəlcə AMEA-nın vitse-prezidenti,
institutun direktoru, akademik İsa Həbibbəyli Kamal Talıbzadənin həyat
və yaradıcılığı
barədə ətraflı
məlumat verdi,
görkəmli alimin Azərbaycan ədəbiyyatşünaslığı
tarixində mühüm
xidmətlərindən danışdı.
Akademik İsa Həbibbəyli qeyd etdi ki, XX əsr
Azərbaycan ədəbiyyatşünaslıq
elminin ən görkəmli nümayəndələrindən
biri olan akademik Kamal Talıbzadə Azərbaycan
ədəbi tənqidinə,
onun tarixi və nəzəriyyəsinin
öyrənilməsinə bütöv
bir ömür sərf etmişdir. Öz yaradıcılığında ədəbi əlaqələrə
böyük önəm
vermiş görkəmli
alim bu istiqamətdə
görülən işləri
daha da zənginləşdirmişdir.
O, həmişə gəncliyə
açıq olmuş,
zəhmətkeş və
istedadlı gənclərə
diqqət və qayğısını əsirgəməmişdir.
Bildirildi ki, akademik Kamal
Talıbzadə iyirminci
yüzillik Azərbaycan
ədəbiyyatının və
ədəbiyyatşünaslığının
geniş elmi portretini yaratmışdır. Onun qiymətli
elmi əsərləri
müstəqillik dövrü
Azərbaycan ədəbiyyatşünaslıq
elminin müasir inkişaf yollarına işıq salır.
Təqdim
olunan nəşrlərin
əhəmiyyətindən danışan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirdi ki, kitablarda
akademik Kamal Talıbzadənin tənqidi
görüşləri, Azərbaycan
ədəbi tənqidinin
tarixi kökləri, ədəbi tənqidin əsas cərəyanları
olan realist və romantik tənqid, Azərbaycan şeirinin dramaturgiyasının inkişaf
mərhələləri haqqında
araşdırmaları öz
əksini tapıb. Zəngin arxiv materialları və ədəbi-tarixə
əsaslanan bu əsərlərdə müxtəlif
tənqidi cərəyanların
ideya-estetik özünəməxsusluqları
dövrün ümumi
ədəbi prosesi fonunda və müasirlik işığı
altında izah olunur.
Sonra Ədəbiyyat
İnstitutunun şöbə
müdiri, filologiya üzrə elmlər doktoru Vaqif Yusifli
"Görkəmli tənqidçi
ədəbiyyatşünas Kamal Talıbzadə" mövzusunda məruzəsini
təqdim etdi. Məruzədə bildirildi ki, ədəbiyyat tarixçiliyi
Kamal Talıbzadənin
tənqidçi təfəkkürünün
möhkəm dayaqlarıdır.
Ədəbi prosesin təqdimatında
ədəbiyyat tarixinin
faktlarına və hadisələrinə əsaslanmaqla,
ədəbi gedişata
istinad etməklə fikir və mülahizə
yürütmək, dərin
elmi ümumiləşdirmələr
aparmaq alimin tənqidçi kimi münasibətini ifadə
edən baxışlarının
təzahürüdür.
Tədbirdə digər çıxış
edənlər - Mədəniyyət
və Turizm Nazirliyinin şöbə müdiri Azadə Hüseynova, filologiya üzrə elmlər doktorları Alxan Bayramoğlu, Nizami Tağısoy, Şamil Vəliyev, Qurban Bayramov, filologiya üzrə fəlsəfə
doktoru Elnarə Akimova XX əsr Azərbaycan ədəbi tənqidinin görkəmli
nümayəndəsi Kamal
Talıbzadənin ənənəvilik
və müasirlik məsələlərinə xüsusi
əhəmiyyət verdiyini
bildirdilər, onu Azərbaycan ədəbiyyatşünaslıq
elminin formalaşmasında
mühüm rol oynamış cəsarətli
və obyektiv tənqidçi kimi səciyyələndirdilər.
Akademik Kamal Talıbzadənin ailəsi
adından sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Ülkər Talıbzadə çıxış
edərək Ədəbiyyat
İnstitutunun rəhbərliyinə
minnətdarlığını ifadə etdi.
Tədbirdə tanınmış elm və mədəniyyət
nümayəndələri, Ədəbiyyat İnstitutunun,
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və
Abdulla Şaiqin Ev Muzeyinin əməkdaşları
iştirak edirdilər.
Tədbir boyu görkəmli
alimin həyat və
yaradıcılığını əks etdirən slaydlar nümayiş olundu.
525-ci qəzet.- 2016.- 26 may.- S.7