İsveçrə mətbuatı Azərbaycan
musiqiçisindən yazdı
İsveçrənin gündəlik “Tagesanzeiger”
qəzetində tanınmış
Azərbaycan caz pianoçusu və bəstəkarı Şahin
Növrəslinin oktyabrın
4-dən 8-dək Bern şəhərində
keçiriləcək konsertləri
ilə bağlı məqalə dərc olunub.
“1001 gecədən caz”
adlı məqalədə
Bernin məşhur
“Marians Jazzroom” klubunda
keçiriləcək konsert
və Şahin Növrəslinin yaradıcılığı
haqqında məlumatlar
yer alır.
Məqalədə caz musiqisi və
öz vətəninin
folklor irsini müasir ifa tərzində bir araya gətirən Ş.Növrəslinin klassik
musiqidən caz aləminə gəlişindən
də bəhs olunur. Qeyd edilir ki, klassik musiqi janrında bəstələnən
əsərlərdəki ideyalara
yeni ruh verən sənətçi
caz janrında öz üslubunu gerçəkləşdirməyə çalışır. Caz janrında
olduğu kimi, ənənəvi muğam
musiqisi də öz ahəngdarlığı
və melodik xüsusiyyətləri ilə
zəngin improvizasiyalar
üçün geniş
meydan açır.
Virtuoz sənətçi Vaqif
Mustafazadənin özünə ustad hesab edən Ş.Növrəsli məqalədə
bildirib ki, caz musiqisi müxtəlif musiqi stillərinin sintezi üçün geniş imkanlar açır və bu
imkan ifa zamanı onu xəyalən naməlum məkanlara
aparır.
525-ci qəzet.- 2016.- 1 oktyabr.- S.13.