Qobustan
Mən qədim şəhərin vətəndaşıyam
Dəniz dalğaları hopub canıma,
Uzun tarixlərin yol yoldaşıyam,
Ulu babaların qan yaddaşıyam.
Əski tonqalların külü qaraldıb,
Tufanlar qarsıdıb cadar üzümü,
Gözümün kökünü həsrət saraldıb,
Torpaqdan almışam səbri, dözümü.
Zeytun ağacları baş əyir mənə,
Sinəmdə çəkilən qayıqlar qalın,
Yanımda pöhrələr, otlar boy atır,
Dənizin həniri səhər oyadır,
Gecələr yatanda laylamı çalır.
Dağlara üz qoyur ox atan çapar,
Olsa da enişli-yoxuşlu yollar,
Ovçu
şikarını haqlayar,
tapar,
Yolunu kəssə də əngəlli kollar,
Keçmişdən sorağı bugünə çatar...
Atam
Romantik xislətli peşəkar idi,
Elektrik işindən xəbərdar
idi,
Dənizçi olmağın hələ
demirəm,
Qızıl mədənində əməkdar
idi.
Qarmon çalmağı da başqa şakəri,
Yanıqlı-yanıqlı hərdən çalardı.
Dilə
gətirərdi pünhan
kədəri,
Atlar da belə məyus qalardı.
Kövrəldə bilərdi çaldığı
qarmon
Örüşdə otlayan bədöy atları,
Açardı vurduğu odlu
"samoqon"
Qəlbini göynədən gizli qatları.
Bilməzdim, indinin özünə
qədər,
Nədəndi atamı incidən
kədər,
Hansı
peşmançılıq üzürdü
onu,
Həsrətlə çaldığı köhnə qarmonu?...
Çərpələng
Qollarımı gen açaraq
Mavi səmada süzürəm,
Mavi ənginliyi qucaraq,
Sanki dəryada üzürəm.
Dərə-təpə fövqündəyəm,
Aşağıda qalıb aləm,
İntəhasız fəzalarda
Göz dikirəm kainata,
Qaranlığı uda-uda
Günəş yanır uzaqlarda,
Sapı
uzada-uzada,
Möhlət verir mənə
fələk,
Gücüm varsa, həvəs
varsa,
Uçum
gərək, uçum
gərək,
Üfüqləri keçim gərək,
Bu dünyanı qucum gərək!
Döşünə döyənlərin
marşı
"Rusiyadan dəm vururlar ozanlar,
Kilsə,
məzhəb, yoxsullardı
halallar..
Dindar olub boynundan xaç asanlar,
"Zəbbeyk" deyir xırda-xuruş naqqalar,
Dildən
zirək yeyir, içir, piylənir,
"Vətən, vətən"
deyə-deyə hərlənir,
Beləsindən qurtulmağa yox
tədbir,
Zikr eləyən
elə qarnına təpir.
Fəhləyə dost, kəndliyə qardaş
deyir,
Canından çox füqəranı
istəyir..
Lənətləyir "qırmızı"
günahları,
Qırmızıdan betərdi iştahları...
Beləsindən bircə soruşan
gərək:
"Dəzgah, kotan
nəmənədir, de, görək?
Çənə döyməkdə sən
zirəkdən zirək,
Umacağın, təmənnan - yağlı
çörək!
Haqqını da "yaşıl"
pulla qoyursan,
"Millət" deyə millətini soyursan,
Qazancını alverçitək sayırsan,
Boğazını daim yırtan şüxəndan!
Vətən
Kəndim nəhəng yer üzünə
Qərib-qərib qısılmışdır.
Torpaq y olun tərəfinə
Nazik cığır cızılmışdır.
Şaxtadan donuxan sərçəcik
Civil-civil civildəyir.
Arxası
yox, istisi yox,
Soyuqdan qurtulmaq
istəyir.
Ətraf
qardı başdan-başa,
Tünük qarı basa-basa
Yollanıram evə sarı,
Qalayıram samavarı.
Tənbəkidən "eşmə"
büküb,
Ciyərdolusu çəkirəm
Cah-cəlalı artıq görüb,
Bostanımda zoğ əkirəm.
Bir qurtum çay, bir də tütün
Bəs eləyər mənim üçün,
Budur mənim yuvam-yurdum,
Çay içirəm qurtum-qurtum.
Vyaçeslav Ar-Serqi
(Udmurtiya)
525-ci qəzet.- 2016.- 1 noyabr.- S.7.