Gəncədə BMT-nin
iqtisadi forumu
başladı
Ölkəmiz dünyanın iqtisadi
və humanitar inkişafı məsələlərinə
dair mötəbər
beynəlxalq tədbirlərə
ev sahibliyi etməkdə davam edir.
Respublikamızın ikinci şəhəri Gəncədə
BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün
Xüsusi Proqramının "Əməkdaşlıq vasitəsilə
davamlı inkişaf məqsədlərinin həyata
keçirilməsinin gücləndirilməsi"
mövzusunda 2016-cı il
üzrə İqtisadi
Forumu öz işinə başlayıb.
Forumda müxtəlif
ölkələri təmsil
edən mərkəzi
və yerli icra hakimiyyəti orqanlarının, beynəlxalq
təşkilatların, yerli
və xarici şirkətlərin 100 nəfərədək
nümayəndəsi iştirak
edir.
Forumun açılışında
ölkəmizin BMT ilə
əlaqələrinin yüksək
səviyyədə olduğu,
Azərbaycanın BMT-nin
ixtisaslaşmış qurumları
ilə fəal əməkdaşlıq etdiyi,
BMT-nin bir çox təşəbbüs
və proqramlarına qoşulduğu bildirilib. Qeyd edilib ki, 2002-ci ildən BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları
üçün Xüsusi
Proqramına (SPECA) üzv seçilən Azərbaycan
digər iştirakçı
ölkələrlə ikitərəfli
və çoxtərəfli
əməkdaşlıq əlaqələri
qurub, proqrama üzv ölkələrlə
iqtisadi-ticarət əlaqələrini
daha da genişləndirib.
Həmçinin İqtisadi Forum çərçivəsində
təşkil edilən
sessiyalarda müzakirəsi
nəzərdə tutulan
məsələlər barədə
də məlumat verilib.
BMT-nin davamlı inkişaf məsələləri
üzrə regional qurumlarının
nümayəndələri və
ekspertləri
BMT-nin dünyada
davamlı inkişaf məqsədlərinə nail olmaq
üçün üzv
dövlətlərlə fəal
əməkaşlıq etdiyini
bildirərək, Azərbaycanın
BMT-nin fəal üzvlərindən olduğunu
vurğulayıblar. Həmçinin Azərbaycanın qısa müddətdə iqtisadi və sosial sahələrdə böyük
uğurlar qazandığı,
BMT-nin təşəbbüslərinin
Azərbaycanda həyata
keçirilən müxtəlif
proqramlarda öz əksini tapmasının böyük əhəmiyyət
kəsb etdiyi qeyd edilib, qurumun
yerli nümayəndəliyi
ilə işgüzar əlaqələrin yüksək
səviyyədə olduğu
bildirilib.
"Dünyanın
regionları bir sıra problemlərlə
- iqtisadiyyat, təhlükəsizlik,
iqlim, ekologiya, demoqrafiya və digər məsələlərlə
bağlı çətinliklərlə
üzləşir. Ona görə
də ölkələrin
bu istiqamətlərdə
birgə fəaliyyət
göstərməsi zəruridir.
Elə
SPECA-nın da məramı bununla bağlıdır. Gəncədəki illik forumun yüksək
səviyyədə təşkil
olunması buradakı
işgüzar ab-havanı
tamamlayır.Bunun üçün
Azərbaycan hökumətinə
və yerli hakimiyyət qurumlarına minnətdarıq"-deyə,
BMT-nin Avropa regionu üzrə İqtisadi Komissiyasının
icraçı katibi Kristian Fris Baxa
bildirib.
BMT-nin Asiya və Sakit okean
regionu üzrə İqtisadi və Sosial Komissiyasının
(UNESCAP) icraçı katibinin
Davamlı inkişaf üzrə müavini Kaveh Zahidi forumda
müzakirə olunan məsələlərin həlli
baxımından ölkəmizdəki
durumu yüksək qiymətləndirib. O, 2000-ci ildə
yoxsulluğun əhalinin
47 faizinə sirayət
etdiyi Azərbaycanda 15
il ərzində
bu rəqəmin 10 dəfə azaldılmasına
nail olunduğunu da təqdirəlayiq hal kimi xarakterizə edib.
"Davamlı inkişaf
məsələlərinin həyata
keçirilməsində Azərbaycandan
çox şey öyrənmək olar. Azərbaycanda bu istiqamətdə nazirliklərarası sura da yaradılıb. Məsələlərin konseptual həlli
üzrə bu cür təcrübədən
digər ölkələr
faydalı şəkildə
yararlana bilərlər"-deyə, K. Zahidi qeyd edib.
Sonra İqtisadi
Forum sessiyalarla işinə
davam edib. "Dayanıqlı
inkişaf məqsədlərinin
uğurla həyata keçirilməsi üçün
milli səviyyədə
görülməli olan
işlər, strategiyalar"
mövzusunda təşkil
edilmiş sessiyada çıxış edən
iqtisadiyyat nazirinin müavini Sahil Babayev qeyd edib
ki, ölkəmizdə
iqtisadi, sosial, ekoloji sahələrdə qarşıya qoyulmuş hədəflərə nail olmaq
məqsədilə 2012-ci ildən
"Azərbaycan - 2020: Gələcəyə
baxış" İnkişaf
Konsepsiyası qəbul
olunub. Konsepsiyanın əhatə etdiyi əsas sahələr vətəndaş cəmiyyətinin
ölkənin siyasi və iqtisadi məsələlərində rolunun
artırılması, insan
hüquq və azadlıqlarının təmin
edilməsi, iqtisadiyyatın
strukturunun təkmilləşdirilməsi
və qeyri-neft sektorunun inkişafı,
İKT-nin inkişafı
ilə informasiya cəmiyyətinə keçidin
təmin olunması və s. istiqamətlərindən
ibarətdir.
Forum noyabrın 23-də "Bərabərlik,
inklyuzivlik və sosial ədalət üçün inkişafın
tarazlaşdırılması" və "
SPECA-nın qiymətləndirilməsi"
sessiyaları ilə işini davam etdirəcək. Sabah həmçinin, BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları
üçün Xüsusi
Proqramının (SPECA) Rəhbərlər
Şurasının 11-ci iclası
keçiriləcək. Şuranın təşkilati
məsələlərinə baxılacaq, növbəti
il üçün
sədr ölkə və Şuranın 12-ci iclasına dair qərar qəbul olunacaq. İşgüzar görüşün yekunu kimi, "Əməkdaşlıq vasitəsilə
davamlı inkişaf məqsədlərinin həyata
keçirilməsinin gücləndirilməsi"
Gəncə Bəyannaməsi
qəbul ediləcək.
Zakir Muradov
Gəncə
525-ci qəzet.-2016.-23 noyabr.-S.6.