MƏN HƏMİN ADAM DEYİLƏM

 

Dünya, dəyişmişəm tamam,

Mən həmin adam deyiləm.

Əl çək məndən, atam-anam,

Mən həmin adam deyiləm.

 

Kişi başına gələr,

Üzə, gözə qırış gələr.

Səsim sənə tanış gələr,

Mən həmin adam deyiləm.

 

oldu yeyə bilmirəm,

tapdım geyə bilmirəm.

Hər sözü deyə bilmirəm,

Mən həmin adam deyiləm.

 

Yaşım daha o yaş deyil,

Başım daha o baş deyil.

Mənim işim savaş deyil,

Mən həmin adam deyiləm.

 

əməlli yerişim var,

dövranda gərdişim var.

Mənim sənlə işim var?

Mən həmin adam deyiləm.

 

Buz kimiyəm, ərit görüm,

Ağlayıram, kirit görüm.

Mən ölmüşəm, dirilt görüm,

Mən həmin adam deyiləm.

 

Qışım gəlib, yarım gedib,

Neçə-neçə tayım gedib.

Sənlə haqq-sayım gedib,

Mən həmin adam deyiləm.

 

Günahımdan keçən gəlsin,

Tükü tükdən seçən gəlsin.

Kəfənimi biçən gəlsin,

Mən həmin adam deyiləm.

 

Qurumuş yarpaq kimiyəm,

Saralmış varaq kimiyəm.

Mən qara torpaq kimiyəm,

Mən həmin adam deyiləm.

 

Günahıma baxın, gedim,

Yanınızdan çıxım, gedim.

Qoy Allaha yaxın gedim,

Mən həmin adam deyiləm.

 

Bayram NOVRUZ

 

 

525-ci qəzet.- 2016.- 24 noyabr.- S.7.