Azərbaycan-Çin elmi
əməkdaşlığı müzakirə edildi
Çin
İctimai Elmlər Akademiyasının (ÇİEA) rəhbər heyətindən
ibarət bir qrup alim mayın
27-də AMEA akademik Ziya
Bünyadov adına
Şərqşünaslıq İnstitutunda olub.
Bu barədə İnstitutun
ictimaiyyətlə əlaqələr
üzrə məsul əməkdaşı Vüqar
Məmmədov məlumat
verib.
Nümayəndə heyətinə ÇİEA-nın vitse-prezidenti Tsay Fan, həmin akademiyanın Beynəlxalq
əməkdaşlıq idarəsinin
rəisi Van Ley,
ÇİEA-nın İqtisadiyyat
İnstitutunun direktoru
Pey Çanxun, akademiyanın Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktoru Li Yunsyuan və ÇİEA-nın
Beynəlxalq əməkdaşlıq
idarəsinin Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Tszin Çje daxil idi. Görüşdə
AMEA İctimai Elmlər
Bölməsinin akademik-katibi,
AMEA-nın müxbir üzvü Nərgiz Axundova, millət vəkili, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, İnstitutun
direktoru müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev və İnstitutun Asiya - Sakit Okean regionu
ölkələri şöbəsinin
müdiri Rafiq Abbasov iştirak ediblər.
Qonaqları salamlayan Şərqşünaslıq
İnstitutunun direktoru
Gövhər Baxşəliyeva
ilk olaraq Azərbaycan və Çin arasında siyasi, iqtisadi, elmi əlaqələrin inkişafından
söz açıb, daha sonra çinli
alimlərə rəhbərlik
etdiyi institutda aparılan tədqiqatların
istiqamətləri barədə
məlumat verib. G.Baxşəliyeva ənənəvi
olaraq fars, türk və ərəb dili, ədəbiyyatı və
müvafiq ölkələrin
tarixi sahəsində tədqiqatların aparıldığı
Şərqşünaslıq İnstitutunda son zamanlar Uzaq Şərq ölkələrinin də
tədqiqinə başlanıldığını
qeyd edərək, Asiya - Sakit Okean
regionu ölkələri
şöbəsində regionun
bir çox ölkələri, o cümlədən,
Çinlə bağlı
tədqiqatların aparıldığını
bildirib. O, çinli qonaqlara Şərqşünaslıq
İnstitutu haqqında
ətraflı məlumatın
dərc olunduğu ingilis dilində buklet və İnstitutda hazırlanmış
“Çin Xalq Respublikası” adlı məlumat kitabını təqdim edib.
Şərqşünaslıq İnstitutunun Asiya-Sakit Okean regionu ölkələri
şöbəsinin müdiri
Rafiq Abbasov qonaqlara rəhbərlik etdiyi şöbənin fəaliyyəti barədə
məlumat verib. R.Abbasov şöbədə
Çinin və digər region ölkələrinin
dili, ədəbiyyatı,
qədim tarixi və müasir inkişafına dair tədqiqatların aparıldığını
bildirib. Çinşünas alim özünün hazırladığı və
Çin-Azərbaycan münasibətlərinə
həsr olunmuş “İlham Əliyev - qədim xalqların dostluğunun müasir davamçısı” adlı
kitabı və ölkəmizdə bu sahədə ilk olan “Çin dili” dərsliyi barədə də danışıb.
Şərqşünaslıq İnstitutunun direktor müavini Şahin Mustafayev Çinlə Avropanı birləşdirən və Azərbaycandan keçən İpək Yolu barədə söz açaraq, bu mövzunun elmi cəhətdən öyrənilməsinin həm Çin, həm də Azərbaycan üçün əhəmiyyətindən danışıb. Bu sahədə görülən elmi işlər barədə söz açan Ş.Mustafayev özünün də bu mövzuda yazdığı məqalələri qeyd edib.
ÇİEA-nın vitse-prezidenti Tsay Fan elmi müəssisələr arasında əməkdaşlığın perspektivindən söz açaraq, təmsil etdiyi Akademiyada tez-tez iqtisadi inkişafla, çinşünaslıqla bağlı seminarların, kursların keçirildiyini bildirib, gənc Azərbaycan alimlərinin də belə tədbirlərdə iştirakını arzuladığını qeyd edib.
ÇİEA-nın Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktoru Li Yunsyuan rəhbərlik etdiyi elmi müəssisədə Mərkəzi Asiya və Qafqaz ölkələrini tədqiq edən şöbənin fəaliyyətindən, burada Azərbaycanla bağlı kadr və ədəbiyyat çatışmazlığından danışıb.
AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova görüşün çox məhsuldar keçdiyini qeyd edib və elmi müəssisələr arasında yaranan əməkdaşlığın hər iki tərəf üçün böyük fayda verəcəyinə əminliyini bildirib.
Görüşün sonunda ÇİEA-nın vitse-prezidenti Tsay Fan Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevaya xatirə hədiyyəsi təqdim edib.
525-ci qəzet.- 2016.- 28 may.- S.13.