Bəxti gətirən “Müfəttiş”

 

EYNİADLI TAMAŞA BARƏDƏ DÜŞÜNCƏLƏR

 

Cari teatr mövsümünün ilk “Müfəttiş”inin gəlişi ilə Azərbaycan tamaşaçısı maraqlı, həm çoxlarına bəlli olan bir səhnə əsərinə yenidən baxmaq imkanı əldə edib.

 

Söhbət Akademik Milli Dram Teatrında böyük rus ədibi, dramaturqu N.V.Qoqolun dünyaca məşhurMüfəttişkomediyası əsasında tanınmış rejissor Mikayıl Mikayılovun quruluş verdiyi eyniadlı tamaşadan gedir.

 

Xatırladaq ki, hətta öz zamanında bir sıra Avropa ölkələrinin möhtəşəm teatrlarında səhnəyə qoyulmuş bu komediyanın mövzusunu müəllifə rus poeziyasının günəşi A.S.Puşkin nəql etmiş sonralar həmin əsəri yüksək dəyərləndirmişdi.

 

Azərbaycan səhnəsində müxtəlif  illərdə tamaşaya qoyulan əsərə, Akademik Milli Dram Teatrında sonuncu dəfə görkəmli teatr xadimi, müqtədir sənətkarımız, rejissor Mehdi Məmmədov quruluş verib. 1952-ci ildə oynanılan tamaşa N.V.Qoqolun vəfatının 100 illiyi münasibətilə  səhnələşdirilmişdi sənət dostları bu əsəri M.Məmmədovun quruluş verdiyi digər tamaşalar kimi, Azərbaycan teatr tarixində mühüm hadisə kimi  qiymətləndirmişdilər.

 

Əsəri dilimizə Sabit Rəhman tərcümə edib. Qeyd edək ki, həmin komediyanın Nəriman Nərimanov tərəfindən dilimizə  tərcümə edilmiş versiyasının da mövcudluğu ilə bağlı ehtimallar var.

 

Milli Teatrda bir qədər əvvəlXanuma”, “Şah şair”, “İlahi oyuntamaşalarına quruluş verən rejissor M.Mikayılovun yeni yaradıcılıq işini sənətsevərlər maraqla qarşılayıblar.  Mədəniyyət   Turizm Nazirliyinin sifarişi ilə hazırlanan, bu ilin iyulunda premyerası olan xalq artisti Rafael Dadaşovun 70 illik yubileyinə həsr edilənMüfəttiştamaşasına hər baxış anşlaq keçir.

 

Tamaşanın quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Səhnə əsəri üçün  maraqlı aktyor ansamblı müəyyənləşdirilib. Tamaşada  xalq artistləri Rafael Dadaşov Ramiz Novruz (Anton Antonoviç Skvoznik Dmuxanovski), Rafiq Əzimov (Osip), əməkdar artistlər Elşən Cəbrayılov (İvan Aleksandroviç Xlestakov), Şəlalə Şahvələdqızı, habelə  Nigar Güləhmədova (Anna Andreyevna), Kazım Həsənquliyev, habelə Məzahir Cəlilov (Artemi Filippoviç Zemlyanika), Elxan Quliyev (İvan Kuzmiç Şpekin), Aslan Şirin, habelə  Elnur Qədirov (Pyotr İvanoviç Dobçinski), Firuz Xudaverdiyev (Xristian İvanoviç Qibner), aktyorlar Rövşən Kərimduxt (Ammos Fyodoroviç Lyapkin-Tyapkin), İlahə Həsənova (Marya Antonovna), Rəşad Bəxtiyarov (Luka Lukiç Xlopov), Ramin Şıxəliyev, habelə  Cümşüd Zeynalov (Pyotr İvanoviç Bobçinski), Elgün Həmidov (Svistunov, meyxana xidmətçisi, Mişka, Şeytan) b. çıxış edirlər.

 

Tamaşaçılar çar Rusiyasının kiçik bir əyalət şəhərində həyat tərzi, yuxarı dairələrin komedik durumu ilə tanış olurlar. Bu gözdən uzaq, könüldən iraq şəhərdə hər şey idarə departamentlərə rəhbərlik edən yüksək rütbəli çinovniklərin mənafeyinə, onların öz varidatını, karyerasını artırmağa xidmət edir.

 

Bu şəhərdə yollar tamamilə dağılmış, kanalizasiya xətləri işləmir, infrastruktur yenidən qurulmalıdır. Təhsil səhiyyə bərbad vəziyyətdədir. Uşaqlara normal savad vermək əvəzinə, pedaqogikaya sığmayan bilgilər aşılanır, hətta əxlaqsızlıq açıq-aşkar təlqin edilir.

 

Xəstələrin sağalma ehtimalı sıfra bərabərdir, ölüm faizi gündən-günə artır. Poçtla məktub göndərənlərin zərflərini açıb oxuyur, bağlamaları oğurlayırlar. Məhkəmə qurumlarındakı ədalətsizlik, rüşvətxorluq da danılmazdır bütün bunları şəhər bələdiyyəsinin sədri Anton Antonoviç Skvoznik Dmuxanovski, təhsil sahəsinə nəzarət edən Luka Lukiç Xlopov,  xeyriyyə xəstəxana müəssisələrinin baş məmuru Artemi Filippoviç Zemlyanika, poçt müdiri İvan Kuzmiç Şpekin, məhkəmə sədri Ammos Fyodoroviç Lyapkin-Tyapkin digərləri öz aralarında utanıb çəkinmədən  etiraf edirlər. Onların eyş-işrətlə yaşadığı, kasıb əhali ilə kobud, ədəbsiz davranışları öz  söhbətlərindən  bəlli olur. Peterburqdan göndərilən müfəttişin gözlənilməz gəlişindən canlarına vəlvələ düşən məmurlar vəziyyətdən çıxış yolu axtarır, məşvərət keçirirlər.

 

Tamaşada iştirak edən aktyorların canlı, dinamik ifası onların yaratdığı obrazların hər birinin öz təbii halını, xislətini, məsləkini göz önündə canlandırır.

 

Teatrda kinoda rəngarəng obrazlar qalereyası yaratmış Xalq artisti R.Dadaşovun Anton Antonoviçin yüksək intellektual səviyyəsi olmasa da, o, hamını aldada bilir. Bələdiyyə sədri öz başabəla idarəçiliyinin yarıtmazlığını anlasa da, özünə təsəlli verərək düşünür ki, dünyada günahsız adam yoxdur.

 

Bəzən yazıq görkəmi alan Anton Antonoviç öz rüşvətxorluğuna haqq qazandırır, şəhərin ticarət əhlindən ona müəyyən məbləğdə haqq verməyi, arvadına qızına bahalı bəxşişlər göndərməyi tələb edir. O, kilsə tikintisi  üçün xəzinədən ayrılmış pulu mənimsəyərək, bu ibadətgahın guya yandığını söyləyir. R.Dadaşovun oyunu təbii inandırıcıdır. O, obrazın xarakterini ustalıqla açır, sifətinin cizgiləri, habelə jestləri ilə çevrəsində olanlara münasibətini açıq-aydın büruzə verir.

 

Tamaşa boyu seyr etdiyimiz digər çinovniklərin heç biri, necə deyərlər, öz yerində deyil. Əgər belə olmasaydı, xeyriyyə müəssisələri imkansızlara əl tutardı, xəstələr şəfa tapardı, məktəblər idarəsi uşaqların təhsilinə qayğı göstərərdi.

 

Aktyor R.Kərimduxtun ifa etdiyi məhkəmə sədri Lyapkin-Tyapkin yalnız ədəb-ərkanından danışır, özünü hamıdan ağıllı sayır. Əslində isə heç bir şeyə etiqad etmir.

 

Dobçinski Bobçinski (Aslan Şirin Ramin Şıxəliyev) daim özlərini çinovniklərə yaxın göstərərək onların əhatəsində gəzib-dolaşır, eşitdikləri xəbərləri çatdırırlar. Elə hər şey bundan sonra başlayır. Adı hallanmayan müfəttişi qarşılamaq mükafatlandırıb yola salmaq üçün yollar axtarılır.

 

Məxfi  müfəttişin gəlişindən xoflanan, vahiməyə düşən şəhər elitası peterburqlu  kiçik bir çinovniki - cavan Xlestakovu yoxlama aparacaq dövlət məmuru kimi qəbul edir. Əməkdar artist Elşən Cəbrayılov Xlestakovun əsl xislətini  açan ifa nümayiş etdirir,  çevik, canlı oyunu ilə bu obrazın bütün çalarlarını - yalançılığını, boşboğazlığını, lovğalığını əxlaqsızlığını sərgiləyir.

 

Aktyorun istedadı ona arsızcasına nəql etdiyi, uydurduğu söhbətləri teatrlaşmış dialoqlara çevirmək, sanki səhnə içində səhnə yaratmaq  şansı verir.  Onun  həm özünü coşğun təbli  şair kimi qələmə verməsi, cuşa gəlib şeir söyləməsi bu məqamda hündür kürsüyə  dırmaşıb nümayişkəranə deklamasiya etməsi s. bu qəbildəndir.

 

Xlestakov ona az qala sitayiş edən yaltaq, rüşvətxor məmurların pulunu alaraq aradan çıxır. Sonradan yayılan xəbər daha dəhşətli olur. Sən demə, Xlestakov yalançı dələduz  imiş.

 

Ən sonda isə saxta müfəttişin yazdığı poçt müdirinin gizlicə baxıb aşkar etdiyi məktub oxunur. Bürokratik elitanın üzünü əks etdirən bu məktub  tamaşanın  qəhrəmanlarının- sadəlövh görünsələr , əslində ədalətsiz, qəddar, zalım olan, imkansızların, kasıbların malına göz dikənlərin paxırını üzə çıxarır. Bu şəxslər üçün ən ağır olanı isə odur ki, əsl müfəttiş  artıq şəhərə gəlib onları öz hüzuruna  çağırır.

 

Beləliklə, “üç il bu şəhərdən at çapsan, yenə heç bir məmləkətə çata bilməyin mümkünsüzlüyü”nü (N.V.Qoqol) əks etdirən bir mühitün ab-havası M.Mikayılovun rejissor yozumu səhnə tərtibatı ilə göz önündə  canlanır.

 

Yeni quruluşda təqdim olunan tamaşa rəngarəng komik qatlarla, gülüş doğuran vəziyyətlərlə, habelə  musiqili rəqsli priyomlarla zəngindir. Xəbərçiliyi özlərinə peşə seçmiş Dobçinski Bobçinskinin, həmçinin qeyri-adi həyat tərzi keçirən Anna Andreyevna onun qızı Marya Antonovnanın elastik hərəkətləri, rəqsləri tamaşanın dinamikasını, sürətini artırır, mizanlar dəyişir, əvəzlənir. Bu komik obrazları yaradan əməkdar artistlər Aslan Şirin Şəlalə Şahvələdqızının, aktyorlar Ramin Şıxəliyev İlahə Həsənovanın rahat yüngül oyununu  bu məqamda qeyd etmək yerinə düşərdi.

 

Qeyd edim ki, müasir tamaşaçının teatr düşüncəsinin xeyli dəyişdiyi bir vaxtda heçbütün səhnə əsərləri uğur qazana bilmir. “Müfəttiş”in bu mənada bəxti gətirib. Tamaşa salonunda yaranmış xoş ovqat, atmosfer, sənətsevərlərin səhnədə cərəyan edən hadisələrə emosional münasibətinin hökm sürməsi aktyorların maraqlı oyun nümayiş etdirməsini, rejissorun çözümünə uyğun ritmi saxlaya bilməsini  şərtləndirmişdi.

 

 

 

Zemfira MƏHƏRRƏMLİ

 

 

525-ci qəzet.- 2016.- 8 oktyabr.- S.18.