Vaqif Sultanlının hekayələri Ukrayna mətbuatında
Bu günlərdə Kiyevdə
nəşr olunan “Vsesvit” jurnalının
7-8-ci nömrələrində azərbaycanlı yazıçı-ədəbiyyatşünas
Vaqif Sultanlının
“Dərviş” və
“Qütb gecəsi” hekayələri dərc edilib.
AZƏRTAC xəbər verir ki, hekayələri
Ukrayna dilinə Zaporojye Universitetinin müəllimi Nina Belokopıtova
çevirib. Nəşrdə, həmçinin Vaqif Sultanlının həyat və yaradıcılığı haqqında
yığcam məlumat
verilib.
1925-ci ildən yayımlanan
və Ukraynanın populyar dərgilərindən
biri olan “Vsesvit” dünya ədəbiyyatının nəşri
və tədqiqi ilə bağlı materialları dərc edir.
Qeyd edək ki,
bu, Vaqif
Sultanlının Ukrayna mətbuatında dərc
olunan ilk yazısı
deyil. Bundan əvvəl
onun hekayələri Ukrayna
mühacirətinin Münxendə çıxan “Kreşatik” jurnalında nəşr olunub. Kiyevdəki “Zadruqa”
nəşriyyatı isə bu ilin əvvəllərində
yazıçının hekayələr toplusundan
ibarət kitabını çap edib.
525-ci qəzet.- 2016.- 3 noyabr.- S.7.