DOĞMA
AĞDAŞIM
Xəyallarım gedib çıxır,
Yenə doğma Ağdaşıma.
Hadisə var unudulub,
Ya həkk olub yaddaşıma.
Yayda bizə məlhəm idi,
Türyançayın buz suları.
Bəzən ona mən açardım,
Qəlbimdəki arzuları.
Müəlliməm Saray xanım,
Çoxdan köçüb bu dünyadan.
Yuxuma da girir hərdən,
Daim gülər, daim cavan.
Fatma nənəm qiyməkeşlə
Sanki indi döyür əti.
Bişirərdi qara dolma,
Hardan alım o ləzzəti?
Xalaların, bibilərin
Bezdirərdi nəvazişi.
Nə olardı bir anlığa
Qaytaraydım o keçmişi.
Orta boylu anam gözəl,
Atam uca görkəmi nər.
Gəzişəndə onlar qoşa,
“Göz dəyməsin” deyərdilər.
Uşaqlıqdan Bakıdayam,
Burda boya-başa
çatdım.
Ata-ana qayğısıyla
Mən həyatda
addım atdım.
Qazandığım çox şey olub,
Əfsuslar ki, qaldım yetim.
Ailəm
və dostlarımdır,
İndi mənim qənimətim.
On illər də keçsə belə,
Sıxır məni bir intizar -
Gül-çiçəklər qucağında
Ağdaşdakı qoşa məzar.
ÖMÜR
KEÇİR
Nə tez keçir ömür, aman,
Ahıl yaşa çatdım belə.
Yelə
dönüb asta zaman,
Qovur məni
ildən-ilə.
Cavanlığım harda qaldı?
Mən doymamış baharımdan,
Başımın üstünü aldı,
Görmədiyim gizli xəzan.
Ey həyatın eniş çağı,
Yaşlıların hökmranı!
Söndürürsən gur ocağı,
Yandırırsan kül olanı.
Etdiyimiz
əməllərin,
Sən bilirsən
düz sayını.
Ayırırsan hər nəfərin,
Qazandığı öz payını.
Kimlərəsə nifrət düşür,
Kimlərəsə böyük hörmət.
Sayılmayır burda heç cür
Nə vəzifə,
nə mal-dövlət.
Xislətindən xəbərdaram,
Sağlamlığı alacaqsan.
Sən məni də aram-aram
Yaman günə
salacaqsan.
Bir anlığa dinlə barı,
Şərtimizi indi kəsək;
Gəncliyimin yadigarı
Ürəyimdən gözünü çək.
ÜRƏK
Ömrüm boyu gətirmişəm
Başına min oyun, ürək.
Heç
bir kəsin qarşısında
Əyməmişəm boyun, ürək.
Məhəbbəti sən yaratdın,
Canımı da oda atdın,
Əzabıma sevinc qatdın,
Quruldu toy-düyün,
ürək.
Xoşbəxt etdi məni yarım,
Yaxşı çıxdı övladlarım,
Nəvəm tacım, nəvəm
varım,
Bunlarla sən öyün, ürək.
Arzularım heç tükənmir,
Xəyal
göydən yerə enmir,
Nə usanmır, nə də sənmir,
Hələ bir az
döyün, ürək.
Görsən yaman qocalmışam,
Yataqdayam
səhər-axşam,
Doğmalara yük olmuşam,
Onda dayan, uyun,
ürək.
AMAL BALAM
Tərk
eləyib qəm məni
Sən dünyaya
gələni.
Babanın çoxbiləni,
Amal balam, gül balam,
Hər an sevin, gül
balam.
Gözlərin nə mavidir!
Gülüşün səmavidir,
Dişlərin mirvaridir,
Amal balam, gül balam,
Saçları sünbül balam.
Gözlərimin işığı,
Evimin yaraşığı,
Söz-söhbət barışığı,
Amal balam, gül balam,
Ayağı yüngül balam.
Səndən ilham, güc alıb,
Arzularım çoxalıb,
Heyif ömür az
qalıb,
Amal balam, gül balam,
Sən yaşa yüz il, balam.
BAKI
FƏVVARƏLƏRİ
(nəğmə)
Bəziləri qaynar bulaq,
Bəziləri çiskin yağış.
Şəlaləli olanları
Qırçınlanır naxış-naxış.
Nəqarət
Hər birisi yaraşıqlı,
Bakıdakı fəvvarələr.
Axşamçağı gur işıqlı,
Bakıdakı fəvvarələr.
Nə gözəldir, nə qəşəngdir,
Bakıdakı fəvvarələr.
Xalı
kimi rəngarəngdir,
Bakıdakı fəvvarələr.
Bir anlığa durur sakit,
Gah püskürür,
gah da sənir.
Həm mülayim, həm də çılğın,
Rəqqasətək cilvələnir.
Nəqarət
Musiqili,
təranəli,
Hərəsinin öz nəğməsi.
Ürəklərə məlhəm olur,
Şırıltılı incə səsi.
Nəqarət
Rənglərinə həsəd çəkir,
O füsunkar göy qurşağı.
Mənzərəsi heyran qoyur,
Həm qocanı,
həm uşağı.
Nəqarət
Ətrafında gəzənlərə,
Unutdurur qəm-kədəri.
Eşqə düşən cavanların,
Ən istəkli
görüş yeri.
Nəqarət
QARABAĞIM
(marş)
Vətənimin cənnət kimi
Dilbər, gözəl guşəsisən.
Muğamların doğma yurdu,
Xalqımızın zil səsisən.
Nəqarət
Uca dağlı, buz bulaqlı,
Qarabağım, Qarabağım.
Sıx meşəli, gen oylaqlı,
Qarabağım, Qarabağım.
Tarix boyu sərvətinə,
Göz dikənlər
çox olubdur.
Arzuları puça dönüb,
İzləri də yox olubdur.
Nəqarət
Qoy eşitsin yağı düşmən,
Millətimiz gəlib cuşa.
Yenə
bizim olacaqdır,
Cıdır düzü, qədim
Şuşa.
Nəqarət
Bütün aləm bilir artıq,
Bölünməzdir torpağımız.
Başın üstə ucalacaq,
Azərbaycan bayrağımız.
Nəqarət
DÖRDLÜKLƏR
Cahildən dünyada iz qala bilməz,
Satqın da vətəndən söz sala bilməz.
“Ot kökü üstündə bitər”,- deyiblər,
Gədadan heç zaman bəy ola
bilməz.
Pisliyə nə var ki, asandan asan,
Hər kəs yaxşılığı bacarmır,
inan.
Xeyirxah əməllər görmək
istəsə,
Gərək bir girəvə güdməsin insan.
Ömrü kişi kimi yaşamaq çətin,
Əsası budur ki, ola qeyrətin.
Nəyi
düşünürsən, nəyi edirsən,
Üzə çıxmalıdır təmiz
niyyətin.
Kimisə
şərləmək - əslən
cinayət,
Buna naxələflər etmişlər adət.
Tanrı
cəzasıdır, onlara
qarşı
Hamının qəlbində yaranır nifrət.
Qorxaqlıq kimləri verməyib bada?
Belə hadisələr çoxdur
dünyada.
Yalnız
öz canını qorumaq üçün
Adam var vicdanı
salmayır yada.
Paxıl
bir xəstədir, yoxdur əlacı,
Daim ev yıxmaqdır
fikri, amacı.
Ondan uzaq gəzir tanıyanlar da
Çünki həm rəzildir, həm dili acı.
Yaltaq
son məqamda tapmayır
xeyir,
Bunu çox
yaşayıb görənlər
deyir.
Hətta
düz sözündən
şübhələnirlər:
“Yəqin əvəzində
nəsə gözləyir”.
Qəribə məxluqdur, vallah,
tamahkar,
Nəfsinin nə həddi, nə hüdudu var.
Qınayan olmasa, heç utanmadan,
Hətta dilənçidən bir şey qoparar.
Həyat
hər addımı çox dəqiq sayır,
Çalışıb, sən ağı qaradan ayır.
Bəzən yaxşılığı tez unudurlar,
Pislik ömür
boyu yaddan çıxmayır.
Düz sözün kəsəri üzə deməkdir,
Arxada danışmaq
kimə gərəkdir?
Onda həqiqət də gileyə bənzər,
Ya da düşünərlər:
“Bəlkə kələkdir?”
İnsanı hörmətdən salan yalandır,
Fitnə kimi yadda qalan
yalandır.
Ülvi
məhəbbətə, möhkəm
dostluğa
Ömür boyu mane olan yalandır.
Sənə bilərəkdən zərbə
vurana,
Elə cavab ver ki, dərs
olsun ona.
Yoxsa əməlindən əl çəkən deyil,
Səni
zəif bilib, yığacaq cana.
Dostunun xətrinə dəymisən
əgər,
Bunu təkrarlama,
düşün bir qədər.
Atalar sözünü çıxartma
yaddan:
“Mərdi qova-qova
namərd edərlər”.
Müəyyən zirvəyə çatıbsa
insan,
Zəif
durumunu hiss etdiyi an
Vaxtında getməyi bacarmalıdır,
Onda qalib kimi qalar hər
zaman.
Xəbisi
tanımaq müşkül
bir işdir,
Xəlvəti bədxahlıq ona vərdişdir.
Üzündə bir mələk
qiyafəsi var,
Qəlbinə elə bil şeytan
girmişdir.
Vəzifə törədir əsl
möcüzə,
Hər kəsin
zatını çıxarır
üzə.
Biri əbədilik hörmət
qazanır,
Digəri tuş gəlir lənətimizə.
Ara qarışdıran şad-xürrəm
gəzər,
Bilsə pis niyyəti kimisə əzər.
Məhəl qoymasalar onun sözünə,
Sudan
çıxarılmış balığa bənzər.
Elxan ƏZİZOV
525-ci qəzet.- 2016.- 8 oktyabr.- S.19.