Parisdə “İvon Bottonun arzuladığı
həyat” təqdim edildi
Parisdə UNESCO-nun baş qərargahında
Azərbaycan Respublikasının
bu təşkilatda daimi nümayəndəliyinin
və Avropa Azərbaycan Cəmiyyətinin
(TEAS) birgə təşkilatçılığı
ilə Şain Sinarianın “İvon Bottonun arzuladığı
həyat” kitabının
təqdimatı keçirilib.
Azərbaycanın UNESCO-da daimi nümayəndəliyinin
rəhbəri Anar Kərimov tədbiri giriş sözü ilə açaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
2016-cı ilin ölkəmizdə
“Multikulturalizm ili” elan edildiyini diqqətə çatdırıb. A.Kərimov Azərbaycanın
əsrlər boyu ayrı-ayrı millətlərin
və konfessiyaların
nümayəndələrinin sülh, əmin-amanlıq,
qarşılıqlı anlaşma
və dialoq şəraitində yaşadığı
məkan kimi tanındığını vurğulayıb,
ölkəmizdə multikulturalizmin
həyat tərzi olduğunu bildirib.
O, Roma Papası Fransiskin ölkəmizə səfərinin
təsadüfi olmadığını
vurğulayaraq bildirib ki, “Bakı prosesi” mədəniyyətlərarası
dialoqun təşviqinə
xidmət edir. Azərbaycan radikalizm və ekstremizmə qətiyyətlə
yox deyir, cəmiyyətdə sülhsevərlik,
tolerantlıq dəyərlərinin
təbliğinə geniş
yer verir. Müstəqilliyinin ilk illərindən Azərbaycan Ermənistanın
hərbi təcavüzü
və onun apardığı etnik təmizləmə siyasəti
ilə üzləşsə
də, yenə də dialoqun gücünə inanır,
müxtəlif din və
millətlər arasında
sülhü təşviq
edir.
A.Kərimov bildirib ki, tədbirin
UNESCO-nun baş qərargahında
təşkil edilməsi
təsadüfi deyil. Bu təşkilat da sülh, dialoq, qarşılıqlı anlaşma
və tolerantlığın
təşviqinə böyük
əhəmiyyət verir.
Qeyd olunub ki, Şain Sinarianın
“İvon Bottonun arzuladığı həyat”
kitabı fransız İvonun həyatından bəhs edir. İkinci Dünya
müharibəsi zamanı
azərbaycanlı əsgər
Şəmmədi sevən
17 yaşlı İvon
Botto öz doğma vətənini tərk edərək mədəniyyət, dil və din baxımından tamamilə fərqli bir ölkəyə - Azərbaycana gəlir.
Bildirilib ki, dialoq və
multikulturalizmi təcəssüm
etdirən İvon Botto xalqlar və
mədəniyyətlər arasında
insan körpüsüdür. A.Kərimov İvon
Bottonun səhhəti ilə bağlı tədbirdə iştirak edə bilməməsinə
təəssüfləndiyini bildirib və onun ailəsinə qovuşmasında TEAS-ın
rolunu yüksək qiymətləndirərək təşkilatın
üzvlərinə təşəkkür
edib.
UNESCO-nun baş direktorunun
nümayəndəsi Dendev
Badarç çıxış
edərək “İvon
Bottonon arzuladığı
həyat” kitabının
böyük dəyəri
olduğunu vurğulayıb. O, “Mədəniyyətlərarası
dialoq və qarşılıqlı anlaşmanı
təşviq etmək
üçün e-öyrənmə
mənbələrinin inkişafı”
layihəsinə verdiyi
dəstəyə görə
Azərbaycan hökumətinə
təşəkkür edib.
UNESCO-nun əsas tərəfdaşı
olduğu Mədəniyyətlərarası
Dialoq IV Beynəlxalq Forumunun 2017-ci ilin may ayında Azərbaycanda keçiriləcəyini bildirib.
O, İvon Bottonun həyatına həsr edilmiş bu kitabın mərhəmət,
insanlığa inam baxımından hər birimiz üçün ilham mənbəyi olacağını qeyd edib.
Avropa Azərbaycan
Cəmiyyətinin (TEAS) Fransa
ofisinin direktoru Mari-Letisiya Qurden isə İvon Botto və onun
ailəsi ilə tanışlığının tarixindən danışıb.
Fransa Prezidenti
Fransua Ollandın
2014-cü ilin mayında
ölkəmizə rəsmi
səfəri zamanı
İvon Botto ilə görüşdüyü
və onu iki ölkə arasında dostluğun ən yaxşı nümunəsi kimi qiymətləndirdiyi bildirilib.
Sonra Marsel Botto əmisi qızı İvon Bottonun ailəsi və onun gəncliyi haqqında geniş məlumat verib.
Tədbir Xalq Artisti Ənvər Sadıqov və Əməkdar Artist, caz ustası Emil Əfrasiyabın ifasında konsert proqramı ilə davam edib.
525-ci qəzet.-2016.-23 noyabr.-S.2.