Qulu Məhərrəmli haqqında deyilənlər...  

 

 

Bu gün Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmlinin doğum günüdür.

 

Q.Məhərrəmli 1954-cü ildə Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmin ildən təyinatla Azərbaycan televiziyasına göndərilib. Xəbərlərbaş redaksiyasında reportyor kimi fəaliyyətə başlayan jurnalist 1994-cü ilə kimi AzTV-nin əsas xəbər proqramlarının aparıcısı olub. Q.Məhərrəmli 2005-ci ildə AzTV şirkətdən qapalı səhmdar cəmiyyətə çevrildikdən sonraSəhərproqramının baş redaktoru təyin edilib

 

Uzun illər AzTV-də müxtəlif vəzifələrdə çalışan Q.Məhərrəmli 2007-ci ilin oktyabrın 3-dən “Xəzər” TV- fəaliyyətini davam etdirib. 2007-2012-ci illər arasındaXəzər” TV- “Dost məclisiGündəmproqramlarını aparıb.

 

Modern.az saytı Qulu Məhərrəmlinin doğum günü münasibətilə Azərbaycanın müxtəlif təbəqələrindən olan tanınmışların müxtəlif illərdə onun barəsində səsləndirdiyi fikirləri oxuculara təqdim edir.

 

Xalq şairi Bəxtiyar Vahabzadə: “Mürəkkəb siyasi prosesləri doğma dilimizdə Qulu Məhərrəmli qədər gözəl, cazibədar, səlis obrazlı tərzdə çatdıran ikinci şərhçi tanımıram”.

 

Akademik Tofiq Hacıyev: Teleradiomuzun tarixi inkişaf mərhələlərinin araşdırılması, həmin mərhələlərin sistemli elmi-nəzəri təhlilinin verilməsi professor Qulu Məhərrəmlinin adı ilə bağlıdır. Ölkəmizdə jurnalistikanın nəzəri əsaslarının yaradılması və medianın müasir fəlsəfəsinin elmi cəhətdən formalaşmasında da onun əsərləri əhəmiyyətli rol oynayır”.

 

Professor Şirməmməd Hüseynov: “Görkəmli jurnalist, istedadlı alim Qulu Məhərrəmlini insanlar obyektivliyinə, ləyaqətli və vicdanlı söz sahibi olmasına görə sevir və qiymətləndirirlər”.

 

AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev: “Onu yaşadığımız dövrün böyük ziyalılarından biri hesab edirəm, ictimaimilli maraqlar naminə sözünü deməkdən çəkinmir, həqiqətsevər və prinsipialdır. Həm də gözəl publisistdir, yazılarındakı dərin sətiraltı mənalar, incə eyhamlar, bəzən də açıq sarkazm onun publisistikasına ayrıca güc verir”.

 

Şair Ramiz Rövşən: “Qulunun peşəkarlığının kökündə onun böyük istedadı ilə yanaşı, həm də təmiz vicdanı və əxlaqı dayanır”.

 

Yazıçı-publisist, deputat Elmira Axundova: “Milli jurnalistikamızın korifeylərindən biri kimi, professor Qulu Məhərrəmli bir səviyyədir, peşəkarlıq etalonudur”.

 

Diplomat Ramiz Abutalıbov: “Hər dəfə onu görəndə düşünürəm ki, mənəvi burulğanların tüğyan etdiyi zamanlarda, adamların yalnız ağ-qara rənglərlə düşündüyü bir mühitdə öz sifətini, peşə prinsiplərini, ziyalılığını qoruyub saxlamaq, sözünü, şəxsiyyətini sevdirmək asan deyil... Adının qarşısında təşbehlər yazmağa, titullarını sadalamağa lüzum yoxdur, sadəcə, Qulu Məhərrəmli demək bəs edər ki, onun obrazı göz önündə canlansın. İstedadına, peşəkarlığına, mənəvi gücünə görə o, jurnalistikada çoxları üçün ölçüyə, etalona çevrilib”.

 

Filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli: “Professor Qulu Məhərrəmli kommunikasiyadil mövzusunda araşdırmaları ilə dilçilik elmimizdə tamamilə yeni bir istiqamətin əsasını qoyub”.

 

Respublikanın Əməkdar jurnalisti Mailə Muradxanlı: Qulu Məhərrəmli hələ 20 il əvvəl xəbər aparıcısı kimi efirə çıxanda da, “7 günkimi populyar bir verilişi aparanda da, “Təfsilat”, “Gerçəklik” adlı müəllif proqramlarını hazırlayanda da jurnalistikanın qızıl qaydalarına istinad etməyə çalışıb. Onu obyektivliyinə, dürüstlüyünə, fakt və hadisələrə vicdanlı yanaşmasına, həqiqətin tərəfində durmasına, ədalətli və qərəzsiz təhlillərinə görə sevib qiymətləndiriblər”.

 

Kinorejissor, xalq artisti Vasif Babayev: “Parlaq şəxsi keyfiyyətlərinə və ictimai missiyasına görə bir ziyalı kimi, Qulu Məhərrəmli adı Azərbaycan cəmiyyəti üçün çox önəmlidir. Bu səbəbdən də onun söylədiyi hər söz insanların hafizəsinə həkk olunur, əvvəlcə müəyyən nəzəri biliyə, daha sonra isə tarixə çevrilir. Ona görə də Qulu Məhərrəmli, artıq çoxdan bu tarixin ayrılmaz bir parçasıdır”.

 

Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə: Professor Qulu Məhərrəmli öz həyat tərzi, insaf və insanlığı, jurnalistikamızdakı novator mövqeyi, yazdığı əsərlərin elmi dərinliyi və milli ruhu, yaddaşa ehtiramı, həqiqi dövlətçilik duyğusu, sevgisi və səmimi ünsiyyət mədəniyyəti, müstəqil Azərbaycan alimi və vətəndaşı kimi doğruprinsipial mövqeyi ilə ziyalı olmaq səlahiyyəti qazanmış mərd, idraklı və mənəviyyatlı müasirimizdir”.

 

Pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev: “Mənim üçünbu ad, onun doğurduğu assosiasiya çox doğmadır, sevdiyim və dəyər verdiyim imzadır. Çünki bu adın dillərdə dolaşan bir parlaq vətəndaşlıq çəkisi, insanilik şöhrəti, bu imzanın mahir jurnalist, dəyərli tədqiqatçı-alim siqləti vardır. Qulu Məhərrəmli haqsevər, yurdsevər, sənətsevər ali insan, kamil şəxsiyyətdir. Ona görə də xalqın sevdiyi görkəmli ziyalı kimi tanınır”.

 

Aktyor, xalq artisti Fuad Poladov: “Qulu müəllim mənim üçün böyük mənəvi gücü olan, bizim reallıqda istedadla şəxsiyyəti birləşdirə bilmiş çox az ləyaqətli adamlardan biridir”.

 

Xalq yazıçısı Mövlud Süleymanlı: “Qulu Məhərrəmli səmimiyyəti, sağlam düşüncəsi, obyektivliyi ilə mühitin təmizlənməsinə xidmət edən ziyalıdır”.

 

 

Gülşən Raufqızı

525-ci qəzet.- 2016.- 3 noyabr.- S.5.