“Azərbaycan”
qəzetində parlament
hesabatları və şərhlər
Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi qarşısında
I cild (noyabr 1918 - aprel 1920)
Araşdırıb toplayanı, ərəb
əlifbasından latın əlifbasına
çevirəni, ön
sözün müəllifi,
lüğətin tərtibçisi:
Şirməmməd Hüseynov
Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)
(Əvvəli ötən şənbə sayımızda)
Azərbaycan Məclisi-Məbusanında 10-cu iclas
(keçən nömrədən mabədi)
Qarabəyov - Xariciyyə nazirinin bəyanatından kafi olmadığını zikr
etdikdə bir qədər infialı mucib oldu və
buyurdular ki, bunlar xırda işlərdir. Onu qurdalamaq olmaz.
Mən mənafeyi-ümumiyyə
naminə diyoram ki, yüz minlərlə
müsəlman qırılması
haman böylə
məsələlərin xırda
denilməsindən iləri
gəlmişdir. Bunlar söz
qurdalamaq degildir.
Biz hökumətə sorğu verdikdə məqsədimiz əhvali-hazirə
həqqində izahat almaq idi.
Nazirlərdən biri diyor yol
yox idi. Digəri diyor
bilməm fabrika nə oldu. Bən bu işi başa
düşə bilmərəm.
Ancaq onu bilirəm ki, Azərbaycanın yeganə sərvəti olan neft məmləkətə
xeyir əvəzinə
zərər veriyor və cəmaətin acından qırılmasına
səbəb oluyor.
Böylə sərvətə
malik ikən məmləkətdə ənvai-xəstəlik
hökmfərma olub cəmaət qırılır;
çox ev
bağlı qalır.
Bunlara kömək edə bilmiyoruz. Aya pulumuzmu yoxdur,
doktorlarımızmı çatmıyor
ki, bunlara bir kömək edilsin. Çörək baha, ət tapılmıyor. Keçi ətinin
girvənkəsi 15 manata
qalxmışdır. Bizim borcumuzdur
böylə şeyləri
gördükdə sorğu
verək məlumat alaq, hökumətin də borcudur izahat versin, böylə şeylərə
qarşı nə kibi tədbirlər gördügünü bildirsin.
Doğrudur ola bilər ki, ticarət və sənaye naziri böylə şeylərə
yer vermiyor. Amma bu işin ətrafında
böyük suyi-istemallar
oluyor. Əlbəttə, burada müqəssir
nazir degil; ancaq sistem öylə
qurulmuşdur ki, özü-özündən cinayət
törədiyor. Öylə
məmurlar var ki, neçə min manat almamış bir kağız vermiyor, məmur acdır, aldığı
maaş çatmıyor, əlbəttə
verilən parayı alacaqdır. Öylə qanun qoymalıdır
ki, rüşvət verməgə məhəl
qalmasın. Bu barədə tədbir görmək vəzirlərin
işidir. Lakin bu uğurda heç bir tədbir ittixaz edildigi görülmüyor. Əhval əsla
dəgişmiyor. Getdikcə daha
da fənalaşıyor.
Bez kasıblar üçün
tutyaya dönmüşdür.
Nazirlər çalışmalıdırlar
ki, kasıblar bezi fabrika qiymətilə
5 manata ala bilsinlər.
Amma biləks biz dövlətlilər bezi 5
manata ala biliyor, hətta bir az da mənfəət ediyoruz, kasıblar isə 17 manata alıyorlar. (Alqış). Təkrar diyoram tədbirlər görmək lazımdır.
Amma hökumət bu barədə heç bir iş görmüyor.
Sorğunun ikinci qismi buğda
məsələsinə aiddir. Fəqət bən
deyərəm ki, bu yalnız buğda məsələsi
olmayıb bütün
Azərbaycanda gördügümüz
ümum işlərə
aiddir. Nazirlər
diyorlar öylə bir irs almışlar ki, az bir zamanda
islahı qeyri-mümkün
idi. Ona görə də
işləri tamamilə
düzəldə bilməmişlərdir.
Suyi-istemallar həqqində də bəzi məlumat verdilər. Bu xüsusda bizim özümüzün də məlumatımız var. Ancaq bunlar biri-birinə müvafiq gəlmiyorlar. Nazir diyor ki, buğdayı türklər yığmışlardır. Doğrudur, türklər buğda yığmışlar, yığmağa da həqləri vardı. Çox da yaxşı etmişlərdir. Ancaq onlar buradan tələsik getmişlər və gedərkən buğdayı hökumət məmurlarına təhvil vermişlərdir. Onu da deməliyəm ki, buğdayı əşqiya dağıtmayıb heç yerdən xəbər yoxdur ki, buğdayı əhali dağıtmışdır. Bən diyoram ki, əşqiya da, oğru da daxiliyyə nəzarətinin öz məmurlarıdır. (Şiddətli alqış). Qubadan alınan məlumata görə oradan 15 vaqon buğda gətirilmişdir. Ancaq nərəyə getmiş, pulları nərəyə sərf olunmuşdur - məlum degildir. Fəqət burası məlumdur ki, bu buğda məmurlar vasitəsilə gətirilərək satılıb, pulları da cibə qonulmuşdur.
Quba mahalında bir çox kəndlərdə buğda var idi. Türklərdən sonra yenə yığılmışdır. Məsələn, Rustov mahalında Qursal kəndindən mahal naçalniki əmrilə bir vaqon buğda, bir vaqon arpa yığılmışdır. Bundan əlavə oralarda anbarlar var ki, hökumət əmrilə türklərdən qalan buğda oraya cəm edilmişdi. Fəqət məzkur buğdanın necə olduğu məlum degildir. Bir də Qızıl-Burun mövqifində türklərdən qalma 40 vaqon odun qalmışdı. Mahal naçalniki məzkur odunu İsmayıl bəy İsgəndərbəyova satmışdır. Bu xüsusda ərzaq nəzarəti vəkili Yusif Əli tərəfindən üç teleqraf çəkilmişdir. (Teleqrafları oxuyur). Amma heç birinə cavab verilməmişdir. Buğdaların nərədə olduğu göstərilməmişdir. Lakin bütün Quba əhalisi göstərə bilər.
Orada olan suyi-istemaların açılmasından qorxaraq hökumət məmurları cəmaət arasında min cür intriqalar çıxarıyorlar. Məsələn: sünni-şiə məsələsi salıyorlar, qoçulardan, quldurlardan dəstə düzəldib əhalini biri-birinin üzərinə salışdırırlar, milisiya naçalniki əhali arasında dəstəbazlıq salıyorlar. İş bir məqama çatmışdır ki, qırğınsız yatmayacaqdır. Nəticədə hər tərəfdən qanlar töküləcəkdir.
Məbusların gətirdikləri məlumata görə Qazax mahalında başqa həngamələr oluyor. Yenə təkrar ediyorum ki, orada olan məmurlar bir kompaniya qurub gedən-gələn mallardan naloq aluyorlar. Soruşanda da ki, bu pulları nə ediyorsunuz diyorlar ki, əskərlərə sərf ediyoruz. Halbuki orada olan əskərləri görənlər onların ac, çılpaq, corabsız olduqlarını isbat ediyorlar.
Məsələn, Tislenko nam bir şəxsə neçə vəqt bundan müqəddəm Tiflisə kürü (ikra) aparmaq üçün bir icazə vermişlərdir. Şimdi iki aydır ki, haman icazənamə ilə Tislenko Poyludan Tiflisə hər növ şeylər daşıyor. Bu vəqtətən bu iş açılmamışdır. Orada isə milyonlar qazana biliyor.
Qazax mahalında da əhali arasında fitnə-fəsad vardır. Əhali dəstə-dəstə olmuşdur. Bunları da dəstəyə ayıran yenə hökumət məmurlarıdır. Əlbəttə bu adamlar dəstə düzəltməlidirlər, çünki biliyorlar ki, bir vəqt bu işlərin üstü açılacaqdır. Onda dəstə lazımdır ki, onları müdafiə eləsin, nümayəndələr göndərsinlər ki, filankəs yaxşı adamdır, biz onu istiyoruz.
Bu işlər ola-ola hökumət bu məmurları yenə öz yerində saxlıyor.
Gəncə polisinə gəldikdə bunlar hakəza qaçaq-quldurlara istinad ediyorlar. Məsələn: məmurlar qaçaq Qənbər, qaçaq Ələkbər və sairlərilə əlbir olmuşlardır. Görünüyor ki, Gəncə polis məmurları quldur, qaçaqsız yaşayamıyorlar. Öz polisimiz göz qabağındadır. Gecələr parta-part, soyğuntu və oğurluq kəsilmiyor. Polismeystri yerində görmək olmuyor. Bütün bu əhvalatı görüyor, eşidiyorkən nazir əfəndilərin məsələyi ehtimal ilə keçməklərini qəbul edə bilməriz. Biz əhali tərəfindən vəkiliz. Görüyoruz ki, hökumət işləmiyor. Ona görə necə ki, qabaqda da hökumətə etimad etməmişdik. Şimdi iki ay təcrübədən sonra yenə etimadımızı vermiyoruz.
Arslan Qardaşov - (Əhrar) Bizim varidatımız qonşu hökumətlərdən neçə qat artıqdır. Hətta bizdə olan neft, bez qonşularımızda heç yoxdur. Halbuki bizdə olan şeylərdən qonşularımız bizdən daha çox fayda görüyorlar. Bunun da səbəbi hökumətin bu xüsusda əsaslı bir sistem, doğru bir yol tutmamasıdır. “Azərbaycan” qəzetəsinin 16 nömrəsindən anlaşılır ki, noyabr ayının ibtidasından Tağıyevin manifaktura fabrikası hökumət nəzarəti altına alınmışdır və bu tarixdən dekabr ayının 10-na kibi 469.730 arşın manifaktura buraxılmışdır. “Azərbaycan” qəzetəsinin 16-cı nömrəsinə diqqət edilirsə, fövqdə məzkur miqdardan 130.480 arşını yalnız Bakı daxilinə buraxıldığını görəriz. Bundan əlavə Bakının üç məscidinə 5 min, İran konsuluna 3 min, bir naməlum türk zabitinə 5 min, türk ordusuna 65 min, Şuşa, Quba, Zaqatala, Şəki və Lənkəran şəhərlərinə 110 min, Azərbaycanın kənd əhalisi naminə 113.250 arşın və Dağıstana 38 min arşın buraxılmışdır. Bakı daxilinə buraxılmış 130.480 arşın bezin əhlinə verilməməkdən əlavə, Bakı milyonçularından birinə 10 min arşın bezin verildigini görərsiniz.
Bakı məscidlərinə 5 min arşın bezin kimə və nədən ötrü verilməsinin səbəbi göstərilməmişdir. Bakıya manifakturanın çoxu İrandan gəldiyi halda İran konsulunun Tağıyev bezinə ehtiyacı yoxdur. 5 min arşın bez türk zabitinə verilmişdir. Əcəba kimdir o türk zabiti? 65 min arşın bezin türk ordusuna degil, Vəlikov adında bir möhtəkirə verildigini bəndən əvvəlki natiq bəyan etdi.
Azərbaycan ilə Lənkəranın heç bir münasibatı olmadığı halda Lənkəran cəmaəti naminə, bir neçə möhtəkirə bez buraxılmışdır.
Zaqatala kooperatiflərinə verilən 50 min arşın bezdən Zaqatalaya ancaq 23 min arşın çatmışdır.
Şəki hesabına verilən 6 min arşın bez, Şəkiyə aparılmayıb, ancaq Salahov familyasına mənsub bir şəxs tərəfindən kəndi cibi mənfəətinə Bakıda satılmışdır.
Əcəba hökumət nə üçün bundan göz yumur.
Azərbaycan kənd əhalisi naminə buraxılan (113) bez, ancaq Bakı ətrafında olan kəndlilərə verilmişdir. Bunun da doğru və dürüst yazıq kəndlilərə verildiginə şübhə ediyoruz. Başqa yerlərdə bulunan kəndlilər isə tamamilə bundan məhrum olmuşdur.
Dağıstana 38 min arşın bezin verilməsinə zidd degiliz. Fəqət bizimkilər çıplaq qalıb da Dağıstana verilməsi tühəf bir şeydir. Məəhaza bu bezin Dağıstan fəqirlərinə, möhtaclarına verilməsinə də şübhə etmək istəyiriz.
Ərzaq nazirinin bəyanatından anlaşıdlı ki, Şuşa və Gəncə şəhərlərinə 330 min arşın bez izin verilmişdir. Bizə məlumdur ki, bu 330 min arşının 300 mini yalnız Gəncə şəhərinə təxsis edilib, 100 mini Gəncə şəhərinə aparılmışdır da.
Halbuki Şəki şəhəri Gəncə ilə nüfuzca müsavi və ehtiyaca kəndindən dərəcələrcə artıq olduğu halda Şəki şəhərinə ancaq 60 min arşın ayrılıb bir arşın da olsa Şəkiyə və uyezdinə bez verilməmişdir.
Mərkəzdən uzaq və 110 min nüfuza malik Zaqatala əhalisinə 20 min arşın bez izin verilib, hala bir arşın da olsa buraxılmamışdır.
İltifat edilsin hökumətin bu bez fəqərəsində heç ədalət qoxusu varmı? Diqqət edilsin Tağıyevin fabrikasını noyabr ibtidasından kontrol altına aldıqdan dekabrın 10-na kibi ancaq 469.720 arşın bezin siyahısını göstərir. Halbuki bu 40 gün içində Tağıyev fabrikasından 2 milyondan ziyadə manifaktura emal olunmuşdur. Əcəba bir milyon yarım manifaktura nərəyə və kimlərə verildi.
Bundan bu nəticəni çıxara biləriz ki, hökumətin bu fabrikanı kontrola almasından əhali degil və bəzi bəxtiyarlar nəfbərdar olmuşdur.
Bundan başqa hansı adamlar ki, əhali tərəfindən həqiqi vəkil olaraq bez almağa gəlmişdisə də, bez böylələrinə degil, qurama vəkil olanlara verilmişdir. Bunun isbatı qəzetə oxuyanlara məlumdur.
Ərzaq nəzarəti 24 gündə 22 şəhadətnamə, ticarət nəzarəti 40 gündə yalnız 50 şəhadətnamə vermişdir.
Bundan bu xatirinizə gəlməsin ki, bez istəyənlər ancaq bu 72 adam olmuşdur. Xeyr, ticarət nəzarəti dəftərxanəsində bez həqqində çuvallar ilə etina olunmayan ərzihallar vardır.
Ticarət nəzarəti neft həqqində Gürcüstan və Ukrayna hökumətləri ilə mal ilə neft mübadiləsi həqqində bəyanat verdi.
Lakin müqavilənin nə şərtlər ilə əqd edildigini və nə kibi mallar ilə mübadilə ediləcəgini bizə açıq söyləmədi. Hətta nəzarət tərəfindən verilən bəyanata belə oxşamadı.
Zəkat, üşr həqqində daxiliyyə naziri diyor ki: Üşr Azərbaycan hökuməti əmrilə degil, türk komandası əmrilə yığılmışdır. Bir vəqt eşitdik ki, ordu gediyor, əskərlər hər şeyi atıb gedirlər, şeylər idarəsiz qalıyor…
Üşrün yığılması Azərbaycan hökuməti əmrilə olmayıb türk komandası tədbirilə olması doğrudur. Fəqət əskərlər hər şeyi atıb gedirlər, şeylər qalıyor cümlələri bir o qədər doğru olmasa gərək.
Çünki toplanan üşr türk komandanlığı təhti-idarəsinə tövdi edilmiş Azərbaycan ərzaq şöbələrinə yığılır idi. Vəqta ki türklər getdi toplanan üşrlər, yenə haman ərzaq şöbələrinin əlində qaldı.
Daxiliyyə nəzarətinin sözündən türklər getdikdən sonra guya üşr yığılmayır. Halbuki türklər gedəndən sonra Osmanlı hökumətində üşr alınmayan şeylərdən indi Azərbaycan məmurları üşr yığır. Sözlərimi isbat üçün firqəmizin bir əzası naminə gələn məktubu oxumaq məcburiyyətində bulunuram.
Baxın məktubda nə yazılmışdır:
Məktubu oxuyur, bədə nitqinə davamlı diyor ki:
Daxiliyyə naziri diyor ki, Bakıdan aparılan neft, bez malları qarabağlı, gəncəli, göyçaylı və başqa tacirlər hamısı Ağstafaya aparmışdırlar və Ağstafaya aparılan neftin, bezin Gürcüstana keçirilməsini açıq-açığına bəyan ediyor.
Mən təəccüb edirəm ki, tacirlərin bezi, nefti Ağstafaya aparmalarına ticarət naziri nə üçün izin vermişdir. Və böylə bir xəyanətin qabağını hökumət nə üçün almamışdır? Ağstafa Azərbaycanın mərkəzi bir stasyonu degil ki, oraya bu qədər mal buraxılsın.
Yeni kabinə təşkil edildikdə “Əhrar” fraksiyası bu ümidə gəldi ki, əski kabinə tutduğu yollar, indiki səhv və xətalar bir daha təkrar etmiyəcəkdir. Məəttəəssüf yeni kabinənin tutduğu yol əskinin eyni olduğunu görürüz. Hökumətin bu gün verdigi izahatdan halların islah ediləcəgini də eşitmədik. Ona görə “Əhrar” fraksiyası bez, neft və ərzaq həqqində hökumətin verdigi izahatı kafi görmüyor.
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2016.- 8 oktyabr.- S.21.