Şair-publisist Taleh Həmid vəfat etdi
Şair, publisist və jurnalist, Azərbaycan Yazıçılar Birliyinin
üzvü Taleh Həmid 64 yaşında vəfat edib.
Milli.Az bildirir ki, bu barədə
APA-ya şairin ailəsindən məlumat
verilib.
Taleh Həmid 1952-ci il
iyunun 19-da Şəmkir
rayonunun Dəllər Cəyir kəndində doğulub. Orta məktəbi bitirdikdən
sonra 1970-1972-ci illərdə
sovxozda əmək fəaliyyətinə başlayıb.
1972-ci ildə ordu sıralarında xidmət edib, 1974-1979-cu illərdə Kənd Təsərrüfatı Nazirliyində
işə başlayıb.
Nazirliyin
baş idarəsində
kadrlar şöbəsində
xüsusi işlər
üzrə müfəttiş,
daha sonra isə (təhsildən ayrılmadan) təsərrüfat
müdiri vəzifəsində
çalışıb. 1975-1980-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil
alıb.
1980-ci ildə
Gənc Jurnalistlərin
II Ümumittifaq, 1984-cü ildə
Gənc yazıçıların
VIII Ümumittifaq müşavirələrində
iştirak edib. 1985-ci ildə SSRİ Yazıçılar Birliyinin
üzvü seçilib,
1986-cı ildə Respublika
Lenin Komsomolu mükafatına
layiq görülüb.
Şeirləri və publisistik
yazıları təkcə
ölkəmizdə deyil,
onun kənarlarında
da işıq üzü görüb.
Bir sıra
mətbu orqanlarında
- "Ulduz" jurnalında
şöbə müdiri
(1979-1989), "Yeni fikir"
qəzetində baş
redaktor (1989-1992), "Müstəqil
qəzet"in təsisçisi
və baş redaktoru (1992-2005) vəzifələrində
işləyib. 2005-2015-ci illərdə Regionların
İnkişafı İctimai
Birliyinin sədr müavini olub.
2010-cu ildə şeir
və poemalarından ibarət iki cildliyi Mədəniyyət
və Turizm Nazirliyinin "Qızıl
kəlmə" ədəbi
mükafatına layiq görülüb. 2012-ci ilin
noyabrında "VI Uluslararası
Çanaqqala şeir axşamları" festivalında
Azərbaycan poeziyasını
təmsil edib.
2015-ci ildə Taleh Həmidin "Yəhya bəy Dilqəm" adlı ikihissəli lirik psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub.
525-ci qəzet.- 2016.- 2 noyabr.- S.3.