Məhşər heçuzaqda deyil...

 

 

 

 

Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri ParmaksızınHəsrət, eşq sükutkitabıaybkitablayihəsi üzrə nəşr olunub.

 

Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır.

 

Kitabda yer alan esselərdən nümunələri oxucularımıza təqdim edirik.

 

Gecələr həsrət; gündüzlər həsrət, lakin dünya sonlu olan.

 

Məhşərədək bitməyəcək bir həsrət dənizində üzürəm hər gün. Bu dəniz bəzən dalğalı, bəzən durğun, bəzən fırtınalı olur, lakin mən eşqi hər halı ilə sevirəm. Eşq, içində min bir çiçəyin rayihəsini saxlayan ətir çünki.

 

Şəlalələr, dənizlər okeanlar könlümdəki coşqunu qısqanır; məni görən qarışqalar yuvalarından çıxır salama dururlar eşqimə; göyərçinlər uçuşları ilə qarşılayır məni; küləklər yarın qoxusunu gətirincə könlümə, susur təbiət sükut belə əzbərləyir nəğməmizi.

 

Zamanın heç dilə gəldiyini duydunuzmu siz? Saatların danışdığına heç şahid oldunuzmu? Dünən gecə zaman da, saatlar da dilə gəldi könlümdə sonlu olduqlarını qəbul etdilər artıq.

 

Gecələr həsrət; gündüzlər həsrət, lakin dünya sonlu olan.

 

Anladım ki, həsrət sonlu olanda alınan bir nəfəs; həyat bir göz qırpımı qədər qısa qiyamət məhşərə çıxan bir nərdivanmış.

 

Ağlımda yaşadığım gözəl anlar. Xəyalımda yarın barmaqlarının ucundan içdiyim şərbət, dilimdə şükür təslimiyyət nəğmələri, təvəkkül adlı atla dünyada üz tutmağım göyə buludların üstündə səcdə etməyim Mövlaya.

 

Kədər dayanacağından keçməyən; gecələrin səbir təsbehini çəkməyən hansı ruh; xoşbəxtlik və hüzur şəfəqində doğan göy qurşağını görüb hüzün yağışlarında islanmadansevdiyini itirmə qorxusuyla həsrət yorğanını üstünə örtüb altında hıçqıra-hıçqıra ağlamamış olsun.

 

Şükr etmək bir nemət, təslim ola bilmək bir hal ki, anladılmaz.

 

Eşqi bir gözlük kimi gözümə; bir süzgəç kimi ağlıma və bir tac kimi başıma taxdım. Eşqin baxışından; gözündən keçmədən düşündüyüm, gördüyüm və dərk etdiyim bir şey yox artıq.

 

Eşqə bağlanmaq; eşqlə məhşərə addımlamaq nə qədər gözəl. Aldığım hər nəfəsdə uqbanı özləyirəm; həsrət mənə hər vurduğundasonlusan dünya” deyirəm və sonsuza yol alıram.

 

Dünya üzərində yox mənim kimi xoşbəxt bir qul; yox mənim kimi bir aşiq. Eşqlə tamam olmaq nə gözəl. Sonsuz sevdanı dünyada tapmaq və indidən məhşəri özləmək nə gözəl.

 

Sevdanın hər çeşidi danışır mənim əvəzimdən. Razıyam həsrətdən, eşqin yanğınından. Eşqlə yaşamaq, eşqlə sonsuzca sərxoş olmaq gözəl.

 

Ölüm bir insana bu qədərmi gözəl gələr; bu qədərmi xoşluq verər; bu qədərmi xoşbəxtlik və huzur ifadə edər? Çünki içimdəki yanğın bilinən bir atəşdən deyil. Bilinən bir şey deyil.

 

Gözlərimi qapayınca məhşəri xəyal edirəm; saxlaya bilmirəm özümü. Dünyada eşqi tapmaanlama xoşbəxtliyini yaşadımsa, sərməstəm sadəcə.

 

Ruhum uyuya bilmir; bədənim uyusa da, könlümün içində axan nəhirlər dayanmır; axır dərya olan eşqə.

 

Həsrətimin adı eşq, vüsal nəğməmin adı məşuq.

 

Çöllərin hərarəti eşqdən, qəlbim əriyir çölün eşq atəşində və qarışır könlünə könlüm; əridikcə coşarşükr edər Rəbbimə. Şükrün zirvəsinə qalxdım eşqlə; təvəkkül bulağında təmizlənirəm hər gün.

 

bir daha yəqin etdim ki, şükür qayığının kürəkləri səbir ağacından düzələrsə, qırılmazmış. Dalğa dediyimiz gerçəkdə nəfsin yaratdığı  bir şeymiş. Təslimiyyəti könül qalxanı edən aşiq təsirlənməzmiş bəsirət gözlüyünü taxanda günəşdən.

 

Günəş ki bir vaqiəymiş zülməti aşmaq üçün. Qaranlığın içində qeyb olanın eşqiymiş izlənəsi. Ulduzlar bir dayanacaqmış zaman yolunda və görəcəkləri dəniz fənəri kimi olmaqmış.

 

sonunda anladım eşqin və dünyanın nə olduğunu. Eşqlə göy üzünə yazdım buludlardan “Məhşər heçuzaq deyil” - deyə və nəhayət Mövlanın lütfüylə eşqə boyadım hər çiçəyi.

 

uykuyu sevdim mən; nə alışdım həsrətə.

Qucağını özlədim, əllərinə yandım mən.

Çox şükür deyə-deyə koşdum hər dəm vəhdətə,

Çoxça görsəm də səni, nə də sənə qandım mən...

 

Mehmet Nuri PARMAKSIZ

 

525-ci qəzet.- 2016.- 26 noyabr.- S.19.