Ərdəm qalasının qəlb diyarı

 

 

 

Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri ParmaksızınHəsrət, eşq sükutkitabıaybkitablayihəsi üzrə nəşr olunub.

 

Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır.

 

Kitabda yer alan esselərdən nümunələri oxucularımıza təqdim edirik.

 

Xəta qul üçün, xəta bizim üçün...

 

Eşqə dair aramadığım, nəfsimə vurmadığım yerim qalmadı. Mən məndən keçdim, mən artıq səndəyəm, Sevgili.

 

Sevda Dənizim, Kövsər Şərabım, Rəhmət Qapım, Vəhdət Çiçəyim, Şükrüm, Taleyim, Könül Taxtımın Sultanı.

 

Gerçək eşq yaşayan hansı könül hərdən-hərdənxətadeyilən o dalğalı dənizə uğramadı ki? Könül Allahın evi, eşqin təcəlla etdiyi yer, lakin o könülə eşq atəşini qoyan Rəbbim, quluna yüklədiyi imtahanın çətinliyindən xəbərdar deyilmi?

 

Hər şeyi bilən Xuda bu çətin sınaqda qulunun ara-sıra səndəlləyəcəyini, hətta imtahanı qeyb etmənin astanasına gələcəyini bilmirmi?

 

Rəbbim qulunu sınayar; görəsən üsyana qalxacaqmı, mənə qarşı gələcəkmi deyə hər şeyin sahibi olan Mövla qulunu acıyla, xətalarla, üsyana qalxıb-qalxmayacağını imtahan edər.

 

Bir fani olan bizlər fitrətimizdən gələn xəta yanlış etmək üçün yaradılmış deyilikmi? Xəta edən qul utanar; əfv dilər tövbə edərsə, aləmlərin yaradıcısı mərhəmət rəhmət sahibi, qulunu əfvmi edər yoxsa, ona zülmmü edər?

 

Mövla bizim niyyətimiz safdırmı deyə ölçmək Ona bağlılığımızı sınamaq üçün önümüzə əngəllər çıxarıb bizi cürbəcür dərdlərlə sınamaqda.

 

Ondan üzümüz necə dönər ki; dilimizdən şükrü necə əskik edərik taleyə necə sinə gərə bilərik? Onun mərhəmət rəhmətindən ümid kəsmək küfrə düşmək deyilmi?

 

Sən mən sevgili, eşqin rəhmanı olduğuna inanan məhşəri hədəf alan həm taleyə təslim olan iki aşiq deyilikmi?

 

Ona sonsuz bir etibarla bağlıykən, Ondan üz çevirməyimiz mümkünmü? Eşqin gücü qarşısında imtahanda xəta edən yerlə bir olan bu dünya deyilən fani aləmdə kimlər var istərsən xatırlayaq:

 

 Napoleon sevdiyindən aldığı bir məktub üçün, sevgilisi onu Parisə çağırdı deyə ordunu savaşdan çəkib qazanacağı böyük və önəmli bir savaşı itirmədimi?

 

Cahan padşahı Yavuz Sultan Səlim aşiq olduğu gözələ qarşı,

 

“Mərdümü didəmə bilməm nə füsun etdi fələk?

Giryəmi etdi füzun eşqimi hun eylədi fələk!

Şeirlər pənçə-i qəhrimdə olurkən lərzan

Məni bir gözləri ahuya zəbun eylədi fələk!” - demədimi?

 

Qanuninin Hürrəm üçün nələr etdiyini hər kəs bilir. Şeyx Qalib, şeyx olduğu halda III Səlimin bacısı Bəyxan Sultan üçün alışıb-yanmadımı? Eşqi üçün gizli-gizli Topqapı Sarayına girib bağçada və gözlərdən uzaq bir yerdə nələr danışdıqları bilinməsə də sevdiyiylə görüşmədimi? Aşiqi və məşuqu bu hala qoyan eşq deyilmi?

 

Mövlana çox sevdiyi can dostu Şəms üçün nələr etmədi? Onun ölümündən sonra dünyaya və hər kəsə küsmədimi? Yunus məcazi eşqlə yanmadımı?

 

Bir rəvayət, amma Sezai QaraqoçCamal Sürəyya, Monaroza üçün mərc gəlmədilərmi və mərci uduzan Camal Sürəyya, bir insan üçün önəmli olan soyadındakı birydan eşq üçün, bir qadın üçün vaz keçmədimi?

 

Eşq üçün dünyada savaşlar olmadımı? Bunlardan ən məşhuru Yelena üçün olan Troya savaşları deyilmi? O savaşlarda ölən insanların suçu nəydi? Bu savaşa qərar verənlərə eşq səhv etdirmədimi?

 

Başlanğıcdan bu günə, neçə insan eşqin ağırlığına tab etməyib həm dünyasını, həm də axirətini intihar edərək itirmədimi?

 

Züleyxa eşq üçün, istədiyini etmədi deyə Yusif peyğəmbəri illərlə zindanda yatırtmadımı? Örnəklər çoxaldıla bilər, lakin eşqdə yanlışlığa yol verməyən varmı?

 

Hər şeyin sahibi Mövla mərhəmət və rəhmət sahibi deyilmi? O qapısına tövbə üçün gələn qullarını əliboş yola salarmı? Ürəkdən edilən duaları qəbul etməzmi? İllər sonra etdiyindən peşman olan və yaşlanmış olan Züleyxanın ürəkdən və içdən etdiyi dua Rəbbim tərəfindən qəbul edilmədimi?

 

Xəta qul üçün, xəta bizim üçün. Xətaya düşməzsə qul, əlbəttə, daha gözəl, lakin xətanı edəndə imanı olmasa, etdiyi səhvə görə quldautanmaq hissi olardı, nə də hüzn. Tövbə qapısının qapanması mümkün deyil ki?

 

Aşiq və məşuq bir-birini gerçəkdən sevdikcə, Eşq (AŞK) (Allah, ŞükürKader) inancı onlarda olduqca Xuda eşqi qoruyacaqdır. Eşqdə səhv edən qul üsyana düşmədən təslimiyyətlə tövbə edib təvəkkül ipinə sarılarsa, inancım odur ki, Mövla onu bağışlayacaqdır.

 

Bilinməzə koşarıq görünən bəndə farklı,

Gerçəkdə aşiq olan hər dəm haklıdır, haklı.

Göz görməzsə qəlb görür örtüyü qaldır da bax,

Məhşər denən sonsuzluq könlün içində saklı.

 

Mehmet Nuri PARMAKSIZ

 

 

525-ci qəzet.- 2016.- 12 noyabr.- S.16.