“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
I cild
(noyabr 1918 - aprel 1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor
Şamil Vəliyev, elmi işçi Samir
Xalidoğlu (Mirzəyev)
(Əvvəli
ötən şənbə sayımızda)
Ağamalı
oğlu - (Hümmət) Əvvəlki natiqlərə cavab verərək
diyor ki: bən türk fəhlə və əkinçisinə
zidd və bərəks getmiyoram. Amma türklərin
hökumətinə gərəkdir zidd olam, harada istibdad varsa,
biz ona ziddik. Bən dedim ki, o istibdaddan Gəncədə
bir qədər də bizim hökumətimizə verildi…
(Sədr natiqi mətləbə dair danışmağa dəvət
ediyor). Bəli, bu axır zamanlarda ehtikar başlanıb Azərbaycanın
nefti, bezi və buğdası cürbəcür yerlərə
getdi. Dün heç bir şeyi olmayanlar bu
gün milyona malikdirlər. Bəziləri
bənim dedigimi böylə başa düşdülər ki,
guya biz hökuməti dəgişmək istiyoruz. Əlbəttə,
indiki halda əgər mümkün olsaydı, biz bir an dayanmazdıq. Amma şimdi iş buradadır
ki, nə tövr edək bir az iş
görülsün. Məlumdur ki, sorğu
hökumət üçün bir dəgənək kibidir.
Hökuməti dəgişmək degil, işi
düzəltməkdir. İşlərimizin
nə qədər müşkül olduğu məlumunuzdur.
Kabinə təşkil edilərkən nazirlərin
bəziləri yalvarıyorlardı ki, canım əl çəkin,
rədd olun. Biz onları güc ilə
vadar etdik. Şimdi isə
çalışmalıyız ki, yıxılmasın.
Yollar naziri dedi ki, milyonlar hesabı və əsnasında 3-4 qazan neft bir şey degildir. Bir də sözündən bu çıxdı ki, nəzarət orta yol ilə gediyormuş, elə bu orta yoldur ki, xəlqi dəli eləmişdir! Sudya, müəllim, çəkməçi, hamı işini buraxıb haman orta yola düşdü. Ehtikara başladı. (Sağdan, soldan alqış). Bunun qabağını almaq üçün dünki nitqimdə bir təklif etdim, haman təklifi tazədən diyoram: gərək öylə edək ki, hökumət tərpənsin, bunun üçün şahmar lazımdır ki, bu da ali tribunadan ibarətdir.
Qarabəyov - “İttihad”. Əsas məsələyə keçmədən əvvəl türklükdən bir neçə söz söyləyəlim:
Əvvəla, onu ixtar etməliyəm ki, türklük nami bizim üçün müqəddəs bir namdır. Həmə vəqt o nam tənqid yolu ilə çəkilməz. Türklər buraya hökuməti idarə etməgə degil, əskər sifətilə gəldilər. Canlarını verdilər. Qanlar tökdülər. Bizə səadət və istiqlal yolu açdılar. Onların böyük xidməti qarşısında ruzi-məhşərədək mədyunuz. Yalnız malımız, canımız degil, hətta hüququmuzu da onlara fəda etsək, çox degildir. Nəinki uğrumuzda canını fəda etmiş əskərlərə, hətta başlarında siyasəti hamı üçün pis olsa da, bizim üçün yaxşılıqdan başqa bir şey etməmişlərdir. (Alqış). Bir çox adamlar özləri iştirak etmiş olduqlarını qorxudan gizləyərək diyorlar ki, türkləri buraya “Müsavat” gətirmişdir. Yalnız “Müsavat” tərəfindən Rəsulzadə cəsuranə bir surətdə dedi ki, bəli, biz gətirmişik və buna fəxr ediyoruz. Həqiqətən həqləri də var. Zira millət yolunda böyük xidmətdir və millət qarşısında ehtirama layiqdirlər. Fəqət bəncə türkləri buraya gətirən “Müsavat”, ya sair bir firqə degil, türk ruhi, islam ruhi, türk qanıdır. Bən şahidəm ki, bu gəlmək 11 il əvvəl qət edilib. İstanbulda haman xəlillər, nurilər, vəhiblər birinci imkan bulduqda Qafqasiya islamlarını xilasə yügürtməgə Qurani-Şərif hüzurunda yəmin etmişdilər. Əhməd bəy də buna şahiddir. Şimdi onların adları məmləkətdə müşahidə olunan üsuzluq münasibətilə çəkiliyor. Fəqət biz təsdiq edəriz ki, bu fənalıqlara onlar bais olmamışlardır. Keçəlim mətləbə.
“İttihad” fraksiyonu tərəfindən verilmiş sorğu həqqində fikrimizi söylədik. Fəqət müzakirə əsnasında müxtəlif söhbətlər çıxdı. Hökuməti müdafiəyə qalxışan Məhəmməd Əmin həzrətləri kinayə ilə buyurdular ki, biz hökuməti dağıtmaq istiyoruz. Bu doğru degildir. Hökumətin lehinə və əleyhinə olanları aşkar etmək üçün uzun danışıq istər.
Sorğu məsələsinə gəlincə,
iki cəhətə fikir verməlidir. Biri fəlsəfə cəhətidir
ki, müharibə nəticəsində anarşi olub, aləm
dağılıb, sərvət gedibdir. Bu doğru. Bunu təshih
üçün bizim nazirlər degil, daha təcrübəli
adamlar, hətta bütün millət çalışsa, yenə
çətin düzələr. Bir də Məhəmməd
Əmin həzrətləri buyurdular ki, köhnə hökumətin
günah və nöqsanını tazə hökumətə
istinad vermək olmaz. Bən deyə bilərdim ki, tazə də
köhnənin mabədidir. Amma bunu da diyoruz, fəqət
sorğu verməkdə bizim qəsdimiz hökuməti
yıxmaq degil, başqa bir məsələdir. Hökumətin
uçuruma doğru getdigini görərək sual etdik. Əgər
hökumət desəydi ki, filan tədbiri
görmüşük, biz dəxi qənaət hasil edərdik.
Fəqət biz bunu görəmədik. Şimdi biz parlamandan
sonki hökumət barəsində bir qədər danışmaq
istiyoruz. Bu söylədiklərimiz bir həqiqətdir ki, arzu
edilsə sübut gətirəriz. Türklər gedəndən
sonra müşkülat çıxmışdır. Bunu etiraf
edəriz. Lakin gedirkən əskər naminə toplanılan ərzaqı
tulladı demək doğru degildir. Hər yerdə azuqə və
sairlərini məmurlarımıza təslim etmişlərdir.
Əhali də ərzaq şeylərini
dağıtmamışdır. Alan da, toplayan da, satan da,
dağıdan da məmurlarımız olmuşdur. Əcəba bundan hasil olan məbləğin 15 faizi
hökumətə vüsul olmuşmu. Hökumət
bir təşəbbüsdə bulunaraq malın nərədə
olduğunu sordumu? Xeyr! Xainlər
axtarılıb müqəssirlər tapıldımı?
Əski hökumət zamanında qamçı
ilə cəmaəti sıxanlar ehtikarla məşğul
olanlar, yeni hökumət dövründə də öz
işlərinə davam ediyorlar. Xainlərə
qarşı yeni hökumət bir tədbir gördümü,
bir məmuru əzl etdimi? Eybi örtmək
üçün deyirlər müsəlman arasında düz adam yoxdur. Bu yalandır. Doğru isə məmləkətin dirilməsinə
ümid qalmaz. Amma ümidimiz var, düz adam
çoxdur. Hətta birinin yerinə 5 adam
da tapılar. Quba, Qazax və Gəncəyi
götürünüz. Sabiq məmurlar yenə haman hərəkətlərində baqidirlər.
Cəmaət arasında fitnə-fəsad davam
ediyor. Bunu sübut edəcək dəlillərimiz
var. Keçəlim siyasi məsələlərə.
Bu barədə dəxi bir çox tədbirlər
görməli idi. Görülməmişdir. Qonşularımız ilə hüsni-əlaqə
peyda edilməmişdir. Daxili siyasətə
gəlincə hökumət daxili işlərdə gərək
əhaliyə istinad etsin. Millət gərək
hökumətə etimad və etibar etsin. Böylə
olmasa hökumət etmək olmaz. Vəz və
əhvalı cəmaətə anlatmaq lazımdır. Hökumət adamları məmləkət daxilinə,
cəmaət içinə gedib vəziyyətimizi xəlqə
anladarsa, əhali nə halda olduğumuzu başa düşər.
Hal-hazırda əskər cəm ediliyor. Hökumət cəmaətə
qandırmalıdır ki, qoşunu nə üçün
yığıyor, onda əhali xoşxallıq ilə gələr.
Bu haman cəmaət degilmi ki,
eşalonların qabağını kəsib 30.000 lər ilə
soldatın silahını alıyordu, Bakı üzərinə
müntəzəm qoşun kibi hücum ediyordu. Qubanın
üstünə 8000 birdən yürüyordu. Cəmaətimiz əskərlikdən qaçan degil,
ancaq onlara yaxşı idarə və nizam lazımdır.
Bu nizamsızlıq nəticəsidir ki, əhali
nifrət ediyor.
Daxildə əhval necədir?
Quba mahalında bir cərəyan var ki, Quba qəzası
Dağıstana qoşulsun, Zaqatalada Gürcüstana
qoşulmaq barəsində bəzi danışıqlar var.
Qarabağda əski fənalıqlar davam ediyor. Sabiq hökumət buraya pul
və adam göndərməgi qərarlaşdırmışdı,
amma göndərilməmişdir. Neft, bez və
sair barəsində burada çox danışıldı.
Hökumət də cavabında suyi-istemallar
olduğunu etiraf etdi. Ticarət və
sənaye nəzarəti Sovet Syezdə təklif etmişdir ki,
neftin bir əldən satılması üçün bir
büro təşkil edilsin və satılan neftlərin həpsi
büro vasitəsilə ixrac edilsin. İlk nəzərdə
zahirən bu bir gözəl təşəbbüs kibi
görünür. Həqiqətdə isə məzkur
büro adi bir sindikat olub bir neçə böyük mədənçilərin
nefti büro vasitəsilə satılıyor. Xırda
neftçilərinki qəbul edilmiyor. Böyük mədənçilərin
biri də bizim ticarət nazirimizdir. Büro təşkilindən
bəri neftin pudu 10 manat 80 qəpik olmuşdur. Ondan əvvəl
5 manat idi. Deməli,
bu 5 manat cəmaətin belinə gəliyor və bundan hasil
olan 4 milyon (ayda) bir firmanın cibinə gediyor. Maşın
yağının pudu 15 manatdan qaldırılmışdır
33 manata, bu da cəmaətdən çıxıyor. Hökumətin ticarət işlərindən xəbəri
yoxsa, bu işə nə üçün müdaxilə
ediyor. Ticarət işlərini biliyorsa
bunun adını nə qoyur? Bən diyoram
bu işdə bacarıqsızlıqdan başqa suyi-əməl
dəxi görünüyor.
Sair məsələlərə keçdikdə deməliyəm
ki, dövlətlilər əskər getmiyorlar. Rüşvət
verib xilas oluyorlar, kasıblar, sahibsizlər əskər
alınıyorlar. Bunlar da üsrətdə
yaşadıqlarından naxoşlayıb
qırılıyorlar. Doğrudur heç
bir hökumət yoxdur ki, məmurlarının bəziləri
rüşvət almasın, amma bizim sözümüz siyasətin
əsasını qoyanlar və suyi-istemallara yer verənlərlədir.
Böylə bir müşkül halda bu fəaliyyətsizligin
önü alınmazsa əhval daha da fənalaşar. Bu fənalıqların önü son dərəcə
fəaliyyət ilə alınmalıdır. Biz öz istiqlalımızı bu cür işləyənlərə
verə bilmərik. Müqəddəratımız
mətin və əzmkar əllərdə olmalıdır.
Bu barədə bizə təminat versələr
çox gözəl, verə bilməsələr desinlər
özümüz tədbir görək. Bizim
bu fikrimiz hökuməti yıxmağa bir suyi-qəsd kibi təbir
edilərsə cavab verəriz ki, qənaət hasil edənədək
fikrimizi yeridəcəgiz. Onun üçün
açıq diyoruz: qərarımız da baqi qalıyor və
bu hökumtə bel bağlamıyoruz. Ona
inanmıyoruz.
Əgər
hökumət təminat versə ki, siyasət dəgişəcək,
cinayətdə, suyi-istemalda tutulan xidmətdən qovulacaq, məhkəməyə
veriləcək, malı əlindən
alınacaq, mühüm xəyanətdə tutulanlar hətta
edam ediləcəklərdir, o halda biz hökumətə bel
bağlarıq. Əks surətdə biz
istiqlalımızı onlara tapşıra bilməriz və
etimadımızı ona verməriz.
“Azərbaycan”,
14 fevral 1919, ¹114
Mədyun
- minnətdar
Bəyyun
- aşkar, aydın
Vüsul
- gəlib çatma
Üsrət
- ehtiyac, çətinlik
Azərbaycan
Məclisi-Məbusanında 10-cu iclas Üçüncü
gün
(Keçən
nömrədən mabəd)
Əbilov
İbrahim - (Sosialist) Möhtərəm məbus əfəndilər!
Bəhs olunan sorğu məsələsində
necə ki, xatirizdədir dün yoldaşımız Səməd
ağanın işlətdigi bir neçə sözü
mübahisəyi dəgişib başqa bir rəngə
saldı. Yoldaşımızın
sözü anlaşılmadan və əsl məsələnin
ruhuna vaqif olmadan onun işlətdigi yalnız bir kəlmə
türk sözünü alıb natiqlər şiddətli
nitqlər söylədilər. Bu gün
yoldaşımızın təkrar kürsiyi-xitabətə gəlib
türklər həqqindəki fikrini vazeh bir surətdə
söylədikdən sonra bən ümid edirdim ki, artıq bu
xüsusda fəzlə danışılmayacaqdır. Çünki anlaşıldı ki, sosialist firqəsi
türk sözünə, türk millətinə nə
düşməndir, nə də onun əleyhinə
danışan. Türkdən məqsəd
türk üsuli-idarəsi, istibdadı və hökumət
siyasətidir ki, bizim hökumətə də o ruhu vermiş
olduğunu yoldaşımız söylədi. Zənn edərdim artıq bu barədə
danışmaq lazım gəlməz. Fəqət
Qara bəy cənabları türklər həqqində məddahlıq
edərək türk milləti müqəddəsdir, deyə
yenə uzun bir nitq söylədi. Bəli, əfəndilər!
Türk milləti, türk füqərayi-kasibəsi
bizcə müqəddəsdir. Və
heç kəs böylə olduğunu inkar etməz. Fəqət bizim tənqid etdigimiz türk millətini
zir zəminlərdə saxlayan hökumətdir ki, onu yıxmaq
üçün Türkiyə füqərayi-kasibəsilə
birləşib bərabər mübarizə etməgə
hazırız. (Soldan alqışlar).
Bundan anlaşılır ki, sosialistlər
türklərə düşmən degildirlər. (Sədr:
Natiq əfəndi sosialistlərin düşməni olduğunu
heç kəs söyləmədi). Bəli,
türk mübahisəsini buraxalım. Keçəlim
əsl məsələyə. Bu məsələlər
gərək sorğudan əvvəl müzakirə edilə
idi.
Bu sorğu barəsində o yerlərə gedib işləri eynilə görmüş olan yoldaşlarımızın bəzilərinin bəyanatı sübutları daha da qüvvətləndiriyor. Demək sorğuda göstərilən nöqsanlar doğrudan da vardır. Hətta hökumət də öz cavabında bu nöqsanları rədd etmədi. Biz etiraf ediriz ki, nöqsan var. Fəqət zaman, məkan və əhval nəzərə alındıqda görülür ki, hökumətin dəgişməsilə bu nöqsanlar rəf olmaz. Əgər rəf ediləcək olsaydı əski hökumət dövründəki nöqsanlar şimdi yeni hökumət zamanında daha çox olmazdı. Bu surətlə heç kəs təmin edəmməz ki, bir yenisi gəlsə bundan daha fəna olmayacaqdır. Biz sosialistlər şəxsi degil, hökumətin əsas quruluşunu dəgişmək istəriz. Ona görə bizcə tezlik ilə Məclisi-Müəssisan çağrılmalıdır ki, əsasən bir əsl demokratik hökumət qurulsun. Fənalıqların qabağını ancaq bununla almaq olar. Bu hökumətin əsası puçdur.
Kəndlərdə çox böyük zülmlər oluyor. Bir yoldaşımız dedigi kibi məmurlar quldurları yanlarına alaraq füqərayi-kasibəni soyub talayırlar. Bir də Məhəmməd Əmin Rəsulzadə cənabları yoldaşımız Səməd ağanın Müsavata bir balaca toxunmasına cavabən söylədiyi nitqində Müsavatı müdafiə etməklə bərabər onun demokratik bir firqə olduğunu sübuta qalxışdılar və dedilər ki, kəndlərdə siyasi firqələr şöbələri açaraq bu vasitə ilə nöqsanların önünü almaq lazımdır. Şöbə açılsın. Amma məzkur şöbə əzasının hər gecə birisinin quldurlar vasitəsilə boğulub öldürülməyəcəginə əmindirmi?
Məhəmməd Əmin əsl demokrat olsaydı deməli idi ki, bu yolsuzluqların önünü almaq üçün o yerlərdə idarələr dəgişib demokratik üsul ilə zemstvolar açılsın və cəmaətin idarə və milisləri özlərinin inandıqları, tanıdıqları adamlardan olsun. İmdiki cəmaəti soyanlar tutulsunlar, o halda həqsizliklərin önü alınmış olardı. Lakin bunu demədi. Bən sözümü qurtarmaq üzrə diyoram ki, sorğu məsələsində nazirlərin cavabı bizi qane etmiyorsa da yenə biz böhran çıxarmaq tərəfdarı degiliz. Ancaq tazə bir əsas düzəltmək lazımdır ki, onu da yalnız Məclisi-Müəssisan qura bilər. Ona görə Məclisi-Müəssisan dəvətinədək parlamanda bu işlərə baxmaq, nəzarət etmək üçün bir komisyon təşkil edilsin. (Soldan alqış).
(5 dəqiqə tənəffüs elan olunur)
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.-
2016.- 12 noyabr.- S.21