Səfəvilər dövlətindən Azərbaycan Xalq Cümhuriyyətinə

 

TARİXİ-SİYASİ PROSESLƏRİN TƏHLİLİ, ARADAKI BÖYÜK ZAMAN FƏRQİNƏ RƏĞMƏN, CÜMHURİYYƏTİ SƏFƏVİLƏR DÖVLƏTİNİN DAVAMÇISI KİMİ GÖRMƏYƏ İMKAN VERİR

 

Qədim tarixə dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının dövlətçilik tarixi çox zəngindir.

 

Qədim dövrlərdən başlayan bu dövlətçilik ənənələri tarixin müxtəlif mərhələlərində inkişaf etmiş, formalaşmış dünya tarixində olduqca əhəmiyyətli iz buraxıb.

 

XV-XVI əsrlər Azərbaycan dövlətçilik tarixinin intibah dövrüdür. Bu dövrü Azərbaycan tarixində  dövlətçilik ənənələrinin bərpası, inkişafı möhkəmlənməsi dövrü kimi xarakterizə etmək olar. Azərbaycan Qaraqoyunlu, Ağqoyunlu, Şirvanşahlar Səfəvi dövlətlərinin yaranması fəaliyyəti nəticəsində ölkəmizin beynəlxalq  münasibətlər sistemində siyasi, iqtisadi mövqeyi rolu güclənmiş, onun Avropa Şərq ölkələri ilə qarşılıqlı münasibətləri daha da genişlənmişdir.

 

Təəssüflər olsun ki, istər dünya tarixçiliyində, istərsə müxtəlif dini siyasi dünyagörüşə malik insanlar arasında Azərbaycan dövlətçilik tarixinə bu tarixin ən parlaq dövrlərindən biri olan Azərbaycan Səfəvilər dövlətinə münasibət birmənalı deyildir daha çox subyektiv xarakter daşıyır.

 

XX əsrdə siyasi ideoloji sifarişlər əsasında yazılan dünya tarixçiliyi Azərbaycanın yerli dövlətçilik ənənələrini inkar etmiş, dövrün müxtəlif mərhələlərində mövcud olan Azərbaycan dövlətçiliyinin yaranmasını  müxtəlif qeyri-Azərbaycan mənşəli etnoslara, gəlmə tayfa sülalələrin adına bağlamışdır.

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra tariximizin qaranlığa qərq edilmiş səhifələri yenidən obyektiv şəkildə yazılmağa başlamış müəyyən müsbət nəticələr əldə edilmişdir. Lakin bu tədqiqatlara baxmayaraq bu gün Azərbaycan dövlətçilik tarixi ənənələrini inkar edən subyektiv baxışlar elmi mülahizələr mövcuddur. Kifayət qədər elmi əsaslara tarixi qaynaqlara söykənməyən bu mülahizələr bəzən Azərbaycanın siyasi elmi düşüncəli insanları tərəfindən təqdir edilməkdədir. Xüsusilə Azərbaycanın orta əsr dövlətçilik tarixi bu tarixin ən yüksək imperiya mərhələsi olan Səfəvilər dövlətinin, dövlətçilik tariximizdə oynadığı rol inkar edilməkdədir.

 

Dünya tarixçiliyində mövcud olanelmi nəzəriyyə”yə görə, Azərbaycan türklərinin orta əsr dövlətçilik tarixi Səlcuq türklərinin Azərbaycana gəlişi ilə bağlıdır. Bu nəzəriyyə Azərbaycan türklərinin aborigen statusuna kölgə salır, dövlətçilik tariximizin inkişafında mühüm rola malik olan Kür-Araz mədəniyyətini inkar edir, səlcuqların gəlişinə qədər Azərbaycan ərazisində mövcud olan dövlətlər qeyri-türk əhalisinin yaratdığı dövlətlər kimi təqdim olunur. Bu nəzəriyyənin ən fəlakətli tərəfi ondan ibarətdir ki, əksər ərəb mənbələrində qeyd edilən, “Şimalda Dərbənddən başlayarq, cənubda Həmədana qədər, şərqdə Xəzər dənizi qərbdə Ərzincana qədər...” böyük bir ərazini öz hüdudları daxilinə alan Azərbaycan məmləkətində əhalinin türkləşməsini dövlətçilik sisteminin formalaşmasını səlcuq türklərinin bu bölgəyə gəlişi ilə bağlayırlar.

 

Orta əsr ərəb farsdilli qaynaqların verdiyi məlumatlara əsaslanaraq deyə bilərik ki, səlcuqların gəlişinə qədər Azərbaycan əhalisinin dili, dini, siyasi fəlsəfi dünyagörüşü artıq formalaşmış, Azərbaycan türklərinin yaratdığı böyük şəhərlər siyasi mədəniyyət mərkəzləri ərəb tarixçiləri coğrafiyaçılarının əsərlərində heyranlıqla təsvir edilmişdir.

 

Sasani-fars mədəniyyətinin İslam dini ilə silahlanmış ərəb mədəniyyətinin qarşısında yüz illərlə rəqabət apararaq davam gətirmiş, hətta bu gəlmə mədəniyyətləri öz mədəniyyəti içərisində əridərək yox edən Azərbaycanın yerli türk əhalisinin mədəniyyətini səlcuq türkləri qısa zamanda öz köçəri yaxud yarımköçəri həyat tərzi formalaşmamış mədəniyyəti içərisində necə əridə yerli xalqların mədəniyyətinin təməlini təşkil edən dilini dəyişdirə bilərdilər.

 

Digər tərəfdən Azərbaycanda yaşayan mədəniyyət səviyyəsi Azərbaycan türklərinin mədəniyyət səviyyəsindən geridə qalan bəzi qeyri-türk etnoslarının səlcuqlar tərəfindən türkləşməyə məruz qalmaması fakları datürkləşmə nəzəriyyəsinisual altında qoyur.

 

Subyektiv mülahizələrə söykənən bu nəzəriyyənin tərəfdarları Azərbaycan tarixində özünəməxsus yeri olan Səfəvilər dövlətinin tarixinə  bu aspektdən yanaşmağa təşəbbüs etmişdilər. Türkiyə tarixçisi Faruk Sümer onun ardıcılları qeyd etdiyimizelmi nəzəriyyə”ni davam etdirərək Azərbaycan türklərinin dövlət qurma düşüncə sistemini inkar etmiş Azərbaycan Səfəvilər dövlətini Anadolu türklərinin qurduğu iddiasını ortaya atmışdır.

 

Tarixi qaynaqların verdiyi məlumatlara əsaslanaraq deyə bilərik ki, Səfəvi dövlətinin qurucusu olan Şah İsmayılın ulu babaları olan Ərdəbil Şeyxlərinin Cənubi Azərbaycanın Ərdəbil şəhərində yaşadıqları məlumdur.

 

Digər tərəfdən Faruk Sümerin ortaya atdığı bu mülahizələri doğru olsa belə, bu iddialar Səfəvi dövlətinin Azərbaycan-qızılbaş türkləri tərəfindən yarandığı fikrinə kölgə sala bilməz. Çünki əksər orta əsr ərəb qaynaqlarında Şərqi Anadolu bölgəsi Azərbaycan məmləkətinin siyasi hüdudları daxilində verilmiş və sonrakı mərhələlərdə də bu ərazilər Azərbaycan QaraqoyunluAğqoyunlu hökmdarlarının təyin etdiyi valilər tərəfindən idarə olunmuşdur. Azərbaycanda Səfəvilər sülaləsi hakimiyyətə gəldikdən sonra da Şərqi Anadolu hüdudları Azərbaycan dövlət idarəetmə sisteminə bağlı olmuşbu bölgə Səfəvilərin Diyarbəkr bəylərbəyi Məhəmməd xan Ustaclının idarəsinə verilmişdir. Yalnız 1555-ci ildə Səfəvi dövləti ilə Osmanlı dövləti arasında bağlanan Amasya sülh müqaviləsinə görə, Şərqi Anadolunun böyük bir hissəsi Osmanlı imperiyasının nəzarətinə keçmişdir.

 

Son dövrlər Azərbaycan Səfəvilər dövlətinin tarixinə istər ictimaiyyət arasında, istərsə də  KİV-də maraq artmış, dövlətçiliyimizin bu mərhələsi geniş polemikalara səbəb olmuşdur. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzən bu müzakirələr elmi əsaslara və tarixi qaynaqlara söykənmədən daha çox insanların siyasidini dünyagörüşü əsasında təhlil edilir, bəzən də subyektiv mülahizələrdən qeyri-məntiqi nəticələr çıxarılır.

 

İrəli sürülən bu mülahizələrə əsasən, Azərbaycan Səfəvi dövləti  İran dövlətçiliyinin və İrançılıq-farsçılıq məfkurəsinin təməl qaynağı hesab edilir, bəzən müasir İran dövlətinin sələfi olduğu iddiası irəli sürülür. Ən təhlükəli tendensiya isə ondan ibarətdir ki, Səfəvilər sülaləsinin Azərbaycan dövlətçilik tarixindəki əhəmiyyətli rolu birmənalı şəkildə inkar edilir, bu dövlət tariximizin sonrakı mərhələlərində yaranan Azərbaycan dövlətlərinin deyil, İran dövlətinin sələfi kimi təqdim olunur.

 

İlk öncə qeyd edək ki, siyasiideoloji baxımdan İran dövləti və İrançılıq-farsçılıq anlayışları XIX əsrin ortaları-XX əsrin əvvəllərində ortaya atılmış bir siyasi-ideoloji cərəyandır. Bu məfkurə sisteminin təməlinin siyasi və dövlətçilik baxımından orta əsrlər dövrünə və Səfəvilər dövlətinə bağlamaq tamamilə yanlışdır. Çünki orta əsr ərəb və fars qaynaqlarında İran coğrafi anlayış kimi göstərilsə də, bu “dövlətin” siyasi hüdudları və sərhədləri haqqında heç bir məlumat verilmir. Hətta Avropa mənbələrində “Persiakimi təqdim olunan bu coğrafi ərazinin siyasi hüdudları haqqında heç bir məlumat yoxdur. Bəzi fars qaynaqları İran şəhərləri haqqında məlumat verərkən belə yalnız  Fars vilayətinə məxsus olan şəhərləri qeyd edirlər. İran coğrafi məfhumuna daha çox əsatirlərdə, rəvayətlərdə və bədii əsərlərdə rast gəlinir. Firdovsinin məlum “Şahnamə”si bu tipli bədii əsərlərdəndir. Qeyd edildiyi kimi, ərəb qaynaqlarında dəfələrlə Azərbaycanın siyasi hüdudları və sərhədləri qeyd olunduğu halda bu faktı “İran dövlətinə”  şamil edə bilmirik. Adı əsatirlərdə, rəvayətlərdə, bədii əsərlərdə və bəzi tarixi əsərlərdə vurğulanan, siyasi hüdudları haqqında heç bir məlumat olmayan, yalnız XX əsrdə siyasi səhnəyə çıxan İran dövlətini Səfəvi dövlətinin siyasi varisi elan etmək iddiası elmi əsası olmayan siyasi təşəbbüsdən başqa bir şey deyildir.

 

İrançılığın-farsçılığın siyasiideoloji təməlini təşkil edən İslamın Şiə məzhəbinin siyasi gündəmə gəlməsində Səfəvilər dövlətinin rolunu qeyd etmək doğru deyildir. Çünki Səfəvi sülaləsinin nəsil şəcərəsinə baxdığımızda onların təkkə və təriqət fəaliyyəti dövründə sufilik təriqətinə mənsubiyyətlərinin şahidi oluruq. Şah İsmayıl Səfəvi dövlətini yaratdıqdan sonra İmamiliyi (imamilik anlayışı müasir İran şiəliyindən fərqli anlayışdır) dövlətin dini ideologiyasına çevirmişdir. Orta əsr teokratik müsəlman cəmiyyətində ədalətlilik prinsiplərini özündə ehtiva edən İmamiliyin Səfəvi dövlətinin dini ideologiyası elan edilməsi bütün hallarda məntiqlidir. Çünki Azərbaycanda Səfəvilər sülaləsinin hakimiyyətə gəlişi ərəfəsində Azərbaycanda və digər müsəlman-türk dövlətlərində mövcud olan sosial-siyasidini məzhəb narazılıqları fonunda alternativlərə ehtiyac duyulurbunu zəruri edirdi. Məhz bu prizmadan baxdığımızda Şah İsmayılın çoxmillətli bir dövlətdə İmamiliyi dövlətin dini ideologiyasına çevirməsi mövcud zərurətdən doğan bir gerçəklik idi. Onu da qeyd edək ki, İslam dininin məzhəblərə bölünməsi prosesi VII əsrdə ərəb-müsəlman cəmiyyətində baş vermiş və Səfəvilərə qədərki bir çox müsəlman dövlətləri bu məzhəb siyasətindən öz siyasidini məqsədləri naminə istifadə etmişlər.

 

Təəssüflər olsun ki, bəziləri Səfəvi dövlətinin dini siyasətinə müasir dövrdə siyasiləşmiş və bəzi dövlətlərin maraqlarına xidmət edən Şiəlik düşüncəsindən baxaraq qiymət verməyə təşəbbüs edirlər. Bu cür yanaşma Səfəvi dövlətinin dövlətçilik tariximizdə oynadığı mühüm rola kölgə salır və müxtəlif siyasidini yanaşmalara yol açır.

 

(Ardı var)

 

Mübariz AĞALARLI

AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2016.- 5 noyabr.- S.15.