Adım, təxəllüsüm
Payızda - yağmurlu, çiskinli
gündə
Doğuldum. Adımı Oqtay
qoydular.
Səsimi
eşidib fərəh
duydular,
Atamın murazı güldü üzündə.
Adımı pay verdi valideynlər...
Yüz dəftər-kitaba
yazıldı adım.
Gördüm xeyirxahlar, qəlbə
dəyənlər,
Bəzən tərsinə də yozuldu adım.
Düz seçə bilməkçün
şeir kürsümü
-
Oxuyub öyrəndim neçə
ustadı;
"Rza" götürmüşəm
təxəllüsümü,
Rza - razı
demək, babamın adı.
Ömrümün əksidir o sökülən
dan,
Günəş gülşənimə baxır
yaxından.
Ötən yüzillikdə yaranmağımdan,
Ərzə göz açdığım
ildən razıyam.
Zirvə
qarındakı ağlıq
- taleyim,
Toylarda səslənən
sağlıq - diləyim.
Gərək yaz gülütək saflıq ələyim.
Xoş söz bağışlayan dildən
razıyam.
Bülbül təranəli, çiçəklər
rəng-rəng,
Durna qaqqıltısı
göyümə gərək.
Qürbətin mərməri nəyimə
gərək?
Güyüm düzəltdiyim gildən
razıyam.
Nə vaxt yad havalar
qopsa neyimdən ,
Üstümə daş-kəsək yağdırın,
dostlar!
Nə vaxt razı qalsam şairliyimdən,
Məni təxəllüssüz
çağırın, dostlar!
Oqtay RZA
Əməkdar müəllim
525-ci qəzet.- 2016.- 2 noyabr.- S.4.