AYNABƏNDLƏR
Bu köhnə evlərin, aynabəndlərin,
Aynası nələrə gör şahid olub.
Duysa da hıçqırıq, haray səslərin,
Saxlayıb içində, ürəyi dolub.
Buxara bürünüb mürgü vuranda,
Balaca bir barmaq şəkillər çəkib.
Dözübdür küləkdə, yeldə,
boranda,
Gah sevinc keçirib, gah qəhər çəkib.
Evin bir sirrini verməyib
ələ,
Olmayıb beşiyi şeytan şərinin.
Nazlı
bir gəlinin əlləri ilə,
Silinib gözyaşı
şüşələrinin.
Küçədə əsəndə
soyuq küləklər,
Evin istisini saxlayıb hər an.
Aranı
qatanda zalım fələklər,
Onda eşq,
məhəbbət salıbdır
liman.
İşə bax, baş əyib kiçilməyibdi,
Məbədi olubdu zəhmətin, tərin.
Mərd,
mətin insandan seçilməyibdi,
Xisləti, əməli aynabəndlərin.
NƏ
OLA...
Alıb
fırçasını yenə
Yaradan,
Gül çəkə qəlbimdə
bitən yaradan,
Nə ola ayıra
ağı, qaradan,
Ruhumun rəngində bir aləm çəkə...
Güldürə, insanlar düşməyə
dara,
Nə ola hər
dərdə tapıla
çara,
Aqil dünyasını işıqlandıra,
Nadan dünyasına
bir qələm çəkə.
Pisliyi məhv edə, yaxşılıq qala,
Kədər ürəklərdə salmaya tala,
Başımız üstündə o ola-ola,
Sevimli bəndələr
niyə qəm çəkə?!
ALMASIZ
NAĞIL
Nağıla başladıq bir
kəlmə sözlə,
Yazdıq
"biri vardı, biri yox"ları...
Baxdıq
o nağıla biz fərqli
gözlə,
Bəlkə də qınadı
bizi çoxları .
Nağıldı yaşadıq divlə
çarpışdıq,
Dönüb göyərçinə sülh
də başladıq.
Köhnə dostlarla da yenə tapışdıq,
Allaha şükr edib, şeytan daşladıq...
Yamanla yanaşı yaxşı da vardı,
Bir Ağatlı
oğlan, bir göyçək Fatma.
Bu igid oğlana
o gözəl yardı.
Gəl bizim nağıla sən kələk qatma.
Hər gecə davamı olsun bəs necə
Yumasan gözünü
o davam edə?!
Şəhrazad deyiləm, mən
min bir gecə,
Söyləyəm sultanım yuxuya gedə.
Yum artıq gözünü yuxusuz qalma,
Hər nağıl
başlayıb sona çatmadı?
Göydən hər nağıla
düşdü üç
alma,
Göy bizim nağıla alma atmadı...
KİMİ
Sən niyə bu qədər
yad oldun mənə,
Axı yaxındasan bir nəfəs kimi,
Bəs niyə
çatmırsan ciyərlərimə?
Nəfəsin duyulur adi səs
kimi.
Qəlb
evi kiflənir, çəkib göz yaşı,
Təməldən laxlayıb deyəsən
daşı,
Sənsiz
boş qalıbdı süfrənin başı ,
Durmusan kənarda
özgə kəs kimi.
Varla yox arası gedib gəlirsən,
Bağrımın başını oxsuz
dəlirsən,
Bilinmir ağıllı ,yoxsa dəlisən,
Elə bir söz de ki, olsun bəs
kimi...
Göl idim, çay olub mənə axırdın,
Qarşısın alırdım, yenə
axırdın,
Könlüm neyləmişdi onu
yaxırdın,
Bu eşq olacaqdı
bir həvəs kimi?
Sevgini qorxudub gəl, az diskindir,
Nə yaya tənə vur, nə yaz
diskindir,
Sən necə sanırsan, san öz işindir,
Mən bunu sanıram sui-qəsd kimi.
BƏLKƏ
DƏ...
Yaşayır, - dediniz, - öz
qədərini,
Yazıya
pozu yox, gəl, başını əy!
Bu azca sevinci, bol
kədərini,
Verən
Yaradana bir duayla dəy!
Deyibsə, əyninə gey
qara donu,
Razı ol, axtarma zərdən,
xaradan.
Yazıbsa Yaradan alnına
bunu,
Sən çıxa
bilməzsən inan aradan.
Bəlkə yox heç kəsin səhvi "günah"da,
Yazıbsa alnına yaradan dedik.
Keçirdik bir ömrü ancaq biz ahda,
Nədir
qismətimiz biz ondan yedik...
SEVMƏ
MƏNİ, SEVMƏ ADAM...
Baxışlarım dibsiz quyu,
Kipriyim intihar yeri.
İpək zülfün qarasına,
Heç aldanıb baxma geri.
Əsib
qara yellər kimi,
Saçlarına səpərəm dən.
Ələk tutan əllər
kimi,
Başım üstə tökərəm
qəm.
Qoy deməsin dodaqların,
Həzin-həzin qəm nəğməsi.
Mənə uysa könül
tarın,
Həsrət qoxar hər kəlməsi.
Az könül sıx, könül bayılt,
Sənlik deyil ürək odam.
Get bu başdan, geri qayıt,
Sevmə
məni, sevmə, adam.
Gülşən MUSTAFA
525-ci qəzet.- 2016.- 6 oktyabr.- S.7.