Şair itkisi
RUHUN
ŞAD OLSUN, FİKRƏT SADIQ!
Onu mən həmişə türk paşalarına oxşadırdım.
Uzun ağ saçları,
qalın ağ bığları ilə əsl türk paşasıydı. Yalnız paşa
deyil, eyni zamanda türklüyün sevdasında, Türkiyənin
həsrətində insan
idi. Onunla 2007-ci ildə bir
neçə dəqiqəlik
görüşə bildik.
İnsan
həyata həmişə
davam edəcək deyə düşünür
və əlinə düşən fürsəti
da dəyərləndirə
bilmir. Kaş ki, o zaman daha çox söhbətləşə bilsəydim.
Onun vəfat
xəbərini aldığımda
ilk ağlıma gələn
oğlu və adaşım Orxan Fikrətoğlu oldu. Atasına
o qədər bağlıydı
ki... Və elə duyğulu
insan indi nə edir, hansı
acı ilə sarsılırdı görəsən?
İlk gün telefon açıb ağrılı
səsini eşitmək
istəmədim.
Anadan ayrılıq
ağrısı əsla
təsvir edilə bilməz. Amma ata acısı da tam fərqli dünyanın qapısını
açar bizə...
Bu, təklik dünyasının
qapısıdır. Yaşınız neçə olursa olsun, ata ölüncə
artıq həyatda yalnız olduğunuzu, arxasız, köməksiz qaldığınızı hiss edər, qorxarsınız.
Ona görə türk şairi Cemal Süreyya bir şeirində atasının ölümünü
belə izah edirdi:
"Sizin heç atanız öldümü?
Mənim bir dəfə öldü, kor oldum.
Yudular aldılar apardılar,
Atamdan ummazdım
bunu kor oldum".
Yolluq Tigin də yüz
illər əvvəl atası (və ya əmisi) Bilgə Kağan ölüncə Orhun abidələrinin qərb üzünə bu sətirləri yazıb:
“Bilge Kağan uçdu. Yaz olduqda, yuxarıda nağara kimi göy gurlayınca, dağda maral qışqırıb qaçınca
matəmlərə batıram".
Aradan düz 1276 il
keçib. Bilgə kağanlar, Ötükən
ovaları, Göytürklər
hamısı geridə
qaldılar. Amma ata ağrısı nəsildən-nəslə
eyni şəkildə
keçib gəldi.
Fikrət Sadığın şeirlərini
lap çoxdan oxumuşdum. Amma bir neçə kitabını ilk dəfə
2008-ci ildə mənə
poçt ilə göndərəndə bütün
şeirləri ilə
də tanış
olmuş oldum. 2005-ci ildə nəşr
olunmuş kiçik
"Ağ-Qara şeirlər"
kitabı bir kitabdan daha çox,
bir atanın övladına həsr etdiyi ürəyidir desəm daha doğru söyləmiş
olardım. Kitab başdan-başa
sevgini, həsrəti,
yanğını dəryalara
dönmüş ata ürəyinin ən incə, ən sıx və ən yorğun sirrləri olaraq xırmanlanmışdır. Səhifələri çevirdikcə misralardan sıçrayan atəş qığılcımları,
ovuc-ovuc kədər, qucaq-qucaq qəm fışqırırdı. Bəzi səhifələrdə sevgilinin,
yəni oğulun, İlkinin çatıq qaşlı, igid simalı şəkilləri
vardı. O şəkillərə
baxdıqca Fikrət Sadığın kədərini,
dərdini daha yaxşı anlayırdım.
"Bu dünya nurlu bir güman içində
Bu dünya ağ
bir duman içində
Amma, ümidini kəsmə, səbr elə
Buğda dənəsi var saman içində".
Oğlunun acı taleyi qarşısında səbr
edən atanın kədərdən qəddi
də əyilirdi:
Güclü pəhləvandın, yoxsa
Dəmirçiydin, nə idi balam!
Məni
ikiqat qatdadın
Düz qəddimi əydin, balam!
Bir atanın
içindəki dərdi,
kədəri bu qədər içdən
və ustalıqla kağıza dizən şair necə şairdir?
Demişdim, bizim atalarımız
da analarımız kimi tam fərqli dünyaya, tam fərqli hikmətə sahibdirlər!
Məncə, oğlu ölüncə qəddi əyilən ata ancaq və ancaq
bizim atalarımız ola bilər.
"Hərdənbir gecə...
evimizin qabağında
taksi dayananda
Oyanıram əyləcə ..
Əyləcin paslı qıcırtısına
Çırpılan qapı səsinə
Diksinirəm, oğlum!
Az qalır mənimlə bahəm
Ev də diksinə!"
Ürək döyüntüləri ilə evləri yerlərindən oynadan atalar, üzlərini yırtan, saçlarını
yolan analar… Onların səsi, qayğısı və öyüdləri Dədə
Qorqud əmanətidir
bizlərə... Onların bizə
buraxdıqları əmanətləri
qoruduqca özümüzü
də vətənimizi
də, namusumuzu da qoruya bilərik
ancaq.
Dünyaya nurlu gözlərlə
baxan, minlərlə illik həyat təcrübəsi və fəlsəfəsini gözlərinə,
könlünə yamayan
insanın səbirə
sığınması ancaq
və ancaq bizim böyüklərimizə
məxsus xüsusiyyət
ola bilər.
Səbri
yalnız təsəlli
vasitəsi olaraq görməyən, şəfa,
ümid qaynağı
olaraq da görən millətin fərdləri daha necə düşünə
bilər ki?
Yenə Fikrət Sadığın
"Taleyin acığına"
kitabı həyatı
başdan-başa, enişi,
çıxışıyla, coşqusu, yorgunluğuyla ortaya qoyan əsərdir,
deyə bilərəm. Başqalarının gözləriylə insanın
öz-özünə baxması
yetkinlik işarəsidir.
Günümüzdəki eqoizm və yalançı qürurun içindən sıyrılıb
çıxmanın tək
yolu öz ölçülərini, düşüncələrini
qəbul etmək, etdirmək deyil, başqalarının ölçülərini,
düşüncələrini də hesaba qatmaqdan keçər. Hələ Fikrət
Sadıq kimi doğruya doğru, yalana yalan deyə
bilən, özü doğru, sözü doğru şair haqqındakı düşüncələr
daha çox, daha layiqli dəyərə
sahib deyilmi?
Onsuz da Fikrət Sadığın
şeirlərini oxuyan
oxucu da eyni qərara gəlməkdən özünü
qurtara bilməz. Çünki
ancaq qılınc kimi doğru ürəyə sahib olan şair belə şeirlər yaza bilər:
"Qələm olsun barmaqlarım
Qələm tutub yalan yazsa
Səni
necə doğru yazım
Başdan-başa yalansansa?"
Dədə Qorqud ənənəsini yaşadan bir nəfəs həqiqətən
də başqa necə yol tuta
bilər ki?
Doğrunu qarşısında ölçü
aləti kimi tutan şairin köklü lətifə şüuru Mirzə Ələkbər Sabir çeşməsindən qidalandığını
necə də ortaya qoyur!
"Dilim dinc durmayıb
dünən
Axmağa
axmaq demişəm
Sən demə, dövlət sirrini
Aləmə faş eləmişəm".
"Taleyin acığına"
kitabında mənim üçün nümunə
alınacaq yüzlərlə
dərs və təcrübə var. Amma ən çox təsir buraxan iki mövzudan söz etmədən keçməyəcəm.
Biri şairin oğlu Orxanla olan söhbətidir. O söhbətdə müdrik ata qayğısı və düşüncə təmizliyi var. Orxan atasından soruşur:
"Bu düzgünlükdən nə qazanmısan?"
Fikrət Sadığın cavabı:
"Bu düzgünlük mənə hər şeydən əvvəl azadlıq vermişdir".
Fikrət Sadığın ikinci kədəri də türklük və Türkiyə üzərinədir.
Şirvad Şirinoğlu soruşur:
"Maraqlıdır, əvvəllər "türk" sözünü söyləməkdən qorxanların indi bir ayaqları həmişə Türkiyədədir. Siz heç Türkiyəyə getdinizmi?"
"Çox həssas nöqtəyə toxundunuz".
"Həssas yerinə toxunmaq!"
Bu həssas nöqtə yalnız Fikrət Sadıqda olsa deyəcəyik ki, bəlkə də onun talesizliyidir, olur belə şeylər! Amma çox təəssüf ki, bu "həssas nöqtə" minlərlə insanda var. Həm Azərbaycanda, həm də Türkiyədə... İstər Azərbaycanda olsun, istər Türkiyədə, bir-birinin dərdini, kədərini çəkən, bir-birini sevən və könüldən "qardaş" deyə qışqıranların həsrəti hələ də davam edir. Təəssüf ki, onlar üçün hələ sərhədlər açılmayıb.
Onlar hələ bir-birindən uzaqda, bir-birindən ayrıdırlar. Sovetlər Birliyi çökdü, qadağanlar qalxdı, amma Türkiyədə Azərbaycan, Türküstan deyə-deyə zindanlara düşən insanların çoxu həsrətindən yandıqları o gözəlim ata yurdlarını görmə imkanlarına qovuşa bilmədilər.
Yazının əvvəlində yazdığım kimi, o, gözlərimdə türk paşası idi. Amma şair olaraq da gerçək, yarpaqların xəzan olacağı vaxt öləcəyini təxmin edə bilən şair idi:
Ümidim yaralı bir quş
Qolum, qanadım qırılmış.
Üşüyürəm, xəzəl olmuş
Yarpağı örtün üstümə.
Xəzəl olmuş yarpaqları bir quş kimi yağacaqlar üstünə, Fikrət Sadıq! Sən rahat uyu... Oğlun Orxan könlündəki dağı da gətirib üzərinə örtəcək, narahat olma...
Göylər niyə zalım olsun?!
Tale mənə zəmin
olsun.
Bir dərə məzarım olsun,
Bir dağı örtün üstümə ...
Sənin ruhun şad, Orxanın da
başı sağ olsun,
Fikrət Sadıq!
Orxan
ARAS
525-ci qəzet.- 2016.- 19 noyabr.- S.17.