Bela Bartok Bakıda

 

BƏSTƏKARIN ƏSƏRLƏRİ MACAR MUSİQİÇİLƏRİN İFASINDA BAKI FİLARMONİYASINDA SƏSLƏNDİ

 

 

Böyük macar bəstəkarı, pianoçusu, musiqi etnoqrafı, macar musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Bela Bartokun bu il 135 illiyi tamam olur.

 

O, 1881-ci ildə Nadsentmikloşda (Transilvaniya) anadan olub, 1945-ci ildə Nyu-Yorkda vəfat edib. Bela Bartokun musiqi elmi əsərləri böyük uğur qazanıb. Dünyaşöhrətli bəstəkar ölümündən 10 il sonra, 1955-ci ildə Beynəlxalq Sülh mükafatına layiq görülüb. Bu onun ölümündən sonra da musiqisinin beynəlxalq müstəvidə böyük əhəmiyyət kəsb etməsinə parlaq sübutdur.

 

Bela Bartok Budapeştin Musiqi Akademiyasının professoru idi. O, macar xalq musiqisini tədqiq etmiş, həmçinin bir çox digər xalqların- rumın, slovak, serb, xorvat, həm ərəb mahnılarını toplamış araşdırmışdı. Onun yazdığı əsərlər xalq musiqisi ilə sıx bağlı idi. Eyni zamanda bəstəkarın əsərlərində modernist cərəyanın təsiri duyulur.

 

Bela Bartok 1940-cı illərdə Macarıstanda faşistlərin təqiblərindən xilas olmaq üçün ABŞ- a mühacirət edir. Bela Bartokun yaradıcılıq irsi çox zəngin çoxşaxəlidir. Bəstəkar 1911-ci ildə "Göysaqqal hersoqun qəsri" adlı operasını, "Allegro Barbaro" fortepiano əsərini, 1916-cı ildə "Taxta şahzadə", "Möcüzəli mandarin" baletlərini, "Cantata profana"nı, 1903-cü ildə "Simfoniya Koşut"u, fortepiano, həmçinin skripka üçün konsertlərini, rapsodiyalarını, 6 simli kvartetini, müxtəlif alətlər üçün pyeslərini, sonatalarını, mahnılarını rəqs sikllərini, "Mikrokosmos" (153 pyesdən ibarət fortepiano orkestr üçün), folklor əsərlərini sair musiqi nümunələri bəstələmişdi.

 

Bela Bartokun xüsusilə ilk əsərlərində Listin, Vaqnerin, Debüssinin təsiri hiss olunur. Lakin modernist təsirləri onun birinci fortepiano konsertində, üçüncü kvartetində, "Möcüzəli mandarin" baletində, "Mikrokosmos"un bəzi pyeslərində xüsusilə qüvvətlidir.

 

Hələ 1928-ci ildə Bela Bartok Amerika dərgisinə verdiyi müsahibədə demişdi ki, onun idealı bütün üslubların bir yerdə yaxşı həllidir. Bəstəkar etiraf etmişdi ki, "mən heç bir şey əks etdirməyən musiqi bəstələyə bilmirəm".

 

Noyabrın 19-da M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bela Bartokun yubileyinə həsr olunmuş konsert keçirildi. Konsertdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri (bədii rəhbər baş dirijor Rauf Abdullayev) Bela Bartokun əsərlərindən ibarət konserti böyük bacarıqla apardı.

 

Konsertdə skripka orkestr üçün iki saylı Rapsodiyanı məşhur macar skripkaçı Qraf Murja böyük ustalıqla, ehtirasla səsləndirdi. Qraf Murja bir sıra beynəlxalq müsabiqələrin laureatıdır. O, 1990-cı ildə Genuyada Nikkola Paqanini adına, 1991-ci ildə isə Lissabonda Vianna da Motta adına müsabiqələrin laureatı olub. Qraf Murja Moskvada təhsil alıb, 1997-ci ildə Moskva konservatoriyasını bitirib. 2004-cü ildə o, Rusiyanın Əməkdar artisti adına layiq görülüb. 2010- cu ildə isə Monte Karloda "Nüfuzlu skripka ustası" müsabiqəsində "Qran pri" "Qızıl medal" qazanıb.

 

Konsertdə Bela Bartokun fortepiano orkestr üçün mürəkkəb üç sayılı konserti Dyordya Oravetsin ifasında səsləndi. Pianoçu ifasında xüsusi texniki hazırlıq, üsluba nüfuz etmə bacarığı nümayış etdirdi.

 

Dyordya Oravets 1981-ci ildə Budapeştdə Musiqi Akademiyasını bitirib, İstvan Lantos Zoltan Kocsis kimi musiqiçilərdən bəhrələnib. Dyordya Qravets 2001-ci ildə Rixard Vaqner assosiasiyasının 25 illiyi münasibətilə keçirilən tədbirə dəvət olunub oranın xüsusi mükafatına layiq görülüb.

 

Konsertdə Bela Bartokun işləməsində macar xalq mahnıları şair Adyi Endrinin sözlərinə yazılmış mahnı Andrea Yöröş-Braşşoinin gözəl ifasında səsləndi. Macar xalq mahnılarını Andrea Yöröş-Braşşoi soprano səsinin bütün çalarlarından ustalıqla yararlanaraq onları təbii, folklor üslubunda ifa etdi. Müğənnini fortepianoda xüsusi həssaslıqla müşayiət edən pianoçu Dyordya Qravets idi.

 

Andrea Yöröş- Braşşoi Viskovada musiqi məktəbini bitirib, təhsilini Debresenin Ali musiqi məktəbində davam etdirib, klassik musiqi vokalisti adına layiq görülüb. O, Ferents List adına opera sənəti fakültəsinin aspirantı olub, 2010- cu ildə mahnı müsabiqəsinin xüsusi mükafatını alıb. Müğənni 2013- ildə Debresende Verdi adına musiqi festivalında iştirak edib.

 

Bakı filarmoniyasında böyük uğurla keçən konsertdə Bela Bartokun hər əsəri tamaşaçılar tərəfindən rəğbətlə, sevinclə qarşılanıb alqışlandı.

 

Ümumiyyətlə, macar xalqının musiqi ənənələri Azərbaycanın musiqi ənənələri kimi çox qədim zəngindir. Biz hər iki xalqın qarşılıqlı əlaqələrinin daha sıx fəal olmasını arzu edirik.

 

2015-ci ildə mənim "Üzeyir Hacıbəyli onun görkəmli sələfləri" adlı kitabım Budapeştdə ingilis dilindən macar dilinə tərcümə olunaraq nəşr edilib. Üzeyir Hacıbəylinin musiqisinin macar xalqı tərəfindən tanınması sevilməsi Bela Bartokun yaradıcılığının Azərbaycanda sevilməsi məşhurlaşması qədər önəmlidir.

 

Bakıda Bela Bartokun anadan olmasının 135 illiyinə həsr edilmiş konsertin keçirilməsi bu yolda atılan gözəl addımlardan tədbirlərdən biri idi.

 

Zemfira SƏFƏROVA

AMEA müxbir üzvü, pofessor, Əməkdar elm xadimi

 

525-ci qəzet.- 2016.- 24 noyabr.- S.7.