“Vətən həsrətli şair” - Söhrab Tahir anılıb
Sentyabrın 29-da Bakı Şəhər
Mədəniyyət və
Turizm Baş İdarəsinin təşkilatçılığı
ilə Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında
Azərbaycanın Xalq
şairi, nasir, publisist Söhrab Tahirin 90 illik yubileyinə həsr olunmuş “Vətən həsrətli şair” adlı tədbir təşkil olunub.
İdarədən AZƏRTAC-a bildirilib ki,
tədbirdə Bakı
Şəhər Mədəniyyət
və Turizm Baş İdarəsinin əməkdaşı Sücayət
Piriyeva, Xalq şairi Sabir Rüstəmxanlı, şair,
tədqiqatçı Qardaşxan
Əzizxanlı, “Azərbaycan
Televiziya və Radio Verilişləri” Qapalı
Səhmdar Cəmiyyətinin
baş redaktoru, şair Tahir Talıblı, “Azərbaycan”
qəzetinin əməkdaşı
Məhəmməd Nərimanoğlu,
şairin qızı,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü Nəsibə Tahir Anadil və başqaları iştirak ediblər.
Tədbir Söhrab Tahirin həyat və yaradıcılığını əks etdirən videoslaydların nümayişi
ilə başlanıb. Sonra tədbir
iştirakçıları şairin yaradıcılığından
söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.
Bildirilib
ki, Söhrab Tahir 1962-1966-cı illərdə
Azərbaycan Demokrat Firqəsinin Bakı komitəsində birinci katib, “Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında
bədii şöbə
müdiri, “Səhər”
ədəbi-tarixi jurnalında
baş redaktor müavini, 1984-cü ildən
“Azərbaycan” jurnalında
redaktor olub. 1991-ci ildə bədii
ədəbiyyatı təbliğat
bürosu idarə heyətinin sədri təyin edilib. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə
görə Təbrizdə
“21 Azər” medalı və digər medallarla, Azərbaycan SSR
Ali Soveti Rəyasət
Heyətinin Fəxri Fərmanı ilə təltif olunub.
2006-cı ildə Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı ilə
“Şöhrət” ordeninə
layiq görülüb. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı
və bu qurumun Moskva şəhər təşkilatı
nəzdində fəaliyyət
göstərən Yazıçı-Tərcüməçilər
İttifaqının qərarı
ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib.
Tədbirdə kitabxana oxucuları şairin “Vətən”, “Azərbaycanım”, “Sular rəssamı” və digər şeirlərini səsləndiriblər.
Sonda şairin
qızı Nəsibə Tahir Anadil atasının xatirəsinə göstərilən
hörmətə görə tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirib.
525-ci qəzet.- 2016.- 1 oktyabr.- S.13.