Musiqişünaslığa dəyərli
töhfə
PROFESSOR ABBASQULU NƏCƏFOVUN HAZIRLADIĞI YENİ DƏRSLİK İŞIQ ÜZÜ GÖRÜB
Sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Milli Konservatoriyasının
(AMK) professoru Abbasqulu Nəcəfzadə "Etnoorqanologiya"
(Bakı, "Ekoprint",
2016) adlı dərslik
hazırlayıb.
Kitabın elmi məsləhətçisi
Xalq artisti, professor Siyavuş Kərimi, elmi redaktoru sənətşünaslıq üzrə
fəlsəfə doktoru,
AMK-nın professoru Fəttan Xalıqzadə, redaktorları filologiya üzrə elmlər doktoru, professor Firudin Ağasıoğlu (Cəlilov)
və yazıçı-tərcüməçi
Rafiq Savalan (Ağayev), nəşriyyat
redaktoru Qumru Şəhriyardır (Quliyeva).
Kitabın rəyçiləri
sənətşünaslıq üzrə elmlər doktoru, professor Səadət Abdullayeva və sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, dosent Lalə Hüseynovadır.
Kitabın üz qabığında A.Nəcəfzadənin bərpa
etdiyi çalğı
alətlərinin fotoşəkli
verilir. Burada Əbdülqadir Marağalının
icad etdiyi əlvah, qolça qopuz, yaylı qopuz, ərğənun və kos
alətləri öz əksini tapıb.
Dərslik AMK-nın mövcud tədris proqramına uyğun olaraq ölkəmizin ərazisində
istifadə edilən çalğı alətlərinin
öyrənilməsi üçün
işlənilib. "Etnoorqanologiya"
adlı dərslik əsasən AMK-nın tələbələri üçün
nəzərdə tutulsa
da, bu əsərdən
musiqi təmayüllü
digər ali
təhsil ocaqlarının
müəllimləri və
tələbələri, həmçinin
musiqişünaslıq, muğamşünaslıq,
folklorşünaslıq, mədəniyyət
və incəsənətin
digər sahələrində
fəaliyyət göstərən
araşdırıcılar, ifaçılar da faydalana bilərlər.
XXI əsrin ilk illərindən
Azərbaycanın təhsil
sistemində aparılan
bir sıra uğurlu islahatlar ali məktəblərin
bakalavr pilləsində
olduğu kimi, magistratura pilləsində
də müsbət nəticələr doğurub.
Bu yeniliklər həm dərsliklərin, dərs vəsaitlərinin,
həm də tədris proqramlarının
hazırlanmasında müasir
metodlardan istifadə olunmasını tələb
edir. Təhsil islahatlarının ən mühüm istiqamətlərindən biri
də yeni dərsliklərin hazırlanıb
nəşr olunmasıdır.
Bu sahədə görülən işlər
təqdirəlayiqdir. Son
illər nəşr edilən onlarca dərslik və dərs vəsaiti məzmunu, tərtibatı,
yeni texnologiyalarla səsləşməsi baxımından
pedaqoji ictimaiyyət tərəfindən razılıqla
qarşılanır.
Təqdim edilən bu dərslik AMK-nın "Milli musiqinin tarixi və nəzəriyyəsi" kafedrasında
hazırlanmışdır. Kitab
AMK-da (və digər müvafiq təhsil ocaqlarında)
"Etnoorqanologiya" fənninin
daha peşəkar səviyyədə tədrisini
təmin edən eyniadlı mövcud proqrama (tərtibçi: A.Nəcəfzadə) uyğun
olaraq yazılıb.
Kitabda alətlərin poetik "arxiv"ini yaratmış
Azərbaycan şairlərinin
- Qətran Təbrizi,
Məhsəti Gəncəvi,
Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Həbibi, Xətai, Füzuli, Saib Təbrizi, Seyid Nigari, Nəbati, Seyid Əzim Şirvani, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Mikayıl Müşfiq, Əliağa
Vahid, Rəsul Rza, Bəxtiyar Vahabzadə və başqalarının şeirlərinə,
eləcə də
"Kitabi-Dədə Qorqud",
"Dastani-Əhməd Hərami",
"Koroğlu" dastanlarına
istinad edilir. Dərslik xeyli yeni və
kifayət qədər
dəyərli bilgilərlə,
o cümlədən, çalğı
alətlərinin müasir
tədqiqat üsullarını
həm nəzəri, həm də təcrübi cəhətdən
əsaslandıran dərin
elmi-nəzəri faktlarla
zəngindir. Kitabda
əsasən Dədə
Qorqud dövründə
istifadə olunmuş
(qolça qopuz, kos, davul, davulbaz,
boru, zurna, düdük, çovqan, nağara) çalğı
alətləri, müasir
tədrisə daxil edilən Azərbaycan çalğı alətləri
(tar, kamança, balaban,
saz, qanun,qaval, Azərbaycan qarmonu) və klassik şairlərimizin əsərlərində
adı çəkilən
bir neçə çalğı aləti
(neyin köndələn
növü, ud (bərbət), ərğənun,
yaylı tənbur) geniş şəkildə
öyrənilir. Sonda bir neçə özənsəsli (idiofonlu)
çalğı alətindən
(əlvah, çini kasa dəsti, kuzə dəsti, nəlbəki dəsti, laqquti dəsti, zəngi-şütür, zınqırov,
qavaldaş, çaharpara,
çınqıraq dəsti,
qaşığek, musiqili
ritm daşları, müsəlləs (üçbucaq),
barmaq zili, sinc, xalxal, kaman,
şaxşax) də lakonik bəhs olunur. Bu zaman həmin alətlərin yaranma tarixi, etimologiyası, morfologiyası,
istifadə yerləri,
diapazonu və s. xüsusiyyətləri gözdən
keçirilir, onlar haqqında hərtərəfli
elmi bilgilər verilir. Dərslik əsasən AMK-nın
"Milli musiqinin tarixi və nəzəriyyəsi" kafedrasının
(eləcə də digər musiqi təmayüllü ali təhsil müəssisələrinin) "Xalq çalğı alətləri ifaçılığı"
və "Solo oxuma"
ixtisasları üzrə
magistr pilləsində
təhsil alan tələbələr üçün
nəzərdə tutulub.
Eyni zamanda əsərdən müvafiq
istiqamətdə təhsil
alan magistrantlar,
aspirantlar, dissertantlar,
doktorantlar, habelə bir sıra digər
sahədə çalışan
başqa mütəxəssislər
də faydalana bilərlər.
Ümumiyyətlə, bu kitab "Etnoorqanologiya"
fənninin tədrisi üçün ali
məktəb sistemi üzrə, Azərbaycan dilində yazılmış
ilk dərslikdir. Əsər müvafiq
ixtisas üzrə bakalavr və magistr pilləsində təhsil alanlar, eləcə də orta ixtisas məktəblərinin,
kolleclərin tələbələri,
həmçinin musiqişünaslığın
müxtəlif sahələrində
çalışan mütəxəssislər
üçün kifayət
qədər yüksək
elmi və təcrübi əhəmiyyət
daşıyır.
Elman ELDAROĞLU
525-ci qəzet.- 2016.- 11 noyabr.- S.7.