AYAĞIM TORPAQDA,
ƏLİM GÖYDƏDİR...
Saf, təmiz könüldə
bitib boy atan,
İlahi sevginin parasıyam mən.
Bir ömrü qismətə çəkib yaşadan,
Ayların, illərin sırasıyam mən.
Həm sözün dağıyam,
həm dərəsiyəm,
Haqqına can atan haqq zərrəsiyəm.
Haqq - Günəş, mən isə Yer kürəsiyəm,
Başında dövrələr vurasıyam
mən.
Yoxdur insanlığın bir asan yolu,
Şərəflə gedirəm Haqq yazan yolu.
Yolumdan düşəcək min insan
yolu,
Gözlərin nur saçan qarasıyam mən?
Ağrayar, yanıltmaz bu başım məni,
Qoşun yaxşılığa qarışım,
məni.
Vicdanın özündən soruşun
məni,
Nə desə,o yerdə
durasıyam mən.
Ayağım torpaqda, əlim
göydədir,
Əyilməz, basılmaz belim göydədir.
Ağzıma sığmayan dilim göydədir,
Yer ilə səmanın
arasıyam mən.
Məzahir ZEYNAL
525-ci qəzet.- 2016.- 24 noyabr.- S.7.