“Çırpınıb əlindən
çıxdım balıq tək”
(Rəşad Məcid)
Rəşad, nə tez düşdün əldən,
Qaçırsan bir zərif güldən.
Gözü yaşlı gələn seldən
Balıq qaçmaz, sən qaçırsan.
Danışanda od saçırsan!
Könlü açarsız açırsan!
Balıqsan, sudan qaçırsan,
Mən qaçmıram, sən qaçırsan?
Həsəd apardım yaşına,
Şuxluğuna, tay-tuşuna,
Ay sağ əlin ağ başıma,
Sən saçında dən qaçırsan?
30.09.2016
Şikayət eylə
- Bu qədər pul vermişəm,
Həkim, xəstəm ölübdü.
Bu haqsızlıqdı belə,
Allahsızlıqdı belə
- Görürsən çalışıram.
Ölüb - bəlkə ayıldı,
Hə, pulu mən almışam!
Can alan Əzrayıldı,
Ondan şikayət
eylə.
Mənölümlər
Hanı
qiymətli çağın,
ay mənölümlər,
İndi gəlmir sorağın, ay
mənölümlər.
“Mənölümlə” ayı
mən göydə qapardım,
Onu bir kündə kimi saca yapardım.
İndi
gəlmir sorağın,
ay mənölümlər
Hanı qiymətli çağın,
ay mənölümlər.
Quruyub dil-dodağım, ay mənölümlər
Bağlanıb əl-ayağım, ay mənölümlər.
lll
Dedim şoferə: - Tez sür,
Məni
çatdır yarıma,
Çatım arzularıma!
Şofer
əyləci basdı:
- Yaman yerdə salmısan
yarı yadıma, qardaş,
burdan geri dönürəm
yarın yanına birbaş!
Fikrət QOCA
525-ci qəzet.- 2016.- 1 oktyabr.- S.12.