“Bax
paylaşdığımıza...”
FRANKFURT
KİTAB SƏRGİSİNDƏN QEYDLƏR
Bu il Avropada
paylaşılan kitab oldu. Frankfurtda - dünyanın ən
böyük kitab sərgisində fəxri qonaq kimi Niderland
və Belçikanın
Flandre bölgəsi seçilmişdi.
Hər yerə
mavi rəng hakim idi. Terrordan və qaçqın axınından
qorxan Avropa “Kitabı ən əhəmiyyətli paylaşma
vasitəsi olaraq görürəm” deyə,
şüarını “Dies ist, was wir teilen” (Bax paylaşdığımıza...)
kimi ifadə etmişdi.
Amma
Frankfurt Kitab Sərgisinə
ən böyük damğanı bu il Sülh
Mükafatını qazanan
Karolin Emke vurdu. “Avropada indi şiddət və fanatizm rüzgarı əsir”, deyərək Avropadakı irqçi hərəkətləri qətiyyətlə
qınadı. “Sözdə
dinçi və milliyyətçi doqmaçılar”,
“homogen xalq”, “gerçək din”, “əsl
ənənə”, “təbii
bir ailə” və “xüsusi bir millət” təbliğ edirlər. Bizi şəxsiyyətlərə və
fərqliliklərə bölürlər.
Bu dəfə fanatiklər
küçələrə çıxıb adam döymür, suriyalı qaçqınların
qaldıqları evləri
atəşə vermir,
yəhudilərin başındakı
kipanı, müsəlman
qadınların başlarındakı
örtüyü çəkib
almırlar. Amma söhbətləri, şüarlarıyla kin yayırlar.
Bizi bir-birimizlə vuruşdurmaq
istəyirlər”.
Karolin Emke 1967-ci ildə
Köln yaxınlığındakı Mülhelm şəhərində
dünyaya gəlib. Londonda iqtisadiyyat,
Harvard universitetində isə
fəlsəfə oxuyub.
Qloballaşma və insan hüquqları ilə əlaqədar yazılar yazmasına baxmayaraq, haqqında ən çox danışılan
“Wie Wir Begehren” (Arzu etdiyimiz kimi) kitabı oldu.
Frankfurt Kitab Sərgisində
yalnız kitablar nümayiş etdirilmir. Orada hər
xalqın rəngini, mədəniyyətini görmək
də mümkündür.
Çinlilər stendlərinə gələn qonaqlara həm yaşıl çay, həm də ənənəvi paltarlar geymiş gözəl çinli qızların kanona bənzər çalğılarıyla
canlı musiqi ziyafəti təqdim edirdilər. Rusların stendində
isə yenə Tolstoy,
Dostoyevski, Puşkin vardı. 17 min ada və İndoneziya
ayrı bir rəng qatmışdı
sərgiyə. Dünyanın müxtəlif bölgələrindən
gəlmiş karikatura
sənətkarlarının əsərləri də nümayiş etdirilirdi.
Əsas mövzu ağrı, təzyiq və əzilmişlikdi.
Sərgini Azərbaycandan professor Səlahəddin Xəlilov,
Türkiyədən yazıçı
Həsən Kayıhan
və Köln Universitetində
magistratura tələbəsi
olan kitab sevdalısı gənclə
- Süleyman Sadıxovla
gəzdik. Süleyman qazaxlıdır. 21 yaşı var,
amma xeyli klassik əsər oxuyub. Səlahəddin
Xəlilovun sərgidə
“Əbu Turxan. Aforizmlər”
adlı kitabı nümayiş etdirilirdi.
Cənubi Almaniya Yazarlar
Birliyinin başqanı
Uli Rothfussun təqdimatında nəşr
olunan kitab “Pop” nəşriyyat evindən çıxıb. “Vintervork”da
çıxan, şair
Rüstəm Behrudinin
“Meşədəki dərdli
ağac”, Eyvaz Zeynalovun “Konduktor” və “Alın yazısı”, Əjdər
Olun “Günəbaxan zəmisi”, Şəmil Sadığın “Odərlər”
adlı kitabları nümayiş etdirilirdi. “Vintervork” nəşriyyatının
sahibi cənab Vinter Azərbaycan ədəbiyyatını çox
az tanıdığını
və bu mövzuda məlumat yığdığını dedi.
Sərgini gəzərkən Türkiyə və
Azərbaycan stendlərinə də uğradıq. Azərbaycan
stendində klassik əsərlərlə
yanaşı müasir
yazıçılardan da nümunələr
vardı. Elə oradaca Aslan
Cəfərov və Zaur
Dünyamalıyevlə tanış olduq.
Bizə səmimi maraq göstərdilər.
Gətirdikləri kitablardan hədiyyə
verdilər.
Orxan
ARAS
525-ci qəzet.- 2016.- 5 noyabr.- S.13.