Elmi axtarışlarda keçən ömür: professor Möhsün Nağısoylu

 

 

AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Möhsün Nağısoylu haqqında, onun 70 illik ömür yolu barədə yazmağa başlayarkən, belə bir fikir beynimdən keçdi: Günəşin istilik, işıq saçmaq, ay ulduzların gecəni işıqlandırmaq istəyi olduğu kimi, xeyirxah, müdrik, məsuliyyətli, müsbət enerjili insanların ilk növbədə, ətrafındakılara, çevrələrindəkilərə, yaşadıqları zamana, cəmiyyətə daha sonra gələcək nəsillərə örnək olmaları onların fitrətindən, təbiətindən yaranır, doğur.

 

Bu, Allah vergisidir, hər bir kəsə müyəssər olan keyfiyyət, hal deyil. Məhz professor Möhsün Nağısoylu belə nadir şəxsiyyətlərdən, elm adamlarındandır. Möhsün müəllim ən qədim tarixi, mədəniyyəti, memarlıq abidələri, elm ədəbiyyat diyarı olan Naxçıvanda Noraşen (indi Kəngərli) rayonunun Xok kəndində 1946-cı ilin sentyabrın 1-də yoxsul bir ailədə doğulub. Möhsünün ata-anası sadə, zəhmətkeş kənd adamları, 6 uşaq sahibi olublar. Onlar halal çörəklə ailə dolandırıblar. Möhsün 1952-1962-ci illərdə orta təhsil alıb, 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsinə qəbul olunub buranı fərqlənmə diplomu ilə bitirib. 1967-1970, 1972-1975 1982-1986-cı illərdə Əfqanıstanda fars dili tərcüməçisi işləyib. Əfqanıstan həyatı, tərcüməçilik işi 10 il davam edib.  O, 1972-ci ildən öz elmi taleyini Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar fondu (hazırda M.Füzuli adına Əlyazmalar İnstitutu adlanır) ilə bağlayıb fəlsəfə doktorluğu dissertasiyasının elmi rəhbəri mərhum professor, görkəmli əlyazmaşünas alim Cahangir Vahid oğlu Qəhrəmanov olub. M.Nağısoylu Məmmədağa Sultanov, Cənnət Nağıyeva, Rüstəm Əliyev, Əbülfəz Əliyev, Şamil Cəmşidov, Tahir Məhərrəmov, Mehri Məmmədova, Məmməd Adilov  başqaları kimi,  şərqşünaslığımıza şərəf gətirmiş alimlərlə birgə çalışıb, 1979-cu ildə fəlsəfə doktorluğu, 1994-cü ildə elmlər doktorluğu dissertasiyaları müdafiə edib.

 

Professor Möhsün Nağısoylu öz zəngin çoxşaxəli elmi yaradıcılığı ilə Azərbaycan dilçiliyində məxsusi yer tutur. Elmi araşdırmaları, əsasən, orta əsrlər Azərbaycan tərcümə əsərlərinin mətnşünaslıq dilçilik baxımından tədqiqinə həsr olunmuşdur. Alimin monoqrafiya, tərtib tərcümə etdiyi kitablarının sayı 30-a yaxındır. Bunlardan 7-si monoqrafiya, 3-ü dərs vəsaiti, digərləri tərtib, tərcümə lüğətlərdir. Möhsün müəllimin elmə sonsuz marağı, zəhmətlə yoğrulan fitri istedadı, son dərəcə işgüzarlığı onun bu günədək başa çatdıra bildiyi nəhəng dəyərli işlərə zəmin yaratmışdır təsadüfi deyil ki, son dövr dilçiliyimizdə özünə layiqli, halallıqla qazandığı bir mövqeyə çatmış, yüksəlmişdir. Haqlı olaraq deyə bilərik ki, tanınmış alimin XVI əsrə aid Azərbaycan tərcümə əsərlərinin tədqiqi nəticəsində ədəbi dilimizin, dil tariximizin ən maraqlı, öyrənilməmiş səhifələri aşkarlanmış, böyük tarixi, elmi əhəmiyyət kəsb etməsi ilə diqqəti çəkir. Ən əvvəl orta əsrlər Şərq fəlsəfi fikrinin, xüsusən sufizmin sufi rəmzlərinin yeni yanaşma tərzi ilə öyrənilməsi üçün mötəbər qaynaqları təqdim edir.

 

İkincisi, bu tərcümələr yüksək bədii sənətkarlıq xüsusiyyətləri ilə nəzər-diqqəti cəlb edən klassik poeziya nümunələridir. M.Nağısoylu bu tərcümələrdən ən dəyərli örnək olan "Gülşəni - raz" tərcüməsinin özündə ədəbi dil tariximizin hərtərəfli araşdırılması üçün zəngin materialı qoruyub saxlayan son dərəcə əhəmiyyətli mənbə olması fikrini irəli sürür. Bütövlükdə isə "Gülşəni-raz" tərcüməsinin tənqidi nəşri klassik Azərbaycan ədəbiyyatı tarixi bədii tərcümə tarixinin ətraflı araşdırılması baxımından da önəmli bir rol oynayır təsadüfi deyildir ki, tədqiqatlarında alim tərcümənin dil xüsusiyyətlərinin öyrənilməsinə daha ətraflı toxunmuşdur.

 

M.Nağısoylu 40 ildən artıqdır ki, bütün qüvvə bacarığını ana dilimizin tədqiqi, tədrisi təbliği işinə, elmi, pedaqoji kadrların hazırlanması kimi son dərəcə şərəfli, məsuliyyətli bir məqsədə xidmətə həsr etmişdir. O, laborantlıqdan Əlyazmalar İnstitutunun farsdilli əlyazmalar şöbəsinin müdirliyinə qədər yüksəlmiş, hazırda Nəsimi adına Dilçilik İnstitutunun direktorudur.

 

Professor Möhsün Nağısoylu öz zəngin çoxşaxəli elmi yaradıcılığı ilə Azərbaycan filologiyasına başucalığı gətirmiş, bir çox monoqrafiya, tərcümə tərtib kitabları, dərslik dərs vəsaitləri, lüğət soraq kitabları hazırlayıb çap etdirmişdir. "Orta əsrlərdə Azərbaycan tərcümə sənəti" (2000), "Füzulinin "Hədiqətüs-süəda" əsəri" (2001), "XVI əsr Azərbaycan tərcümə abidəsi Şühədanamə" (2003), "Əhmədinin "Əsrarnamə" tərcüməsi" (2005), "A.Bakıxanovun "Riyazül-qüds" əsəri klassik tərcümə nümunəsi kimi" (2006), "Həzinin "Hədisi-ərbəin" tərcüməsi" (2008).

 

Professor M.Nağısoylu ilə birlikdə Dövlət Tələbə Qəbulu Komissiyasındakı ədəbiyyat Azərbaycan dili fənləri üzrə Elmi seminarda mərhum dos. İsmayıl Əhmədzadə mən uzun illər fəaliyyət göstərmiş, ekspertlik etmişik. Möhsün müəllim həmin dövrdə abituriyentlər üçün "Azərbaycan dili" (1999), "Ədəbiyyat" (2000), "Azərbaycan dili ədəbiyyat" (2003) dərsliklərini yazıb nəşr etdirmiş, Bakı Türk liseyində müəllimlik etmişdir. Hörmətli həmkarım Möhsün Nağısoylunun bir çox elmi əsərləri yalnız Azərbaycanda deyil, həmçinin Türkiyə, Əfqanıstan, İran, Orta Asiya keçmiş Sovetlər məkanında da nəşr olunmuşdur.

 

Möhsün Nağısoylu bir çox beynəlxalq, respublika simpozium, konfrans, müşavirə elmi sessiyalarda Azərbaycan dilçiliyini təmsil etmiş, elmimizi tanıtmış bu işi indi davam etdirməkdədir. Ölkə prezidentimiz İlham Əliyevin Azərbaycan dili haqqında imzaladığı sərəncam qərarlara diqqət hörmətlə yanaşmaqla o , çox vacib elmi əhəmiyyətli layihələrin müəllifi kimi Dilçilik İnstitutunun qarşıdakı illərdə görəcəyi, həyata keçirəcəyi vəzifələri, planları müdrikcəsinə reallaşdırmaq sahəsində yorulmadan çalışır. Azərbaycan dilinin - dövlət dilimizin inkişaf etdirilməsi, zənginləşdirilməsi qorunması sahəsində var gücü ilə institut əməkdaşlarına nümunə göstərir.

 

Professor Möhsün Nağısoylu bugünlər 70 yaşının sevincini yaşayır. Bu narahat, qayğılı, acılı-şirinli dünyamızda hərəyə bir ömür payı düşür. Möhsün müəllimin bu ömür payı şirindir, şərəflidir. Ona görə ki, o nəyə çatıbsa zəhmətlə, fədakarlıqla bunu özü qazanmışdır. Ulu tanrıdan diləyimiz budur ki, xeyirxah insan, namuslu, qeyrətli ailə başçısı, xalqımızın ləyaqətli oğlu Möhsün müəllim indən sonra da gənclik eşqi ilə yaşayıb-yaratsın, dilimizin-mənəvi varlığımızın keşiyində ayıq-sayıq dayansın.

 

70 yaşınız mübarək, Möhsün müəllim!

 

İsmayıl MƏMMƏDLİ

Filologiya üzrə elmlər doktoru, professor

 

525-ci qəzet.- 2016.- 11 oktyabr.- S.6.