“Mən ruhən rəssamam!..”
“Elm çırağı” İctimai
Birliyinin təşkilatçılığı
və dəstəyi ilə Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında İspan mədəniyyətinə həsr
olunmuş elmi konfrans keçirildi.
Tədbir “Azərbaycan-İspaniya elm və
mənəviyyat müstəvisində”
adı altında gerçəkləşdi. Konfransda gənc
rəssam Ceyran Mirqasımovanın bir sıra rəsm əsərləri sərgiləndi.
Ecazkar rəsm nümunələri
auditoriyanın geniş
marağına səbəb
oldu.
Sərgidə müxtəlif ideyalı rəsm əsərləri
yer almışdı. Əsərlər ayrı-ayrılıqda müxtəlif
təəssüratları əks
etdirirdi. Gənc
rəssamın yaradıcılığının
müxtəlif dövründə
ərsəyə gəlmiş
nümunələr arasında
onun özünəməxsus
fərdi cizgilərinin
təkamül prosesini
aydın şəkildə
görmək mümkün
idi. Sərgidə gözləri gülən
insan portretlərinin olması gənc rəssamın humanist düşüncəsindən
irəli gəlirdi.
Əsərlərdə istifadə
olunan açıq, əlvan rənglər nikbin duyğuların
təcəssümü kimi
nəzərə çarpırdı.
Tədbir
əsnasında Ceyran Mirqasımova ilə ayaqüstü söhbət
etmək imkanım oldu və bu
fürsəti qaçırmadım:
- Oxuculara özünüzü
tanıdın...
- Ceyran Mirqasımova. 16 yaşım var. Hazırda 23 saylı məktəbin 11-ci sinif şagirdiyəm.
- Neçə ildir bu sənətlə məşğulsunuz?
- Uşaqlıqdan. Hələ 5 yaşımda ikən
geyimlər, modellər,
interyer və başqa müxtəlif formalı eskizlər çəkməyə başlamışdım.
Öz əllərimlə nəsə
hazırlamaq, fərqli
bir şey yaratmaq xoşuma gəlirdi. Həmin anlarda bunun gələcəkdə bir
sənətə çevrilə
biləcəyini düşünmürdüm.
Bir zamanlar bu işin mənim
həyatımın mühüm
bir hissəsini tutacağı ağlıma
gəlməzdi. Öz
emosiyalarını, hisslərini
təsvir etmək- artıq bu iş
mənim üçün
çox önəmli
məna daşıyır.
Peşəkar rəssamlar
deyirlər ki, bu dövrdə mənə gərək kənar təsirgöstərilməsin,
çünki yalnız
bu yolla mənim fərdi təfəkkürüm və
özünəməxsus yaradıcılıq
meyllərim inkişaf
edəcək. Təbii ki,
gələcəkdə mən
bu sənətlə peşəkar şəkildə
məşğul olmağı
düşünürəm.
- İlk çəkdiyiniz
rəsmi necə xatırlayırsınız?
- İlk əl işim kiçik yaşlarımda rəfiqəmgildə
olarkən yaranmışdı. Rəfiqəmin bacısının əl işindən olduqca ilhamlanmışdım. O da
rəsm çəkməyi
sevirdi. Ondan fırça istədim
və nələrsə
çəkməyə başladım.
Artıq
12 yaşımda ikən
rənglərlə çalışaraq
rəsm yaratmağa davam etdim.
- Rəsmləriniz arasında
çox sevdiyiniz və dəyərləndirdiyiniz
hansıdır?
- Yaradıcılığımda mənə ən yaxın olanının, bütünlükdə duyğu
və hisslərimi düşündüyüm kimi
əks etdirə bildiyim parçanın adını qeyd edə bilərəm. Bu “Narıncı günəş”
(Gün batımı)
adlanır.
Hazırkı tədbirdə də
bu tablo sərgilənir.
- Bu gün sərgilənməkdə
olan əsərlərin
hər hansı ümumi ideyası, yaxud onları birləşdirdən bir dramaturji xətt varmı?
- Əsərlərin hər
biri ayrı-ayrılıqda
özünəməxsus məna
daşıyır.
Lakin mən əsərlərimlə
daim bir ideya, bir mesaj
verməyə çalışıram:
biz hər birimiz insanıq və hər birimiz eyni hüquqluyuq, hər kəs humanist olmağa səy göstərməlidir. Bu mənim bütünlükdə
əsərlərimi birləşdirən
mühüm ideyadır.
Ümumilikdə rəsmlərə öz duyğu və emosiyalarımı yüklədiyimdən onlar
adətən yaxşı,
yəni pozitiv ruha köklənir.
- Rəssam olmağı birmənalı şəkildə
dəqiqləşdirmisiz? Hissləriniz sizə nə deyir?
- Öncədən dəqiq
bir fikir deməkdə çətinlik
çəkirəm. Amma özümü
bütünlükdə sevdiyim
işə, rəsm çəkməyə həsr
etməyi düşünürəm.
Məncə başqa heç
bir sənətlə belə yaxından maraqlanmayacam. Çünki özümü başqa bir ixtisasda belə
sərbəst, xoşbəxt
görə bilmirəm.
Mən yaradıcı insanam, hisslərlə yaşayıram,
ruhən rəssamam.
Gənc
rəssam Ceyran Mirqasımova gözəl
yaradıcılıq nümunələrinə
görə “Elm çırağı”
İB-nin sədri
professor Naidə Məmmədxanova
tərəfindən diplomla
mükafatlandırıldı. Biz də öz
növbəmizdə gələcəyin
parlaq rəssamına həyatda və yaradıcılıqda bol uğur arzu edirik.
İlahə
QİSMƏT
525-ci qəzet.- 2016.- 19 noyabr.- S.12.