İran yazıçısı Mustafa Məstur Bakıda oxucuları ilə görüşdü
Bu gün AMEA-nın
Mərkəzi Elmi Kitabxanasında tanınmış
İran yazıçısı
Mustafa Məsturla görüş
olub.
Görüş çərçivəsində ədibin ATV kanalı və "Parlaq İmzalar" Nəşriyyatının
ortaq layihəsi üzrə işıq üzü görən
"Tanrının ay üzündən
öp" romanının
imza günü də keçirilib.
Xatırladaq ki, Ariz Tarverdiyevin tərcüməsində,
Seyfəddin Hüseynlinin
redaktəsilə nəşr
olunan roman bundan əvvəl "Dünya ədəbiyyatı" dərgisində
çap edilib.
Mədəniyyət və Turizm Nazirliyi, ATV Kanalı, Azərbaycan Yazıçılar Birliyinin
Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzi,
"Parlaq İmzalar"
Nəşriyyatı və
AMEA Mərkəzi Elmi
Kitabxanasının dəstəyi
ilə keçirilən
tədbirdə yazıçı
"Qloballaşma dövründə
ədəbiyyat" mövzusunda
mühazirə oxuyub, həmçinin iştirakçıların
suallarını cavablandırıb.
Görüşdə Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin sədri
Səlim Babullaoğlu,
“Parlaq İmzalar” Nəşriyyatının direktoru
Nurman Tarıq “Dünya ədəbiyyatı”
jurnalının baş
redaktoru Seyfəddin Hüseynli, şairlər Qismət Rüstəmov, Fərid Hüseyn, tənqidçi Cavanşir
Yusifli, oxucular və media nümayəndələri
iştirak ediblər.
Çıxışlarda Mustafa Məsturun yaradıcılığından,
Azərbaycan-İran ədəbi-mədəni
əlaqələrindən söhbət
açılıb.
Cavid QƏDİR
525-ci qəzet.-2016.-23 noyabr.-S.7.