Qarabağ Muğam Mərkəzi fəaliyyətini genişləndirir

 

 

Dahi bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyan Qarabağ Muğam Mərkəzi nəinki adıçəkilən regionda, bütövlükdə, respublikamızda qabaqcıl mədəniyyət mərkəzlərindən sayılır.

 

2008-ci ildən Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyətə başlayan sözügedən müəssisə ötən illər ərzində gənc ifaçıların üzə çıxarılmasında, muğam  musiqisinin tədrisi təbliğində, region əhalisinin asudə vaxtının səmərəli təşkilində müstəsna xidmətlər göstərib.

 

Mərkəzin direktoru Tofiq Cəfərovun dediklərinə görə, sözügedən mədəniyyət müəssisəsinin müəllim şagird kollektivi ilboyu bütün bayram tədbirlərində, mərasimlərdə, eləcə cəbhə bölgələrində geniş konsert proqramları ilə müntəzəm çıxışlar edir, müxtəlif  müsabiqələrdə, musiqi festivallarında uğurlu nəticələrə imza atır.

 

Sözün həqiqi mənasında, bu gün Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi ölkəmizdə nümunəvi bir mədəniyyət kollektivinə  çevrilib. Təsadüfü deyil ki, kollektivin son illər əldə etdiyi təcrübə Qarabağda ətraf bölgələrdə fəaliyyət göstərən incəsənət uşaq musiqi məktəblərində geniş yayılır. Respublika Mədəniyyət Turizm Nazirliyinin tədbirlər planına uyğun olaraq kollektivin iştirakı ilə həmin musiqi müəsisələrində təcrübə mübadiləsi aparılıb, ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə konsert proqramları təşkil olunub. Zərdab, İmişli Yevlax rayonlarında sərgilənən belə konsert tamaşaları rəğbətlə qarşılanıb. Direktorun sözlərinə görə, yubiley konsertləri Beyləqan, Laçın, Bərdə, Tərtər digər bölgələrdə   davam etdiriləcək.

 

Konsert tamaşalarında təcrübəli müəllimlər Əhəd Təhməzov İsa Məmmədovun yetirmələri  Ceyhunə Tofiqqızı, Nərmin Soltanova, Zəhra Məmmədova, Sübhan Qasımov  Nəcibə Məmmədovanın  çıxışları uğurlu alınıb. Onların ifasında səsləndirilənŞahnaz”, “Qatar” muğamları, “Mənsuriyyə”, “Heyratı”, “Arazbarı”, “Osmani”, “Avşarızərb-muğamları,  xalq bəstəkar mahnıları alqışlarla qarşılanıb.

 

Kollektivin üzvləri respublikanın televiziya kanallarında da öz qabiliyyətlərini məharətlə nümayiş etdirirlər. Onların “El” TV-ninXəzinəSəhərproqramlarında çıxışları bu baxımdan xüsusi önəm daşıyır.

 

Muğam Mərkəzinin şagirdi Nəcibə Məmmədovanın kanalda canlı yayımla ifa etdiyiŞahnazmuğamı münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib.

 

Mərkəzin digər nümayəndəsi Ceyhunə Tofiqqızı Xan Şuşinski adına üçüncü respublika muğam festivalının seçim mərhələsində uğurla çıxış edərək, finala  qatılmaq hüququ  qazanıb.

 

Muğam mərkəzinin yetirmələri, istedadlı  ifaçılar,Nəcibə Məmmədova, Ceyhunə Tofiqqızı Zəhra Məmmədova növbəti respublika televiziya muğam müsabiqəsinə ciddi hazırlaşırlar. Bunlardan əlavə, Qarabağ Muğam Mərkəzinin kollektivi digər musiqi məktəbləri kollektivləri ilə birgə yay mövsümündə əhalinin istirahətinin səmərəli təşkili məqsədi ilə iyun ayından başlayaraq,  həftənin şənbə günləri Ağcabədi rayonundakı Heydər Əliyev  mədəniyyət istirahət parkında təşkil olunacaq konsert proqramlarında da fəal  iştirak  edəcək.

 

T.Cəfərov vurğulayıb ki,  Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva  Qarabağ Muğam Mərkəzinə daim diqqət qayğı göstərir. Fond tərəfindən son vaxtlar Mərkəzə  xeyli sayda müxtəlif musiqi alətləri, muğamlarımızdan ibarət kaset disklər təqdim edilib. Bu yüksək diqqət qayğı minnətdarlıqla qarşılanıb kollektiv üzvlərinin hər birini daha böyük nailiyyətlər əldə etməyə ruhlandırıb .

 

Direktor Muğam Mərkəzinin fəaliyyətinə, bölgələrdə nümayiş etdirdiyi konsertlərin təşkilinə Mədəniyyət Turizm Nazirliyi, Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən müntəzəm dəstək göstərildiyini qeyd edib. 

 

Yəhya PAŞAZADƏ

525-ci qəzet.- 2016.- 28 may.- S.13.