Azərbaycan elmi "Böyük Çöl" Birinci Beynəlxalq Humanitar Elmlər Forumunda   təmsil olunub

 

Azərbaycan elmi "Böyük Çöl" Birinci Beynəlxalq Humanitar Elmlər Forumunda uğurla təmsil olunub

Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Astana şəhərində, Nazarbayev Mərkəzində mayın 23-24-də "Böyük Çöl" adlı Birinci Humanitar Elmlər Forumu keçirilib.

Tədbir çərçivəsində Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nu müasir ədəbiyyatın görkəmli nümayəndəsi və tanınmış ictimai xadim Oljas Süleymenova təqdim edib. Xatırladaq ki, bir neçə gün əvvəl dövlətimizin başçısı İlham Əliyev 80 illik yubileyi münasibətilə Oljas Süleymenovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Prezident İlham Əliyevin təbrik məktubunu oxuyan səfir Rəşad Məmmədov Oljas Süleymenovun 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı öz ictimai fəaliyyətində Azərbaycan gerçəkliklərini son dərəcə obyektiv işıqlandırdığını bildiribqeyd edib ki, onun anti-nüvə hərəkatında parlaq vətəndaş mövqeyi dünyada nüvə silahı sınaqlarının qadağan edilməsi uğrunda mübarizədə, heç şübhəsiz, öz rolunu oynayıb. Forumda "Avrasiya məkanında elmi əməkdaşlıq və inteqrasiya: Müasir yanaşmaların axtarışı", "Türkologiya yeni mərhələdə: Metodoloji yanaşmalar, müasir texnologiyalar və fənlərarası aspektlər", "Türk irsi müasir etnik-mədəni inteqrasiya kontekstində", "Böyük Çöl sivilizasiyası: ümumixüsusi" mövzusunda panellərdə müzakirələr aparılıb. "Böyük Çöl"ün mədəniyyəti, həmin sivilizasiyada insanın formalaşması kimi mövzular müzakirə olunub.

Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr edilmiş "Türkologiya yeni mərhələdə: Metodoloji yanaşmalar, müasir texnologiyalar və fənlərarası aspektlər" mövzusunda keçirilən panelin moderatoru akademik İ.Həbibbəyli olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 90 illiyi münasibətilə imzaladığı Sərəncamın böyük əhəmiyyətini xüsusi vurğulayan akademik İsa Həbibbəyli yubileylə bağlı digər türkdilli dövlətlərlə yanaşı, ölkəmizdə də keçirilən tədbirlərdən ətraflı danışıb. "Türk dünyasında inteqrasiya prosesləri: ədəbi-tarixi ənənələr və müasir dövr" adlı məruzə ilə çıxış edən akademik İ.Həbibbəyli qurultayın tarixielmi əhəmiyyəti, müzakirə olunmuş məsələlər, təmsil olunmuş ölkələr və Birinci Türkoloji Qurultayın nümayəndələri, onların sonrakı taleyi haqqında geniş danışıb.

Beynəlxalq forum çərçivəsində Türk Dünyası Elmlər Akademiyaları Birliyinin də toplantısı keçirilib. Qurumun rəhbərliyində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin də təmsil olunduğu iclasda bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mühüm əhəmiyyətə malik qərarlar qəbul olunub.

Ümumilikdə, iclasda latın əlifbası, inteqrasiya, doktorantura hazırlığı, birgə tədqiqatlar, inpakt faktorlu jurnallarla əməkdaşlıq və sairə məsələlərdən ətraflı bəhs olunub, geniş müzakirələr aparılıb. Azərbaycan elminin uğurla təmsil olunduğu beynəlxalq konfransda AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, müxbir üzv Möhsün Nağısoylunun dil problemləri üzrə məruzəsi maraqla dinlənilib. ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovun, AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovunbaşqa alimlərin də məruzələri beynəlxalq tərkibli redaksiya heyəti tərəfindən bəyənilib. Forumda Türk Akademiyasının fəaliyyəti dövründə nəşr edilən kitabların sərgisi də keçirilib.

Tədbir çərçivəsində bir sıra beynəlxalq elmi müəssisələrlə Türk Akademiyası arasında Memorandum imzalanıb.

Birinci Beynəlxalq Humanitar Forumunda Azərbaycanı elm adamları ilə yanaşı, Milli Məclisin deputatları, bir sıra nazirlikləri, dövlət strukturlarını təmsil edən digər nümayəndələr və jurnalistlər də iştirak ediblər.

 

Samirə

525-ci qəzet.- 2016.- 26 may.- S.5.