Budapeştdə XI Beynəlxalq Böyük Türk Dili Qurultayı

 

 

 

Mətbuatda xəbər verildiyi kimi, bu yaxınlarda (25-28 sentyabr 2016-cı il) Macarıstanın paytaxtı Budapeşt şəhərində XI Beynəlxalq Böyük Türk Dili Qurultayı keçirilib.

 

Türkiyənin məşhur Bilkənd Universitetinin, Budapeştdə fəaliyyət göstərən Yunus Əmrə İnstitutunun Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi Vəqfinin dəstəyi təşkilatçılığı ilə düzənlənən qurultayda Belçika, Polşa, Türkiyə, Azərbaycan, İraq Qazaxıstandan gəlmiş 130-a yaxın elm adamı iştirak edib.

 

Qeyd etmək lazımdır ki, qədim müasir türk dillərinin müxtəlif yönlərdən araşdırılmasına həsr olunmuş bu qurultayın Macarıstanda keçirilməsi heç təsadüfi deyildi. Məlum olduğu kimi, Macarıstan böyük hun hökmdarı, əfsanəvi yerli əhali - macarların genetik kökləri ilə bilavasitə qədim türklərə gedib çıxır. Bundan əlavə Macarıstan artıq bir neçə yüz ildir ki, bütün dünyada türkologiyanın əsas mərkəzlərindən biri kimi tanınır. Bunun sübutu olaraq A. Vamberi, L.Ligeti, K.Menges, G.Hazai kimi dünya şöhrətli macar alimlərinin türkologiyanın inkişafındakı böyük xidmətlərini yada salmaq kifayətdir.

 

Türkiyənin Macarıstandakı böyük elçisi Şakir Fakılının Azərbaycanın Türkiyədəki Fövqəladə Səlahiyyətli səfiri Faiq Bağırovun da qatıldığı bu mötəbər elmi toplantının açılış mərasimində qurultayın təşkilat komitəsinin sədri professor Rasim Özyürək, Yunus Əmrə İnstitutunun direktoru professor Şərəf Atəş Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi Vəqfinin başqanı professor  Ənvər Həsənoğlu digər rəsmi şəxslər çıxış edərək bu cür elmi tədbirlərin keçirilməsinin böyük əhəmiyyətindən danışdılar. Qurultayda Türkiyənin məşhur dilçi alimlərindən Həmzə Zülfüqar, Abidə Doğan, Mustafa Önər, Leyla Qaraxan, Əbdürrəhman Gözəl digərləri maraqlı məruzələrlə çıxış etdilər.

 

Müxtəlif türk dillərinə həsr olunmuş bu toplantıda Azərbaycandan gəlmiş nümayəndə heyəti sayca yalnız Türkiyəli alimlərdən geri qalırdı. 9 nəfərlə təmsil olunan azərbaycanlı elm adamlarının 4-ü Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları idi: bu sətirlərin müəllifi, professor Roza Eyvazova, filologiya üzrə fəlsəfə doktorları Baba Məhərrəmli Vahid Adilov. Tədbirdə həmçinin Bakı  Slavyan Universitetindən professor İkram Qasımov fəlsəfə doktorları Aygül Hacıyeva ilə Ziyafət Qasımova, Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasından fəlsəfə doktoru Cahangir Cahangirli, eləcə "Tərəqqi" liseyinin direktoru fəlsəfə doktoru Məhbubə Məmmədova iştirak edirdilər.

 

Qurultayda türk dillərinin tarixi etimologiyası, lüğət tərkibi qrammatikası, tədrisi terminologiyası s. kimi məsələlər ətrafinda 100-dən çox elmi məruzə dinlənildi: Azərbaycanlı alimlərin böyük maraqla qarşılanan məruzələri adı çəkilən mövzuları, demək olar ki, tam əhatə edirdi: Onlar sırasında "Şirazinin "Gülşəni-raz" əsəri əski türkcənin dəyərli qaynağı kimi (M.Nagısoylu); "Dillərin qarşılıqlı əlaqələrində frazeologizmlərin rolu" (R.Eyvazova); "Müstəqillik dövründə Azərbaycan dilinin terminologiyasının inkişaf yolları" (İ.Qasımov); "Türk dillərində nostratik mənşəli sözlər" (B.Məhərrəmli); "Kitabi-Dədə Qorqud"da Qazan xanın bir soylaması" (V.Adilov); "Türkcənin tədrisində ortaya çıxan problemlər" (A.Hacıyeva); "Azərbaycan Türkiyə türkcəsində beynəlmiləl terminologiya" (C.Cahangərli) xüsusilə diqqəti cəlb etdi, iştirakçıların böyük marağına səbəb oldu.

 

Qeyd etmək lazımdır ki, bu sətirlərin müəllifi Roza Eyvazova qurultayda eyni zamanda tədbirin elmi heyətinin üzvləri kimi təmsil olunurdular. Roza xanım həm dil tarixinə həsr olunmuş bir bölümə həmsədrlik edirdi. Diqqətəlayiq haldır ki, qurultayda Türkiyədən gəlmiş alimlərdən bir neçəsinin məruzəsi birbaşa Azərbaycan ədəbiyyatı ilə bağlı məsələlərə həsr olunmuşdu: "Fransız ədəbiyyatı Mirzə Fətəli Axundzadə" (Ərdoğan Uyqur), "Heydərbabaya salam" əsərinin nəşrlərindəki fərqlər" (Talıb Doğan), "Bəkir Çobanzadənin şeirlərindəki etnoqrafik cizgilər" (Zühal Yüksəl) s.

 

Qurultayın açılış mərasimindən sonrakı ilk toplantısında R.Eyvazova, M.Nağısoylu V.Adilov yuxarıda adı çəkilən məruzələrlə çıxış etdilər. Bu sətirlərin müəllifi birbaşa məruzəyə keçməzdən öncə türk xalqlarının mədəni həyatında, inteqrasiyasında mühüm rol oynamış I Bakı Türkoloji Qurultayının 90 illik yubileyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 fevral 2016-cı il tarixli sərəncamından, bu mühüm qərarın işığında ölkəmizdə görülən planlaşdırılan tədbirlər haqqında qısaca məlumat verdi. Eyni zamanda tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasətinin orqanı olan beynəlxalq statuslu "Türkologiya" jurnalı türkologiyanın müxtəlif sahələrinə aid mövzuları əhatə etməklə dörd dildə (Azərbaycan, türk, rus ingilis) öz nəşrini davam etdirir dünya türkoloqlarını, eləcə toplantı iştirakçılarını bu dərgidə fəal iştiraka dəvət edir.

 

Onu da qeyd edim ki, konfransın sonunda qərar qətnaməsini hazırlamaq üçün ayrıca bir komissiya da yaradıldı   ölkəmizi təmsil edən elm adamlarından M.Nağısoylu R.Eyvazova həmin tərkibə üzv seçildi.

 

Qətnamə hazırlanarkən R.Eyvazovanın dünya türkoloqlarının qarşılıqlı əlaqələrinin gücləndirilməsi ilə bağlı təklifi nəzərə alındı. Bu sətirlərin müəllifinin I Bakı Türkoloji Qurultayının qərar tövsiyələrinin müasir dövrdə aktuallığı həyata  keçirilməsi ilə bağlı təklifi qətnaməyə salındı. Möhtəşəm Budapeşt tədbirinin bağlanış mərasimində Azərbaycan nümayəndə heyətinin adından bu sətirlərin müəllifinə söz verildi. Biz Azərbaycanın türkologiyanın mühüm mərkəzlərindən biri olmasından, ölkəmizdə, xüsusilə Nəsimi adına Dilçilik İnstitutunda bu yöndə görülən işlərdən qarşıda duran vəzifələrdən qısaca olaraq  söz açdıq bu cür elmi tədbirlərin böyük əhəmiyyətini vurğuladıq.

 

Qurultayın ikinci günü tədbir iştirakçıları Dunay çayının sahildə yerləşən qədim sənət nümunələri, gözəl təbiəti, bənzərsiz mənzərələri ilə göz oxşayan Budapeşt şəhərinin  tarixi yerləri, maddi-mədəni abidələri ilə yaxından tanış oldular   böyük məmnunluq duyğuları keçirdilər.

 

Tədbirin üçüncü günü isə Azərbaycan nümayəndə heyətinin üzvlərini ölkəmizin Macarıstandakı Fövqəladə Səlahiyyətli səfiri professor Vilayət Quliyev böyük məmnuniyyətlə ürək açıqlığı ilə qəbul etdi. Cənab səfir Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin gördüyü işlər, xüsusilə mədəni tədbirlər haqqında geniş məlumat verərək bildirdi ki, indiyədək bir sıra Azərbaycan ədiblərinin əsərləri macar dilinə tərcümə edilərək nəşr olunmuşdur. Onlar sırasında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Hədiqətüs-süəda" əsəri yüksək bədii tərtibatı ilə xüsusilə diqqəti cəlb edirdi. Səfirliyin milli naxışlarımızla göz oxşayan binasının ayrıca bir  guşəsində diplomatik korpusun nəşrləri sərgilənmişdi ki, bütün bunlar Azərbaycan nümayəndə heyətinin üzvlərinin böyük marağına səbəb oldu. Görüş zamanı professor Vilayət Quliyev onu da diqqətə çatdırdı ki, Azərbaycanın Macarıstandakı səfirliyinin bilavasitə dəstəyi köməyi ilə məşhur macar türkoloqu Georgi Hazainin Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasına hədiyyə etdiyi 1200-ə yaxın kitab ünvanına - Bakıya çatdırılmışdır. Böyük məmnunluq hissi ilə ayrıca olaraq  onu da etmək lazımdır ki, ölkəmizin Macarıstandakı səfiri, professor Vilayət Quliyev Azərbaycan nümayəndə heyətinin qarşılanması yola salınması işini yüksək səviyyədə təşkil etdi.

 

Qədim macar torpağının paytaxtı Budapeşt şəhərində keçirilən XI Beynəlxalq Böyük Türk Dili Qurultayında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri 28 sentyabrda bu möhtəşəm tədbirdən zəngin təəssüratla doğma Bakıya döndülər.

 

Möhsün NAĞISOYLU

AMEA-nın müxbir üzvü, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru

 

 

 

525-ci qəzet.- 2016.- 1 noyabr.- S.4.