AZƏRBAYCAN
BAYRAĞI
Millətimin fəxridi, haqqa gedən yoludu,
Koroğlumun qılıncı, Babəkimin qoludu,
Müstəqillik günəşi, Azadlıq simvoludu,
Seyr elə, igid əsgər, dalğalanan bayrağı,
Göylərin göy qurşağı,
Azərbaycan bayrağı!
"Balam" deyib ağlama, o millətin balası,
Vətən yolunda getdi, qurdu qeyrət qalası,
Düzəlt, qəddini düzəlt,
şax dur, şəhid anası,
Ucalarda saxlayar,
tökülən qan bayrağı.
Göylərin göy qurşağı,
Azərbaycan bayrağı!
Yaşılı İslamçılıq, göyü Turan şanıdı,
Vətən oğlu, qırmızı şəhidlərin
qanıdı,
Ümummilli liderin bizə ərmağanıdı,
Oğullardı ucaldan, ata sancan bayrağı,
Göylərin göy qurşağı,
Azərbaycan bayrağı!
Tanrıdan səda gələ,
yazdığın haqqa
yaza,
Mələklər səcdə edə,
bu aya, bu
ulduza,
İgid
oğlanlarımız, sevdiyi
gözəl qıza,
Atsın
zərif çiyninə,
versin nişan
bayrağı.
Göylərin göy qurşağı,
Azərbaycan bayrağı!
Azadlığın yanğısı alışar,
sönməz dedi,
Millətim haqq yolundan, heç zaman dönməz dedi,
Bir dəfə qalxan bayraq, bir daha
enməz dedi,
Endirmərik bir daha işıq saçan bayrağı,
Göylərin göy qurşağı,
Azərbaycan bayrağı!
Könlümdə göyərəni Qarabağda
bitirsin,
Dalğalansın, arzumu Savalana yetirsin,
Ucaldıqca ucaldaq, dosta sevinc gətirsin,
Düşmənlərin köksünü
oda yaxan bayrağı,
Göylərin göy qurşağı,
Azərbaycan bayrağı!
Hayqırır azad ölkəm
tiranlara, şahlara,
Son qoyulsun deyirik zülmlərə, ahlara,
Qaranlıq gecələrdən, işıqlı sabahlara,
Oyatsın səhər mehi,
oxşasın dan bayrağı,
Göylərin göy qurşağı,
Azərbaycan bayrağı!
Gözəldi qarlı qışı,
həm də yazı Vətənin,
Qəriblikdə bilinər dadı-duzu
Vətənin,
Uğrunda şəhid olaq,
yada qazi Vətənin,
Yolunda verək qurban, qorusun can bayrağı,
Göylərin göy qurşağı,
Azərbaycan bayrağı!
SƏRHƏDÇİ
QARDAŞIMA
Gözü üstə olar
hər əsən mehin,
Çəkər keşiyini adi daşın da.
Yazan düz yazıb ki, "ana kimidi,
Elə oğullar
da sərhəd başında".
Vətən sevgisiylə, yurd
sevgisiylə,
İlahi, yaxındı nə qədər mənə.
Fikrimin sahilsiz üfüqlərindən,
Sərhədçi qardaşım əl edər mənə.
Rahatlıq gətirər yuxusuzluğu,
Dan yeri sökülər
gözündən onun.
Sübhəcən tətikdə qalan
barmağı,
Qoymaz çıxan
olsun sözündən
onun.
Sayıqlıq rəmzidi başdan-binədən,
Sükutun səsinə nəzər
salmağı...
Yurdunun yuxusun şirin gətirər,
Qundaqda əlinin
oyaq qalmağı.
Sərhədçi qardaşım -
toxtaqlıq yerim,
Arxam-dayağımdı, dərk yerimdi
o.
Yurdun yenilməzlik bayrağı
kimi,
İrəli verdiyim ərk yerimdi o.
ŞƏHİD SƏNAN AXUNDOVUN XATİRƏSİNƏ
Salam, şəhidliyə ucalan igid,
Mübarək adına-sanına alqış.
Beş arşın kəfənə deyil, müqəddəs,
Bayrağa rəng verən qanına alqış.
Hər gələn axşamın öz xəbəri var,
Hər gələn səhərin öz aydınlığı.
Sən şəhid adının ucalığıyla,
Gətirdin yurduna göz aydınlığı.
Qovuşub o doğma, əziz torpağa,
Qanın çiçəklədi, qanın gül açdı.
Böyük Füzulinin nigaran ruhu,
"Şəhidim, xoş gəldin" deyib dil açdı.
Demərəm arzular qaldı yarımçıq,
Demərəm ulduztək söndü o gecə.
Bir evin yeganə oğluydun, indi,
Bir xalqın
oğluna döndün
o gecə.
Salam, şəhidliyə ucalan igid,
Mübarək adına, sanına qurban.
Nə ki həyatım var, nəfəsim gəlir,
Mən qurban deyirəm, şanına qurban.
Dayandur SEVGİN
525-ci qəzet.- 2016.- 11 noyabr.- S.7.