“Yuğ”un
“Rindi-Şeyda”sı təqdim
olundu
Azərbaycan Dövlət “Yuğ” Teatrı yeni “Rindi-Şeyda” tamaşasını
teatrsevərlərə təqdim
edib.
Teatrın mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
Mərcan Dədənin
“Sufi arzuları” musiqili
kompozisiyası əsasında
səhnələşdirilən tamaşa teatrın baş rejissoru Gümrah Ömərin quruluşunda təqdim olunub.
Janrı
səmavi eşq ayini kimi təyin
oluna
n səhnə əsərində
rolları teatrın aktyorları Mətanət
Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov ifa edib.
Şaiq
adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində
nümayiş etdirilən
tamaşada Məhəmməd
Füzuli, Kamal Abdulla,
Ramiz Rövşən,
Salam Sarvan, Vaqif Bayatlının poetik mətnlərindən və
ifaçıların öz
ədəbi materiallarından
istifadə olunub.
Səhnə əsərində rəsmlərin quruluşu teatrın baş
rəssamı Rəşid Şərifə, musiqi
tərtibatı isə Amid Qasımova məxsusdur.
525-ci qəzet.- 2016.- 1 oktyabr.- S.13