“Azərbaycan”ın sentyabr sayı

 

 

BugünlərdəAzərbaycanjurnalının sentyabr sayı nəşr olunub.

 

Poeziya”da Vaqif Bəhmənli, Fərid Hüseyn, Sabir Yusifoğlu, Tahir Taisoğlu, Nofəl Ümid, Avtandil Ağbaba, Dəyanət Osmanlı İsmayıl İmanzadənin şeirləri verilib.

 

“Qabil-90” adlı xüsusi rubrikada Vaqif Yusifli Xalq şairi Qabilin yaradıcılığından bəhs edir: “Qabilin şeirlərində yetkin bir azərbaycanlı obrazı var. Tam qətiyyətlə söyləyə bilərik ki, bu obraz elə Qabilin özüdür. Vətənini sevən, xalqına, millətinə, onun yaşarı adət-ənənələrinə, tarixinə, Nizamisinə, Füzulisinə, Nəsimisinə, Sabirinə - söz dünyasına bütün varlığı ilə bağlı olan Qabilin şəxsində məhz belə bir azərbaycanlı ilə qarşılaşırıq”.

 

Nəsr”də Kamran NəzirlininSarışın mələk”, “Şəkil haqqında ballada”, Aydın TalıbzadəninMemihekayələri Elçin HüseynbəylininYenə iki od arasındaəsəri yer alıb. MüəllifinSəkkizinci Qarabağnaməadlandırdığı bu əsər görkəmli Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminliyə həsr olunub.

 

Vilayət Hacıyevin tərcüməsində Haynrix Böllün bircə kəlmə demədiromanın son hissəsi jurnalınYeni tərcümələrbölümündə təqdim edilib.

 

Məzahir SüleymanzadəninYazıçılar haqqında xatirələr”i (Əzizə Cəfərzadə, Süleyman Rüstəm, Xəlil Rza Ulutürk, Tofiq Bayram Rəsul Həmzətov barədə), Vahid MəhərrəmovunQarabağ müharibəsi nəsrimizdəyazısı da bu saydadır.

 

Tənqid ədəbiyyatşünaslıq”da Aynurə Mustafayevaİki mininci illər dramaturgiyası”ndan yazıb. Vaqif Yusiflinin Ruslan Dost Əli, Akif Amal Bahadur Fərmanın şeirləri haqda düşüncələri isəTanıtmalarrubrikasında öz əksini tapıb.

 

Müşfiq ŞÜKÜRLÜ

 

525-ci qəzet.- 2016.- 1 oktyabr.- S.12.