Həmsədrlik institutunda ardıcıl iki dəyişiklik

 

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ İLƏ BAĞLI QARŞIYA QOYULAN YENİ HƏDƏFLƏR, YOXSA MİNSK QRUPUNA QARŞI YARANMIŞ İNAMSIZLIQ BU ƏVƏZLƏNMƏLƏRİ ŞƏRTLƏNDİRİB?

 

ABŞ-da yeni prezident məlum olandan sonra digər ölkələr kimi Azərbaycan da ikitərəfli əlaqələrin müsbət istiqamətdə inkişaf edəcəyinə ümidlə baxır.

 

Rəsmi Bakını düşündürən ən əsas məsələ Donald Tramp administrasiyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində oynayacağı roldur. Çünki heç kimə sirr deyil ki, problemin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun həmsədrləri müstəqil qərar yox, təmsil etdiyi dövlətin mövqeyini ortaya qoyurlar. Bu mənada, Barak Obamanın prezidentlik səlahiyyətlərini öz sələfinə təhvil verməyə hazırlaşdığı bir vaxtda amerikalı həmsədr Ceyms Uorlikin həmsədrlikdən istefa verməsi maraq doğurur.

 

Uorlik qeyd  edib ki, o, Minsk qrupunun həmsədri vəzifəsini dekabrın 31-də tərk edəcək: "ABŞ Dövlət Departamentində 30 ildən artıq çalışmaq şərəf idi. Rusiyanın ən böyük ən nüfuzlu hüquq firmasının ortağı kimi fəaliyyətimi davam etdirəcəm".

 

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri C.Uorlikin ofisindən APA-ya verilən məlumata görə, yeni həmsədrinin adı yaxın vaxtlarda məlum olacaq. Amerikalı həmsədrin istefa verdiyini ofisdən rəsmən təsdiqləyiblər.

 

Bu o deməkdir ki, gələn ilin yanvar ayında amerikalı milyarder Donald Tramp üçün Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yeni həmsədr yerinə yetirəcək.

 

Amerikalı həmsədrin istefasına rəsmi Bakı da öz mövqeyini bildirib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın ATƏT-in Minsk Qrupunun həmsədrlərindən gözləntisi institusional xarakter daşıyır. O "Trend"ə bildirib ki, ABŞ-dan olan həmsədr Ceyms Uorlikə gələcək fəaliyyətində uğurlar arzu edir: "Ümumiyyətlə, bizim ATƏT-in Minsk Qrupunun həmsədrlərindən gözləntimiz fərdi deyil, institusional xarakter daşıyır. Belə ki, institusional olaraq ATƏT Minsk Qrupunun həmsədrləri mandatlarına uyğun münaqişənin beynəlxalq hüququn norma prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri Helsinki Yekun Aktı əsasında həllini təmin etməlidirlər. Nəticə etibarilə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində qəbuledilməz qeyri-davamlı hesab etdikləri status kvo-dəyişdirilməlidir".

 

XİN rəsmisi əlavə edib ki, status-kvonun dəyişdirilməsi isə işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını tələb edir: "Təəssüf ki, ötən 20 ildən artıq müddət ərzində Azərbaycan əraziləri işğaldan azad edilməyib regionda davamlı sülh təhlükəsizlik təmin edilməyib".

 

Vaxtaşırı olaraq həmsədrlər əvəzləndiyi üçün C.Uorlikin istefası gözlənilməz deyil. Xatırladaq ki, noyabr ayında ATƏT-in Minsk Qrupunun yeni fransalı həmsədri məlum olub. Pyer Andryunu əvəzləyən Stefan Viskonti artıq vəzifəsinin icrasına başlayıb. Fransa Xarici İşlər Nazirliyindən verilən məlumata görə, yeni həmsədr digər həmkarları ilə birlikdə ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin dekabrın əvvəlində Hamburqda keçiriləcək görüşünə qatılacaq. ATƏT ölkələri xarici işlər nazirləri Şurasının Hamburq toplantısında həmsədrlərin Azərbaycan Ermənistan xarici işlər nazirləri ilə görüşləri planlaşdırılır. Həmsədrlər Azərbaycan Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi nəzərdə tuturlar. Görüşlərdə Azərbaycan Ermənistan prezidentlərinin görüşünün təşkili əsas müzakirə mövzusu olacaq.

 

Ümumiyyətlə son vaxtlar Fransanın münaqişənin həllində təşəbbüsü ələ almağa çalışdığı az da olsa, hiss olunurdu. Bunu hazırkı prezident Fransua Ollandın Azərbaycan Ermənistan rəhbərlərinin növbəti görüşünü təşkil etməyə hazır olduğunu bəyan etməsindən başa düşmək olar. Lakin rəsmi Parisin bu təklifi ərəfəsində münaqişə ətrafında baş verən mənfi proseslər prezidentlərin görüşünü arxa plana çəkib.

 

Hələlik adı məlum olmayan yeni amerikalı həmsədrin isə ABŞ-ın yeni prezidenti ilə təxminən eyni vaxtda fəaliyyətə başlaması Azərbaycan ictimaiyyətinin diqqətindən kənara qaçmayıb. Bu, Birləşmiş Ştatların yeni rəhbərliyinin xarici siyasətdə qarşıya yeni hədəflər qoyması ilə bağlı ümidləri bir qədər artırır. Digər tərəfdən isə həmsədrlərin bir-birinin ardınca əvəzlənməsini onların nəticəsiz fəaliyyətlərinə yaranan inamsızlıqla da əlaqələndirmək olar.

 

Məsələ ilə bağlı Milli Məclisin deputatı Sahib Alıyev qeyd edib ki, Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik 30 ildən artıq Dövlət Departamentində çalışmağı özünə şərəf bilir: "Ola bilər, ancaq onun Dağlıq Qarabağ probleminin həlliylə bağlı təyinatlandırıldığı dövrdə özünə ölkəsinə şərəf gətirəcək har hansı bir hərəkətini görmədik. Bu təkcə Uorlikə deyil, eyni zamanda problemin həlli üzərində sözdə işləyən bütün həmsədrlərə onların təmsil etdikləri dövlətlərin hamısına aiddir".

 

 "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, amerikalı həmsədr Ceyms Uorlik o biri həmsədrlərdən heç ilə fərqlənməyib: "Uorlik əvvəlcə dedi ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Bu fikir xoşumuza gəldi. Bunun üstündən aylar keçəndən sonra isə o, sözlərinə düzəliş edərək ətraf rayonların boşaldılması ilə yanaşı Dağlıq Qarabağın statusunun da müzakirə edilməli olduğunu bildirdi. Əvvəl dediyi idi, indi söylədiyi ? Bilmədik ki, amerikalı diplomat münaqişənin "mərhələli", yoxsa "paket" həllinin tərəfdarıdır. Ancaq onu bildik ki, amerikalı diplomat elə rusiyalı həmkarının dediyini təkrarlayır. Rusiyalı həmkarı demişkən, Uorlikin diplomatik fəaliyyətini yekunlaşdırdıqdan sonra Rusiyanın ən böyük nüfuzlu hüquq firmalarından olan "Yeqorov, Puqinski, Afanasyev tərəfdaşları" şirkətində fəaliyyətə başlaması da çox nəsnədən xəbər verir".

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə deyib ki, Ceyms Uorlik yaddaşlarda ATƏT-in ziddiyyətli həmsədri kimi qalacaq. O SİA-ya bildirib ki, amerikalı həmsədrin vəzifədən getməsinin ilk səbəbi özünün söylədiyi kimi səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır: "Lakin bizim üçün mühüm məsələ Dağlıq Qarabağ münaqişəsinin həll edilməsidir ki, həmsədrlər dəyişir lakin problem həllini tapmır. Bu baxımdan yeni həmsədrin kim olacağının da, prinsip etibarı ilə bir o qədər önəmi yoxdur. Yeni insan ABŞ-ın Dövlət Departamenti tərəfindən müəyyən ediləcək onun görəcəyi bütün işlər ilk növbədə  departament tərəfindən ona veriləcək təlimatlar əsasında reallaşacaq".  

 

E.Mirzəbəylinin sözlərinə görə, ümumiyyətlə, həmsədrlər müstəqil şəkildə mövqe nümayiş etdirmək imkanına malik deyillər: "Onlar öz dövlətlərinin mövqelərini ifadə edirlər. Bu baxımdan indiyədək çoxsaylı dəyişikliklərin şahidi olsaq da, münaqişənin  ATƏT-in Minsk Qrupu tərəfindən tənzimlənməsində dəyişiklik görməmişik".

 

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

 

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiyaİsveçdir.

 

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

 

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

 

Ceyhun ABASOV

525-ci qəzet.-2016.-23 noyabr.-S.5