“Müasir Azərbaycan
ədəbi dilində durğu işarələri”
çapdan çıxdı
Azərbaycan dilində durğu işarələrindən bəhs
edən yeni kitab çap olunub.
Vahid Dumanoğlu
və İlkin Əsgər həmmüəllifi
olduğu kitab “Elm və təhsil” nəşriyyatında işıq
üzü görüb.
Kitabın redaktoru filologiya
üzrə elmlər doktoru, professor Fikrət Xalıqov, rəyçiləri
isə filologiya üzrə elmlər doktoru, professor Əbülfəz
Rəcəbli və filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlidir.
Qeyd
edək ki, “Müasir Azərbaycan ədəbi dilində durğu işarələri”
adlanan kitabda durğu işarələri, işlənmə
məqamları, yazılı
nitqdə onların daşıdığı funksiya
və səciyyəvi
xüsusiyyətlər göstərilməklə
bədii ədəbiyyatdan
gətirilən praktik
nümunələr üzərində
şərh olunub. Bundan başqa, durğu işarələri haqqında
mövcud qaydalar daha da sistemləşdirilərək
təkmilləşdirilib, onların
əvvəlki dərslik
və vəsaitlərdə
verilməyən işlənmə
məqamları sistemli
şəkildə izah
edilib. Kitabın sonunda durğu
işarələrini tədris
prosesində daha yaxşı mənimsətmək
üçün poetik
nümunələr və
səhnəcik verilib.
Kitab şagirdlər, tələbələr,
magistrantlar, doktorantlar,
orta və ali məktəb
müəllimləri, jurnalistlər,
ümumiyyətlə, geniş
oxucu kütləsi üçün nəzərdə
tutulub.
İnanırıq ki, oxucuların istifadəsinə verilən
bu kitab bədii ədəbiyyatda,
KİV-in dilində durğu
işarələrinin işlədilməsi
ilə bağlı qüsurların, çətinliklərin
aradan qaldırılmasında
böyük rol oynayacaq və müasir Azərbaycan ədəbi dilinin inkişafına kömək
edəcək.
MÜŞFİQ
525-ci qəzet.- 2016.- 12 noyabr.- S.13.