“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor Şamil Vəliyev, elmi işçi
Samir Xalidoğlu (Mirzəyev)
I cild
(noyabr 1918 - aprel 1920)
(Əvvəli
ötən şənbə sayımızda)
Azərbaycan
Məclisi-Məbusanında 10-cu iclas
(Keçən
nömrələrdən mabəd)
Hacı Kərim
Saniyev - Sorğunun bir qismi neft barəsində idi. Ticarət naziri buna cavab verərkən nərəyə,
nə qədər neft getmiş və gedəcək
olduğunu deməli idi.
Fəqət bunun əvəzində kimdən rəhn
aldıqları və kimə icazə verdiklərini deməklə
izahatını bitirdi. Halbuki hökumət bina olunandan və
türklər dövründə və ondan sonra ta bu vəqtədək
neftin nərəyə getdigini bilmək lazımdır. Onu bilməlisiniz ki, Bakı nefti tamamilə gediyor
Qazağa. Qazax - Azərbaycanın
qapısı, daha doğrusu birjası olmuşdur.
Bütün dəmiryolları düşmüşdür
möhtəkirlərin əllərinə, hər kəsin
mayası çoxdur, yaxud qövm-əqrəbalarından
iş başında duran var, istədigi qədər neft
alış-verişi edə biliyor. Bu surətlə
çox pulsuzlar, cibində altı şahısı olmayanlar
şimdi milyonçu olmuşlar. Milyonluq
mülklər almışlar. Stasyonlardan məlumat
toplasanız görərsiniz ki, Qazaxdan bir iki stasyonlara cəmaət
ehtiyacı üçün lazım olan neft tapılmıyor.
Çünki oralara neft getmiyor, ya pək az
gediyor. Bəzən icazənamə Tovuz
mövqifinə alınır. Lakin neft yenə
Ağstafaya gediyor; çünki İrəvana Ağstafa təriqilə
göndəriliyor. Bizdə olan məlumata
görə dekabrın 15-dək Ağstafaya 62 vaqon neft
aparılmışdır. Hətta mən
özüm oradan keçərkən 21 vaqon hazır
durduğunu gördüm. Bunun həpsi
Qazax qəzasından Dilicana keçmişdir.
Gürcüstan hüduduna gedən neftin hesabı var.
Əgər nəzarət arzu etsə müfəssəl hesab
ala bilər.
O vəqt məlum olar ki, məmurlarımız möhtəkirlər
ilə əlbir olub nə qədər yolsuzluqlar yapıyorlar. Hətta hər kəs məmur ilə şərik
olmasa neft keçirə bilməz. Yoldaşımız Səməd
ağanı həyəcana gətirən də haman
bu əhvalatdır. Bunu sübut edəcək dəlillərimiz
dəxi var. Səməd ağanın işarə etdiyi tacirin əhvalatını
bən müfəssəl söylüyüm: haman
tacir əvvəlcə burada polismeystr olan Muradovun dəlalətilə
Ermənistana aparmaq üçün 4 vaqon neftə icazə
alıyor. Yolda neftin bir vaqonu qeyb oluyor.
Neft sərhəddə 70, karvansarada 200, İrəvanda
600 manat qərarilə baha qiymətə satılaraq cənab
polismeystrin payına yarım milyon manat mənfəət
düşüyor. Fəqət bu mənfəətdən haman
qeyb olan vaqonun zərərinin 480.200 manatını
çıxmaq istiyor. Muradov buna razı olmayaraq
hər işin həmçinin əxzi-əskər məsələsinin
bunların əlində olduğundan taciri hədələməyə
başlıyor. Tacir qorxudan Tiflisə
qaçıyor.
Bən Tiflisdə ikən ərizə verməsini təklif
etdi. Tacir cavabımda söylədi ki, hər kəsə ərizə
versəm, axırda yenə Muradova göndəriləcəkdir.
Ona görə bir faidə olmayacaqdır.
Digər bir dəfə Muradov xəstə ikən öz
təhti idarəsində olan strajniklər əlilə bir vaqon
nefti 11 arabaya yığaraq Tiflisə göndəriyor. Müavini haman
arabaları tutub qaytarıyor. Bunun üstündə
naçalnik ilə müavini arasında soyuqluq
düşüyor. Amma nəticədə
müavin müqəssir tutularaq qulluqdan
çıxarılıyor. Amma Muradov
öz yerində qalıyor. Cəmaət
öylə təngə gəlmişdir ki, bundan sonra gecələr
yolu kəsib aparılan nefti tutacaqdır. Çünki
neft gecələr daşınıyor.
Bir dəfə də 57 dəvə yükü neft
aparılarkən əskərlərimiz tərəfindən
tutulmuşdur.
Digər bir dəfə yenə əskərlər
neft arabası tutuyorlar. Strajniklər neftin
pristava məxsus olduğunu bildiriyorlar. Əskərlər
qulaq asmayıb nefti qaytarmaq istiyorlar. Pristava
xəbər veriliyor. Özü gəlib əskərlərə
1800 manat verərək nefti keçiriyor.
Gecələr neft daşıyan yolun ağzındakı kəndin yüzbaşısı xəbər veriyor ki, oradan gizli neft aparıyorlar. Əmr olunur tutun. Bir dəfə tutuyor - məlum oluyor ki, pristavın əmisi oğlunundur. Pristav diyor bu dəfə burax sonra tut. Digər dəfə tutur - Muradovun strajniki oluyor. Xülasə böylə-böylə. Şu surətlə möhtəkirlərin həpsi daxiliyyə və ədliyyə nəzarəti qulluğunda olan adamlardır ki, Ermənistanda, Gürcüstanda milyonlar qazanıb ev alır, mülk tikdiriyorlar. Türklər zamanında nökərçilik ilə dolananlar şimdi dövlətli, milyonçu olmuşlardır. Qəribədir ki, əski və hazırkı hökumət dövründə bu işləri görənlər yenə öz yerlərində duruyorlar. Hökumət bu beş həftədə bu işlərin qabağını almamışdır. Halbuki yenə bir qədər iş görmək mümkün idi.
Ərzaq işinə gəldikdə daxiliyyə naziri gərək deməyə idi türklər ərzağı atıb getdilər və üşrdən xəbərimiz yoxdur. Əvvəla, türklər atıb getməmişlərdir və gedərkən ərzağı bizim məmurlarımıza tapşırmışlardır. Satan da, dağıdan da öz məmurlarımızdır.
Nazir bizə deməli idi ki, filan yerdə filan qədər, filan yerdə filan qədər buğda var, qorxmayın itməyib xəbərimiz var. Bir də ərzaq nəzarəti Gəncə ərzaq vəkilinə milyon yarım pul buraxmışdır ki, Azərbaycan əskərlərinə heyvan alsın. Heyvan alınmış, amma pul ilə degil, zor ilə qəzadan yığılmışdır. Sənədlər ilə isbat edəriz ki, pul verməmişlərdir.
Bez məsələsinə gəldikdə nəzarət hesab verərək diyor filankəsə filan qədər, filan yerə filan qədər vermişik. Fəqət bunlar cəmaətə vüsul olmuyor. Məsələn, bizim tərəfə göndərilən xəlqə bez çatmayıb yavaşca Tiflisə keçiyor. Ağstafada bir nəfər 5 min arşın bez satıyordu (17, 18, 20 rubləyə satılıyordu). Yanaşdım, hardan aldığını soruşdum, dedi 11 min arşındır satıram. Bilməlisiniz ki, ətrafda füqəra 17-20 rubləyə bez ala bilməyib ölənləri əksərən öz libasında dəfn ediyorlar. Bu hallar haman davam edəcəkmi?
Bu işə diqqət edilməzsə axırı fəna olar.
Bir də Məhəmməd Əmin türklərin gəlməsindən bəhslə dedi onları “Müsavat” gətirdi. Doğrudur, sağ olsunlar! Əgər onlar 20.000 qoşunumuz var…
(Məlikyekanov biz demədik, deyənlər utansınlar.
Abbasqulu: biz dedik gəlib burada düzəldəcəgiz!)
Əgər o vəqt türklər gəlib bizi xilas etdilərsə, şimdi yenə ətrafımızı qara buludlar alıyor. Bu dəfə kim xilas edəcəkdir? Qafqasiyadakı cümhuriyyətlərin həpsinin ordusu var. Yaxşı da saxlanıyor. Amma biz hamıdan zəngin olduğumuz halda əskərlərimiz necə saxlanıyor? Hətta bir çoxu çörəgi öz evində yeyir. Bəs necə oldu pullar, kimin cibinə giriyor ki, əskərlərimizə çatmıyor. Bunu bilmək düzəltmək hökumətin borcudur. Döşünə dögən firqə çıxıb əskərlərimizin bu halını da müdafiə etsin, biz də görək həqiqətən o firqə çalışıyormuş. Burada dedilər ki, neftdən başlayaraq qaradovoy və fəhlə məsələsində durdular (Şəfi bəy: fəhlə sözü olmadı. Məhəmməd Əmin: demağoji üçün lazım idi ki, desin. Sədr - bən təsdiq ediyoram ki, fəhlə sözü olmadı). Bir də dedilər ki, məmləkətdə doğru adam yoxdur. Hərgah buna inansaq, gərək imdidən dağılıb gedək.
Əgər doğru adam yox isə, yəqin onu deyən natiqin öz dairəsində yoxdur. Sair dairələrdə isə düz adam çox tapılar.
Bununla bərabər ümidvar oluyoruz ki, yeni hökumət bu nöqsanları rəf edər, bir az da gözləriz. Əgər bir şey çıxmazsa onda biz danışarız.
Yenə var.
“Azərbaycan”, 13 fevral 1919, ¹113
Rəhn - borc, girov
Əsərr - şərli, daha şərli
Azərbaycan Məclisi-Məbusanında 10-cu iclas
Üçüncü gün
Məlikaslanov - (Təriq və məabir naziri) Möhtərəm məbuslar! Dün möhtərəm məbus Sanılı nitqlərində xətti-hüdudda neft məsələsi ətrafında böyük fənalıqlar olduğunu qeyd etdilər. Bu şeylərin çoxu oktyabr aylarında həqiqətən olmuşdur. Sizə məlumdur ki, o zaman türklər gedərkən yolda çox şuluqluq olmuşdur. Böylə şeylər yalnız Azərbaycanda degil, hər bir məmləkətdə öylə halda bulunduğu zaman oluyor. Öylə halda bəzi adamlar yolsuzluqdan istifadə edərək öz nəfləri üçün çox zərərlər yetiriyorlar. Təriq və məabir nəzarəti bu işləri nəzərə alaraq onları təftiş və haman işlərə baxmaq üçün bir komisyon təyin etmişdir. Məzkur komisyonda hər nəzarətdən bir nümayəndə var. Komisyon yolsuzluqları meydana çıxararaq bir neçə adamı qulluqdan qovmuş, məhkəməyə vermişdir. Bunların içində dəmiryol məmurlarından da var. Bundan sonra olan işlər bizə məlum degildir. Hökumət lazım gələn tədbiri görmüşdür. Gələcəkdə də görəcəkdir.
Neft barəsində hökumət tərəfindən bir neçə söz söyləmək istiyoram: məlumdur ki, bizim məmləkətimizi ehya edən və hətta bir çox düşmən qazandıran bir sərvətimiz var - neft. İldə 500 milyon pud neft hasil oluyor. Əvvəlləri bu miqdarın az bir hissəsi Batuma, yerdə qalanı Rusiyaya göndəriliyordu. Batuma dəmiryolu ilə 1917-ci ildə 40 milyon digər illər hər il 50-60 milyon pud getmişdir. Şimdi Batuma o qədər neft göndərmək mümkün degildir. Çünki dəmiryolu ancaq 20 milyon pud apara biliyor. Əlavə neft provodu ilə də 50 milyon pud sövq ediliyor. Qalan neft ya gərək burada qalsın, yainki Rusiyaya göndərilsin. Amma yol yoxluğundan Rusiyaya neft göndərmək mümkün degildir. Bu surətlə nefti sata bilmiyoruz. Burada da az işləniyor.
Ona görə hökumət çalışıyor ki, bir növlə bu neftdən çox xeyir alsın. Bu xüsusda bir çox mülahizə var. Biri diyor ki, neft inhisar altına alınsın. Fəqət bu mümkün degil, çünki bunu İngiltərə, Amerika və sair böyük və müntəzim hökumətlər güc ilə tətbiq edə biliyorlar. Biz isək yeni bir hökumət olduğumuzdan bunu tətbiq etməyi bacarmarıq. Bilxassə bunun üçün müntəzəm yeni adamlar, bir çox təşkilat və külli miqdarda məmur lazımdır.
Bir tərəfdən də bizə təklif ediyorlar ki, neft satışı sərbəst elan edilsin. Fəqət bunun bir məhzuri var ki, neft nərəyə aparılsa, əvəzində kağız pul gətiriləcəkdir. Kağız pul isə xeyirsiz heç şeyə lazım olmayan bir şeydir. Ona görə kağız puldan isə cövhərimizin məmləkətimizdə qalması faydalıdır. Almanlar burada olan zaman bizə ümid vermişdilər ki, Batumdan bizim neftimizi öz gəmilərində Ukraynaya və sair məmləkətlərə daşıyacaqlardır. Paraxodlar da hazırlanmışdı. Fəqət çox çəkmədi övzayi-siyasiyyə dəgişdi. O ümidlər də pozuldu. Şimdi vəziyyəti-siyasiyyəyə görə bizim cövhərimizi aparacaq olan ingilis və fransız gəmiləri Dardaneldən o yanadır. Digər tərəfdən məlumunuzdur ki, bizim dəmiryolumuz xərab, nizamdan düşmüş, maşınlar yanmış, neft provod pozulmuşdu. Şimdi çox çalışaraq bunları bir qədər islah edib Batuma neft çıxarmağa müvəffəq olduq. Eyni zamanda əcnəbi məmləkətlərə neft göndərmək qəsdilə hamıdan əvvəl Ukrayna ilə bir iş düzəltməgə çalışdıq. Müvəffəq də olduq. Şimdi ingilislər bizə söz vermişlər ki, neftimizi daşımaq üçün paraxod versinlər. Fəqət burada da işimiz fənalaşdı. Çünki biz müqavilənamə bağlayan kibi Ukraynada hökumət dəgişdi. İxtişaş başlandı. Hər şəhərdə bir cərəyan, bir hökumət var, bilmiyorsan kim ilə danışasan.
Hal-hazırda neft provod gündə 75 min olmaq üzrə ayda iki milyon puda qədər neft çəkiyor. Bu günlərdə bir milyon 200 min puda qədər də artacaqdır. Deməli, Batuma ayda 3 milyon pud neft göndəriləcəkdir.
Bu mülahizələr ilədir ki, ticarət və sənaye nəzarəti məzkur iki çarənin heç birinə təvəssül etməyərək orta yol ilə getmişdir. Çünki dedim ki, inhisar mümkün degil. Tam sərbəstlik dəxi büsbütün mümkün olamıyor. Mədənçilər nefti sata bilmədiklərindən hökumət onlara, əmələyə məvacib verə bilmək üçün külli miqdarda pul buraxıyor. Şimdi hökumət çalışmalıdır ki, çox neft satılsın, tainki verdigi 30-40 milyon parayı geri ala bilsin, mənfəət də hasil etsin. Hökumətin zehni böylə dərin məsələlərlə məşğuldur. Təriq və məabir nəzarətinin politikası da bundadır. Bir tərəfdən neft lazım qədər getmiyor, o biri tərəfdən də sərbəst satış elan edilsə, çıxarılan neftin əvəzinə mal gəlmiyor. Ona görədir ki, bu işləri nizama salmaq üçün iki həftə bundan əvvəl bir komisyon təşkil edilmişdir ki, neft işlərinə baxıb ingilis və sairlərilə müzakiratə girişsin. Sonra hökumətə neft alış-verişi həqqində bir layihə təqdim etsin. Hökumətin ixtiyarı olsa o vəqt layihəyi özü qəbul edər, olmazsa parlamana təqdim olunar. Bu bir. Digər tərəfdən işlər ona görə ləngə düşüyordu ki, bizimlə Batum arasında başqa bir dövlət vardır. Neftin Batuma ucuz çıxmasına bu iş mane oluyor. Neft məsələsinə məhəlli degil, cahan nöqteyi-nəzərindən baxmaq lazımdır. Çünki Azərbaycandan başqa, Amerika, İngiltərə və Rumıniyada 3 milyard tondan ziyadə neft hasil oluyor. Ona görə neft bazarında bir rəqabət, bir mübarizə başlanacaqdır. Hər kəs çalışıyor ki, nefti ucuz çıxarsın. Çalışmalıdır mübarizə meydanında Amerika nefti Bakı neftinə qalib gələ bilməsin. Məsələn, Marselə Amerika nefti də gəliyor, Bakı nefti də, bunlardan hankı ucuz olsa, əlbəttə onu alacaqlar. Təbii Bakı nefti Marselə gedincə neçə məmləkət keçdikdən ayrı-ayrı kömrüklər verərək Amerika neftindən baha çıxıyor. Ona görə ilk əvvəl bu barədə Gürcüstan ilə müqavilənaməmiz olmalı idi. Uzun müzakirat nəticəsində nəhayət şimdi bir tranzit müqavilənaməsi bağlamışıq ki, Gürcüstan bizim neftimizdən vergi almayacaqdır, biz də onlara nefti ucuz buraxacağız. Bu həm bizim üçün xeyirli, həm Gürcüstana faydalıdır. Bu barədə yaxın zamanda bir layihə təqdim ediləcəkdir. Məlumdur ki, iş müəyyən bir adam, ya bir heyət əlində olmayanda müşkülləşiyor. Bilxassə əhvalımız öylədir ki, adi bir məsələyi başa gətirmək üçün bir neçə qeyri idarələrə müraciət etmək lazım gəliyor. Bu səbəblərdən bir günə qurtarmalı iş 3 həftə çəkiyor. Hal-hazırda neft işlərində hökumət məzkur məsələyə baxmaq komisyonun işini gözliyor. Bu günlərdə komisyon öz rəyini hökumətə bildirəcəkdir. Komisyonun layihəsinə mütəxəssislərin iştirakilə baxılacaq hökumət ya özü təsdiq edəcək, yaxud təsdiq edilmək üçün parlamana təqdim edəcəkdir. Bundan sonra böyük miqyasda neft ticarəti başlanacaqdır.
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2016.- 5 noyabr.- S.21.