Azərbaycan Xalq Cümhuriyyəti: milli
istiqlalın təntənəsi
1918-ci il mayın
28-də Azərbaycan istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər
ziyalıların, peşəkar hərbçilərin
adları xalqımızın yaddaşına əbədi həkk
olunmuşdur" .
Heydər
Əliyev
Çoxəsrlik
dövlətcilik ənənələrinə malik olan ölkəmizdə
28 may 1918-ci ildə bütün türk dünyasının
ilk müstəqil respublikası doguldu.
Butövlükdə müsəlman Şərqində ilk
demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin
çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni
inkişafının, xalqımızın milli
oyanışı və dirçəlişi proseslərinin məntiqi
nəticəsi kimi meydana çıxdı. Millətimizin
demokratik respublika quruculuğundakı ilk tarixi təşəbbüsü
və uğuru bütün sonraki dövrlərdə Azərbaycanın
dünya siyasi sistemində suverenlik hüququnu şərtləndirən
taleyüklü tarixi bir amil idi.
Azərbaycan xalqının müstəqillik əzmini
nümayiş etdirən Azərbaycan Xalq Cümhuriyyəti XX əsr
dünya siyasi mədəniyyətinin ən qabaqcıl
demokratik formalarını öz dövlət təsisatlarında
milli zəmində tətbiq etməyin ilk təcrübəsi
idi. Bu təcrübə zamanın sınağından
ugurla keçərək yeni dövrdə Azərbaycanın
dövlətçilik ənənəsinin əsasını
yaratdı. Birinci Dünya müharibəsinin sonlarına
doğru qalib və məğlub imperialist dövlətlərin
Qafqaz regionunda maraqlarının kəskin şəkildə
toqquşduğu dramatik tarixi bir zamanda Azərbaycan oz mustəqilliyini
elan etdi və cətinliklə də olsa buna nail oldu. Bu bizim xalqimiz ucun taleyüklü bir nailiyyət idi.
Əgər o zaman cümhuriyyət
yaranmasaydı, sonradan ölkəmizin Sovet İttifaqı tərkibinə
muttəfiq respublika kimi daxil olması və bu İttifaq
dağılarkən, bir suveren dövlət kimi öz müstəqilliyini
bərpa etməsi də mümkün olmayacaqdı. Buna
görə də 28 may Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması gunu ölkəmizdə Respublika Günü
kimi qeyd olunur ve hər birimiz haqli olaraq bu sanli tarixlə fəxr
edirik.
Azərbaycan Xalq Cümhuriyyəti yeni dünya tarixinin
yetərincə mürəkkəb çağında -
imperiya, müstəmləkə və istibdad rejimlərinin
çökməsinə və milli müstəqillik hərəkatlarının
zəfər çalmasına zərurət və şərait
yarandığı bir dönəmdə ərsəyə gəlmişdi. 1918-ci ilin əvvəllərində
- Birinci Dünya müharibəsinin başa çatmasına
bir neçə ay qalmış Zaqafqaziya Seyminin azərbaycanlı,
gürcü və
erməni
deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Federativ Demokratik
Respublikasının yarandığını elan etmişdilər.
Seymdə azərbaycanlı deputatların 44 nəfərlik
fraksiyasına Azərbaycanın görkəmli siyasi xadimi Məmməd
Əmin Rəsulzadə rəhbərlik edirdi.
Lakin bu
federativ qurumun perspektivsizliyini goren Azərbaycan
Milli Şurasının sədri M.Ə.Rəsulzadə oz
fealiyyetini Azerbaycanin musteqil dovlet quruculuguna istiqametlendirdi.
M.Ə.Rəsulzadənin başçılığı ilə
F.Köçərli, F.Xoyski, N.Yusifbəli, S.M.Qənizadə,
Ş.Rüstəmbəyov, X.Xasməmmədov, M.Hacınski və
44 deputatdan ibaret Milli Sura mayın 28-də Tiflisdə, Qafqaz
canişininin sarayında kecirdiyi tarixi iclasında Azərbaycanın
istiqlaliyyətini elan etdi. Belelikle, tarixde ilk turk
cumhuriyyeti doguldu ve XX əsrin əvvəllərindən
başlayaraq Azərbaycan məfkurəsinin ideoloqlarından
biri olan Məmməd Əmin Rəsulzadə həm də Azərbaycan
Xalq Cümhuriyyətinin banilərindən biri oldu.
Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası
olduqca çətin bir vaxtda hakimiyyətə gəlirdi. Kommunarların
əlində olan Bakı Soveti hakimiyyətdən çəkilmək
istəmir, daşnak ordusu ilə birlikdə kütləvi
soyqırım xarakterli qırğınlar törədirdi.
Millətin ölüm-dirim savaşı
qarşısında qaldığını görən Milli
Şura Gəncə şəhərində təcili
toplantısını keçirdi. Fətəli
xan Xoyskinin başçılığı ilə müvəqqəti
hökumət yaradıldı. Qəbul olunmuş bəyannaməyə
əsasən, Milli Şura ali qanunverici,
müvəqqəti hökumət isə ali idarəedici orqan
kimi tanindı. Dövləti möhkəmlətmək,
onu xarici təcavüzdən və daxili parçalanmadan
qorumaq məqsədilə Türkiyə hökumətindən
yardım istəmək qərara alındı. Azərbaycan və Türkiyənin hələ o
zamandan vahid geosiyasi maraqlardan çıxış etməsi
onu göstərir ki, qardaş xalqlar bu tandemin onların hər
ikisi üçün həyati əhəmiyyətə malik
olduğuna əmin idilər. Həmin ilin 23
sentyabrında Azərbaycanın milli ordusu türkiyəli
komandan Nuru paşanın əsgərləri ilə birlikdə
qondarma "Mərkəzi Xəzər diktaturası" və
eser-daşnak qüvvələrini darmadağın edərək
Bakıya girdi və həmin gün də Bakı Azərbaycan
Xalq Cümhuriyyətinin paytaxtına çevrildi. Amma sürətlə dəyişən sonrakı hərbi-siyasi
proseslər nəticəsində Türkiyə qoşunu
ölkəni tərk etməli oldu. Antanta
dövlətlərinin məqsədi Türkiyəni Azərbaycandan
uzaqlaşdırıb, Bakını birdəfəlik Britaniya
imperiyasının nəzarəti altına salmaq idi. İngilislərin Bakıya daxil olmasını anti-Azərbaycan
və anti-Türkiyə meylli bütün qüvvələr,
xüsusilə ermənilər sevinclə
qarşıladılar. Ermənilərin və
rusların təhriki ilə qızışdırılan
milli-siyasi qarşıdurmaların ən qaynar
çağında - dekabrın 7-də Bakıda Azərbaycan
Parlamenti öz işinə başladı. Yenə
də həmin qüvvələrin milli parlamentin ilk
toplantısını pozmaq cəhdləri baş tutmadı.
Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənməsi
yolunda tarixi işlər görmüş dövlətimizin ilk
Parlamenti koalisiya hökumətini təsis etdi. Fətəli
xan Xoyski yenidən Nazirlər Şurasının sədri
seçildi. Britaniya hərbi qüvvələrinin
komandanı general Tomson da rəsmi olaraq bu hökuməti
tanıdı, rus milli şurasına da onu tanımağı
tövsiyə etdi. Azərbaycanı yenidən Rusiya
imperiyasının əsarəti altına verməyə
çalışan qondarma "Qafqaz-Xəzər hökuməti"
Azərbaycan Xalq Cümhuriyyətinin siyasi mövcudluğu ilə
barışmadığına görə, qanundankənar elan
edildi və onun rəhbərləri 48 saata Azərbaycandan
çıxarıldı. Milli hökumət tədricən
ölkəyə nəzarəti tam olaraq öz əlinə
alırdı. Avqusta qədər Britaniya hərbi
qüvvələri də Bakıdan çıxarıldı.
Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin
gözlənilməz dəyişikliklərlə müşayiət
olunan qısa zaman kəsiyində yürütdüyü
düzgün siyasətin və çevik diplomatiyanın bəhrəsi
idi.
Azərbaycan hökuməti Birinci Dünya müharibəsində
qalib gəlmiş ölkələrin 1919-cu ildə Fransada
keçirilən Versal Beynəlxalq Sülh Konfransına öz
nümayəndəsini göndərdi. Təbii ki, konfrans
Antanta üzvü olan Rusiyadan qopmuş yeni milli dövlətlərin
təzədən ona birləşdirilməsinə
çalışırdı. Bütün
bunlara baxmayaraq, müstəqilliyini qorumaq uğrunda qətiyyətlə
mübarizə aparan Azərbaycan Xalq Cümhuriyyəti
özünün bir sıra Avropa dövlətləri tərəfindən
tanınmasına, ölkə daxilində quruculuq işlərinin
davam etdirilməsinə nail olurdu.
Azərbaycan
nümayəndə heyətinin 1920-ci ildə Parisə yeni səfəri
də öz bəhrəsini verdi. Konfransın Ali Şurası Azərbaycanın
suverenliyini tanıdı. Lakin Qafqazda
müstəqil dövlətlərin yaranması faktı ilə
heç cür barışmaq istəməyən sovet
Rusiyası buradakı vəziyyəti öz xeyrinə dəyişə
bildi. 18 martda erməni daşnak ordusunun Qarabağa
qoşun yeritməsi və 28 apreldə Qızıl Ordunun Azərbaycana
daxil olması demək olar ki, eyni tarixi zamanda baş verdi. Azərbaycan Xalq Cümhuriyyəti erməni qüvvələrini
darmadağın etsə də, artıq ölkədə də
özünə siyasi-ideoloji dayaqlar yaratmış
güclü sovet dövlətinin qarşısında tab gətirməyərək,
idarəçiliyi bolşeviklərə təhvil vermeil oldu.
Cümhuriyyətçilər hakimiyyətə
inqilab etmədən, qan tökmədən gəldikləri
kimi, qansız-qadasız da hakimiyyətdən getdilər.
Bu dövrdə Nəriman Nərimanovun şəxsində
Azərbaycanın varlığını Rusiya ilə bir yerdə
görən alternativ siyasi cərəyan da vardı. Təsadüfi deyil ki, Cümhuriyyət qurulanda Nəriman
Nərimanov Həştərxana getmişdi. Gələcəkdə Azərbaycanın rəhbəri,
bir qədər sonra isə Sovet dövlətinin rəhbərlərindən
biri olacaq N.Nərimanov hələ 1919-cu ildə Azərbaycan
Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri
Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubda
cümhuriyyətçiləri hakimiyyəti bolşeviklərə
təhvil verməyə çağırırdı. Beləliklə,
iyirminci əsrin təlatümlü ilk iki onilliyində Azərbaycanın
milli müqəddəratına yanaşmada iki xətt var idi: Məmməd
Əmin Rəsulzadənın başçılıq etdiyi cərəyanda
dövlətin tam müstəqilliyi, Nəriman Nərimanovun
başçılıq etdiyi cərəyanda onun Sovet dövlətindən
ayrılmazlığı xətti
götürülmüşdü.
1920-ci
ilin aprelində Məmməd Əmin Rəsulzadə milli
parlamentdə Azərbaycan bolşeviklərinə müraciətlə
tarixi sözlər demişdi: "Əgər siz məni təmin
etsəniz ki, ümumi-idarə əlinizə keçdiyi təqdirdə
Azərbaycan türk hökuməti təşkil edəcəksiniz,
əgər mən bilsəm ki, Azərbaycan hökuməti
adı ilə Rusiya sovetinin bir şöbəsini burada
açmayacaqsınız, o vaxt sizinlə danışa bilərdik.
Fəqət siz həqiqi bir istiqlaliyyətçi
deyil, digər bir üsyan hazırlayan sui-qəsdçisiniz".
1900-1920-ci illərdə imperiya müstəmnləkəçiliyinə
qarşı Qafqaz ölkələrində müstəqillik
ideologiyası kifayət qədər qüvvətli olsa da, onu
axıradək davam etdirmək real tarixi şəraitə
görə mümkün olmadı. Çünki
bu inqilabi müxalifətin öz arasında çox çətin
həll edilə bilən barışmazlıq var idi. Bu barışmazlıqdan imperiyanın
parçalanmasına qətiyyən yol verməyən
qırmızı bolşeviklər də dərhal istifadə
etdilər. Lakin Azərbaycan kommunistlərinin
Ümumbakı konfransında irəli sürdükləri və
sonra da Leninin təntənə ilə
alqışladığı ən mühüm ideya -
"Müstəqil Sovet Azərbaycanı" isə ancaq
şüar olaraq qaldı. Əslində Azərbaycan
Sovet Rusiyasi tərəfindən isgal olundu.
Lakin tarixin və milli iradənin də öz məntiqi
var. Azərbaycan Sovet Sosialist Respublikası SSRİ-nin tərkibində
olduğu müddətdə öz milli varlığını
və mədəniyyətini imkan daxilində qorumağa və
yaşatmağa çalışırdı. Ümummilli
lider Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə
başladığı vaxtdan etibarən Azərbaycanın gələcək
müstəqilliyinə əsaslı zəmin yaradılmağa
başlandı. Bu gün özünü Azərbaycan
Xalq Cümhuriyyətinin varisi elan etmis suveren və demokratik
respublikamız ilk respublikamızı quran böyük siyasi
xadimlərə, Cumhuriyyətin siyasi-ideoloji irsinə dərin
ehtiram
bəsləyir. Cümhuriyyət
yaradıcılarının irsi öyrənilir, fəaliyyətlərinə
gerçək tarixi qiymət verilir. Heç
şübhəsiz istiqlal carçılarının ən
böyük xidməti - müstəqil dünya dövlətləri
sırasında Azərbaycanın da öz haqqı və yeri
olduğuna həm xalqımızı, həm də beynəlxalq
aləmi inandırmaqdan və ən başlıcası isə
milli dövlətimizin mövcudluğu faktının beynəlxalq
miqyasda təsdiqindən ibarətdir. "Azərbaycan"
sözü də ilk dəfə olaraq təkcə coğrafi ərazi
kimi deyil, həm də dövlət adı statusunda məhz
Cümhuriyyət dövründə rəsmiləşdi.
Respublika quruluşlu bu demokratik dövlət
öz zamanını xeyli qabaqlamışdı. O vaxtlar
nəinki Şərq, hətta inkişaf etmiş Avropa ölkələrinin
çoxunda demokratik parlament və digər dövlət təsisatları
tam təşəkkül tapmamışdı. Azərbaycan
parlamenti hele o zaman çoxpartiyalı sistem üzrə
formalaşmağa başlamışdı.
Azərbaycan
Xalq Cümhuriyyətini ərsəyə gətirən fədakar
insanlar mükəmməl təhsil almış, öz
dövrünün sivil dəyərlərinə yiyələnmiş,
ictimai fikrin yüksəlişinə ciddi şəkildə təsir
göstərməyi bacaran, həm də dövlət
quruculuğunun ilk çətin mərhələsində
atdıqları addımların məsuliyyətini dərk edən,
bununla belə taleyüklü məsələlərdə qətiyyətli
qərarlar qəbul etməkdən çəkinməyən
sağlam və mübariz fikir sahibləri idi. Onların
bir çoxu nəinki Azərbaycanda, ümumən türk
dünyasında və İslam Şərqində milli
düşüncə və dövlətçilik hərəkatının
inkişafına təkan vermiş ideoloqlar idilər. Milli dövlətimizin üçrəngli
bayrağını ilk dəfə qaldıran bu istiqlal
mücahidləri üç aparıcı istiqamətdə -
siyasət, mədəniyyət və cəmiyyət
quruculuğu sahəsində sonrakı bütün
inkişafımıza əhəmiyyətli təsir göstərən
və nəhayət, Sovet İttifaqının
dağıldığı ərəfədə milli müstəqillik
hərəkatına ruh və ideya daşıyan fəaliyyətlərin
təməlini qoymuşdular. Onların fədakar
təşəbbüsləri nəticəsində suveren
dövlətçilik atributlarımızın
yaradılması, Azərbaycan türkcəsinin dövlət
dili statusunda qəbul edilməsi, milli-mənəvi dəyərlərimizin,
ədəbiyyat və mədəniyyətimizin, maarif və məktəb
işinin, milli ideologiyamızın inkişafı istiqamətində
böyük uğurlar qazanılmışdı. Cümhuriyyət hərəkatı sözün əsl
mənasında milli fikir intibahına yol açdı. Çarizmin devrilməsindən sonra Azərbaycanda
yaranmağa başlayan müxtəlif siyasi partiya və təşkilatların
azad fəaliyyətinə meydan verildi. Milli
demokratiyanın müstəqil mətbuatı təşəkkül
tapdı. Azərbaycan Xalq Cümhuriyyəti
dövründə iki dəfə hökumət
başçısı seçilmiş Nəsib bəy Yusifbəylinin
rəhbərliyi və təşəbbüsü ilə
1919-cu il 15 oktyabrda mətbuat haqqında
qanun qəbul edilmişdi. Həmin illərdə
Azərbaycanda səksəndən çox qəzet və jurnal
dərc edilirdi. Azərbaycan kapitalı
milli iqtisadiyyatın inkişafında necə böyük rol
oynayırdısa, eyni dərəcədə maddi və mənəvi
sərvətlərimizin yaradılmasında diqqətəlayiq
işlərə, böyük xeyriyyəçilik məqsədlərinə
sərf olunurdu. Bakıda estetik mədəniyyətin
ən yüksək tələblərinə cavab verən
memarlıq layihələri həyata keçirilir, nadir memarliq
nümunəsi olan tikinti işləri aparılırdı.
Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza
Muxtarov, Şəmsi Əsədullayev və başqa sərvət
sahibləri öz varından millətin tərəqqisi naminə
maarifçilik, quruculuq məqsədlərinə əhəmiyyətli
yardımlar ayırırdılar. Azərbaycan
ziyalılarının yaradıcılıq potensialı
artıq özünün nəyə qadir olduğunu göstərirdi.
Millətin bütün enerjisi yeni Azərbaycan
dövlətinin, onun siyasi təsisatlarının, təhsil
sisteminin, hərbi qüvvələrinin, inzibati ərazi vahidlərinin
yaradılmasına yönəldilmişdi. Cümhuriyyət
dövründə Dövlət Bankı, 40 minlik nizami ordu, Azərbaycan
Teleqraf Agentliyi yaradıldı, pul-poçt markaları
buraxıldı, Yelizavetpol yenə də Gəncə, Qaryagin
isə Cəbrayıl adlandırıldı. Orden,
medal, gerb, himn, üçrəngli, səkkizguşəli
bayraq qəbul olundu.
Məlumdur ki, Azərbaycanın Rusiya imperiyasına birləşdirildiyi təqribən bir əsrlik dövrdə çarizm burada davamlı ruslaşdırma siyasəti aparmış, ölkəni akkulturasiyaya məruz qoymuşdu. Yerli mədəniyyət gəlmə mədəniyyətin təsiri altına salınmışdı. Bu prosesi dayandırmaq və milli mədəniyyət-dil quruculuğu sahəsində köklü islahatlar aparmaq, dövlət idarəçiliyini azərbaycanlaşdırmaq kimi mühüm tarixi vəzifə də istiqlalçıların çiyninə düşürdü. Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin apardığı məqsədəyönlü siyasət nəticəsində dövlət idarələri tədricən milli dil praktikasına yiyələnməyə başlamışdı. Məhz həmin dövrdə milli kadrların məsul vəzifələrə gətirilməsi ənənəsi yarandı. Milli kadrların formalaşmasına, ümumən xalqın savadlanmasına böyük ehtiyacın olduğunu dərk edən Azərbaycan hökumətinin başlıca vəzifələrindən biri də xalq maarifinin inkişafı, xüsusilə ali təhsil müəssisələrinin yaradılması idi. 1919-cu ildə Bakıda Dövlət Universiteti, müəllim kadrları hazırlayan Darülmüəllim açıldı. Firudin bəy Köçərlinin rəhbərliyi ilə Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan bölməsi Gürcüstanın Qori şəhərindən Qazaxa köçürüldü. Yüz nəfər tələbə ali təhsil almaq məqsədilə xarici ölkələrə göndərildi. Məktəblərin milliləşdirilməsinə, latın əlifbasına keçmək üçün hazırlıq işlərinə başlanıldı. 1919-cu ildə artıq Azərbaycanda 700-ə qədər məktəb vardı. Uğurlu təhsil siyasəti nəticəsində hələ köhnə düşüncənin hökm sürdüyü bir şəraitdə, qızların məktəbə cəlb olunmasına nail olundu. 50 minə yaxın şagird kontingentinin 2 mini qızlardan ibarət idi.
Azərbaycan yenə də elm, maarif və mədəniyyətin, siyasi, ictimai və ədəbi fikrin aparıcı istiqamətlərində Yaxın Şərq məkanında irəlidə gedirdi. Təsadüfi deyil ki, Məmməd Əmin Rəsulzadə bu öncüllükdən iftixar duyğusu ilə söz açırdı: "Şərq ölkələri arasında ilk türk dramaturqu azərbaycanlı, ilk türk bəstəkarı azərbaycanlı, məzhəb uzlaşmazlığını ilk ortadan qaldıran yenə azərbaycanlı, əlifba islahatını ilk düşünən azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə cümhuriyyət elan edən də azərbaycanlıdır" .
Cümhuriyyət düşüncəsi milli olduğu qədər də, özünütəsdiq iradəsinə sahib olduğu qədər də ümumbəşəri səciyyə daşıyırdı. Azərbaycan ideologiyası hələ əsrin əvvəllərindən bu istiqamətə tuşlanmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə 7 dekabr 1918-ci ildə dövlətimizin ilk parlamentinin toplantısında bildirmişdi: "Bir millət müstəqil və hürr olmalı, hürr olduqdan sonra digər millətlərlə ürəyi istədiyi kimi əqd-ittifaq etməlidir. Bütün dünya millətlərinin bir "cəmiyyəti-əqvam" vücudə gətirməsi bizim ən əziz fikirlərimizdəndir. Bu "federasyon" cəbrlərlə deyil, təbii bir meyl və arzu ilə hasil olmalıdır". Bu sözlərlə M.Ə.Rəsulzadə əslində, Azərbaycan - dünya münasibətlərinin mahiyyətini və istiqamətini açıqlamış, beynəlxalq siyasətdə bu gün də aktual olan suveren dövlətlərin hüquq bərabərliyi ideyasını ortaya qoymuşdu. Cümhuriyyət qurucularının bir çoxu, həqiqətən, universal şəxsiyyətlər idi. Onlar ölkənin ictimai, siyasi, mədəni həyatında fəal iştirak edir, dövri mətbuatda fəal çıxış edir, cəmiyyətdə fikir mübadiləsinə geniş meydan açırdılar. Məmməd Əmin Rəsulzadə siyasətdən klassik ədəbiyyat problemlərinədək geniş bir mövzuda əsərlər yazırdı. Əlimərdan bəy Topçubaşov görkəmli jurnalist, publisist və siyasi xadim kimi tanınırdı. Üzeyir bəy Hacıbəyov milli mədəniyyət və musiqi tariximizdə bir çox yeni sahələrin əsasını qoymuş dahi sənətçi olmaqla yanaşı, sərrast məntiqə sahib mübariz bir publisist idi. Həmin dövrdə bir müddət dövlətin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru kimi şərəfli bir vəzifəni aparırdı. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu
kimi böyük türk dünyasının məfkurəsini yaradan mütəfəkkirlər milli ideologiya, humanitar elmlər və ədəbiyyat sahəsində də yorulmadan çalışır, ictimai şüurun inkişafına təkan verirdilər.
Təsadüfi deyil ki, o dövrdə dünya mədəniyyətinin bir sıra dahi sənətkarlarının - Firdovsi, Sədi, Rumi, Xəyyam, Şekspir, Molyer, Bayron, Hüqo, Puşkin, Krılov, Tolstoy və başqalarının əsərləri (əksəriyyəti orijinaldan olmaqla) Azərbaycan dilinə tərcümə edilir, oxunur və yayılırdı. Milli mədəniyyət quruculuğu sahəsində görülən işlər incəsənət dünyasını da hərəkətə gətirmişdi. Yaradıcılığın qaynar mühitində Dövlət teatrı, "İstiqlal" muzeyi, sənətkarlıq emalatxanaları fəaliyyətə başladı. 1919-cu ilin dekabrında açılmış "İstiqlal" muzeyində milli dekorativ sənət nümunələri, xalça və tikmələr, silahlar, əlyazmalar, kitablar, "Qurani-Kərim"in nadir nüsxələri toplanmışdı. "Molla Nəsrəddin", "Zənbur" jurnalları ictimai satiranın klassik nümunələrini yaradırdılar. Satirik qrafikanın banisi Əzim Əzimzadənin bir karikaturasında ciblərində Denikini, Kolçak, və Andraniki gəzdirən ingilis qəsbkarı təsvir olunmuşdu. Bu, Azərbaycan sənətkarının öz dövründə cərəyan edən hadisələrə çox kəskin reaksiyasını sərgiləyirdi. Milli rəssamlıq, teatr və musiqi sənətinin inkişafı onları yaradan ilk azərbaycanlı peşəkarların coşqun fəaliyyəti ilə bağlı idi. "Leyli və Məcnun" kimi zərif klassik operanın yaradıcısı Üzeyir bəy Hacıbəyov həm də Dövlət himninin, inqilabi marşların müəllifi idi. Dahi bəstəkar Üzeyir bəy Hacıbəyov və həmin Himnin sözlərinin müəllifi Əhməd Cavad, artistlərdən Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski teatr və musiqimizin inkişafı sahəsində qızğın fəaliyyət göstərirdilər. Əzim Əzimzadə "Otello", "Aşıq Qərib", "Dəmirçi Gavə" tamaşalarının bədii tərtibatını hazırlamışdı. Bəhruz Kəngərli Naxçıvan teatrında "Hacı Qara" tamaşasına tərtibat vermişdi. Beləliklə, milli mədəniyyətin bütün sahələrini inkişaf etdirməyin yaradıcı pafosu, təbii ki, istiqlal ideallarını geniş xalq kütlələrinə çatdırmaqda məqsədəyönlü fəaliyyətlərin birləşmiş enerjisindən doğurdu.
Cəmi 23 ay içərisində bu qədər geniş və hərtərəfli fəaliyyətin təmin olunması xalqın ziyalı və ləyaqətli övladlarının Azadlıq və İstiqlal ideallarına sədaqətinin, öz həyat yollarını bütöv bir millətin mübarizə yoluna çevirə bilməyin və bu müqəddəs yolda hər cür fədakarlığa hazır olmağın ən parlaq təcəssümü idi. Azərbaycan Xalq Cümhuriyyəti təkcə suveren respublika qurmaq, milli siyasət və mədəniyyət təsisatlarını ərsəyə gətirmək təcrübəsini yaratmadı, həm də ən çətin tarixi zamanda yenilməz mənəviyyatın gücünü göstərmək, dövlətçilik əxlaqının müqəddəs dəyərlərini qorumaq ənənəsini yaratdı. Ümummilli liderimiz Heydər Əliyev məhz bu keyfiyyətlərinə görə Cümhuriyyət tariximizə istiqlaliyyətimizin sübhü kimi yüksək dəyər vermişdir. Cümhuriyyətlə təməli qoyulan suveren və demokratik respublika quruculuğu ənənəsi Heydər Əliyevin həm sovet dövründəki rəhbərliyi illərində, həm müstəqil dövlətimizin başçısı olduğu ən yaxın tariximizdə, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildən bəri yeritdiyi böyük inkişaf siyasətinin uğur qazanan hər mərhələsində davam etdirilmişdir. 2007-ci ilin mayında Bakı şəhərinin İstiqlaliyyət küçəsində "İstiqlal Bəyannaməsi"nin həkk olunduğu Cümhuriyyət abidəsinin açılışı oldu. 2008-ci il may ayının 28-də dövlət başçısının sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illiyi ölkəmizdə təntənəli şəkildə qeyd olunmuşdur. "Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir" - söyləyən, "İstiqlal mücahidlərinin qurduğu dövlətin cəmi 23 ay yaşamasına baxmayaraq, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərdiyini" vurğulayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər il Respublika Günü münasibətilə Cümhuriyyət abidəsini ziyarət edir.
Bir dəfə yüksələn
və heç zaman enməyəcək bayrağımız
indi paytaxtımızın "Bayraq meydanı"nda dünyanın
ən möhtəşəm bayrağı kimi
dalğalanır, Azərbaycanın hər bölgəsindəki,
sərhəd və səngərlərindəki vətən
bayraqlarının sanki bir ordu səfində irəliyə
doğru yol göstərir. Qürurla yüksələn
İstiqlal bayrağımız dalğalandıqca ulu öndərin
"Müstəqilliyimiz əbədidir, dönməzdir,
sarsılmazdır!" həqiqətini Vətən
torpağına və bütün dünyaya bəyan edir. Bu
bayraq bizi gələcəyə səsləyir. XX esrin əvvəllərində
Cümhuriyyət qurucularının canında və qanında
coşan istiqlal idealları bizi bu bayrağı
başımız üstə qaldırıb Qarabağa
doğru zəfər yürüşünə; Şuşa,
Xankəndi və digər torpaqlarımızda xəyanət
qurbanı olmuş bayraqlarımızı yenidən yüksəltməyə
Cavanşir
FEYZİYEV
Millət
vəkili
525-ci qəzet.- 2016.- 28 may.- S.9