Mənəvi-mədəni-ədəbi dəyərlər müstəvisində modernizmə və postmodernizmə baxış

 

  

Son 20 ilə yaxın müddətdə ədəbiyyat incəsənətdə, elm fəlsəfədə, psixologiya mənəviyyatda modernizm postmodernizm "söhbətləri" intensiv olub.

 

Modernizmin müəyyən təzahür xüsusiyyətləri: realizmə etiraz; kubizm, sürrealizm, abstraksionizm, avanqardizm, impressionizm, imajinizm digər axınlara rəğbət; fərdiyyətçilik; mövcud ənənə gələnəklərin dağıdılması ya onlara yeni dəyər verilməsi - dekonstruksiya; pozitivizmə meyil; rasionalizmə, "qəliblərə", maarifçiliyə etiraz; irrasionallığa meyil; dinlə təmas; ehkamların dəyişdirilməsi, klassik dəyərlərin bərpası; eybəcərlik, disqarmoniyadan imtina; gözəllik, harmoniya kimi klassik kateqoriyalara qayıdış;  internet, sosial şəbəkə imkanları sairdir.

 

Postmodernizmin müəyyən təzahür xüsusiyyətləri: modernizmin bətnində doğulması; klassik ənənə, insan hadisəyə modernist baxışların birikməsi; psixoanaliz; semiotika, fəlsəfə kimi çağdaş konsepsiyaların əsas olması; mübarizədən imtina; böhranla barışıq; estetik fikrin paradiqmalarının dəyişməsi; ezoterik dillə danışma; fraqmentlərə parçalanma, semantik dairənin genişlənməsi; ekstensiv inkişafın özəlliyi, dünyanın elmi dərk yolunun inkarı; sinergetika; təbiət elmləri; cəmiyyətlə, bədii-estetik fikirlə  bağlı olan bütün elmlərin humanitar düşüncədə yeri; postmodernist fəlsəfə, postmodernist kulturologiya, postmodernist sosiologiya, postmodernist dilçilik, postmodernist estetikanın yaranması; mərkəzdənqaçma meyilləri; tarixə etinasızlıq,  əsasında mifin, əlaqəsiz, yayğın hadisələrin dayanması, onun bir araya gətirilməsi mif kimi dəyərləndirilməsi; tarixin, zamanın parçalanması, fraqmentallıq; tarixi hadisələrin  insan iradəsindən asılı olmaması - dünya iradəsi, futurologiya; vaxtilə deyilmişlərin təkrarı; istehza - hadisələrə ikili münasibət; sənətkarın əsər yox, mətn yaratması, dekonstruksiya; mətnin əvvəlki mətnlərlə dövrünün mətnləri ilə  dialoqu; hermenevtika; təsdiq inkar momentləri; məna baxımından yazı oxunun insanın yox, dilin həqiqəti olması faktı   ilə axırdır.

 

Modernizmin postmodernizmin kökündə, təşəkkülündə  müharibə (I II Dünya müharibələri) amili dayanıb. Müharibə yeni fikir, düşüncə ifraz edib. Eynşteynin nisbilik nəzəriyyəsi müharibə amilindən zahir olub. Postmodernizm modernizm kimi II Dünya müharibəsindən sonrakı tarixi şəraitin, elm mədəniyyətin  yetirməsi idi. Kainata yozum verdiyimiz "MƏTN" - xaos, oyun da əslində bir simmetriyaya - qanun Konstitusiyalara tabedir. Qanun hakim   hakimiyyətin adıdır. Harmoniya olan yerdə  insan ağlı dünya vardır. Necə ki, böyük kosmos sistemi Yer onun tərkib hissəsi olmaqla mükəmməl simmetriyaya tabedir. Nəticə: Bizə postmodern mədəniyyət yox, multikultural mədəniyyət gərəkdir.

 

Postmodernizm qaydasız oyun adlandırılır. Simmetriyasız, qanun-qaydasız heç yoxdur. Varsa, nəyisə pozur, dağıdır. Kainatın özü, cəmiyyətin özü qayda üzərində qurulub, mükəmməl qurulub. Allah tərəfindən qutsal kitablarla, qanunlarla qorunur. Professor Yaşar Qarayev demişkən: Qərb, Avropa "mənəm meymun" deyir. (İnsanın meymundan yaranması/?!/), Şərq isə "mənəm Allah" deyir. (İnsanı Allahın xəlq etməsi, onun Adəmdən yaranması). Meymunda qaydasız oyun, insanda isə  mükəmməl simmetriya, toxuculuq vardır. Nəticə: Kosmos, kainat, həyat xaos olsa yaxşıdır, yoxsa ahəngdar olsa?!

 

Postmodernizm Qərb (Avropa) sivilizasiyası mədəniyyətlərinin dərindən  dərk olunduğu universal, tarixi çağdaş qavrayışdır: kibernetika, hermenevtika, semiotika, sinergetika, qeyri-səlis məntiq, metafizika, fizika, kimya, cəbr, həndəsə, bir sözlə, "cəmiyyətlə, bədii-estetik fikirlə bağlı olan bütün elmləri əhatə edən humanitar düşüncədə hakim mövqe" sahibidir. Postmodernizm belə bilgilərin yüksək bədiiliklə zəmin olunduğu yerdə qazana bilib ki, bu da artıq Avropa Qərb üçün səngiyən kimidir. Bizim elmi-nəzəri, ədəbi-estetik fikirdə isə  postmodernizmin yamsılanması, onun zahiri effektindən yarınma baş alıb getməkdədir. Postmodernizm türk islam müəyyənliyini aşındırıb müəllifinə  Orxan Pamuk kimi Nobel mükafatı da qazandıra bilər, bilərəkdən ya bilməyərəkdən milli-tarixi şüur yaddaşımızı aşındırıb müəllifinə Əkrəm Əylisli  uğursuzluğu da gətirə bilər.

 

Bir var, ümumiyyətlə, modernizm ədəbi cərəyanı, konkret dövr olaraq mövcudluğu (1910-cu illərdən 1930-cu illərə qədər), bir var Şərq Qərb modernizmləri, bir var modernizm ədəbiyyatı, incəsənəti. Bunlar ayrı-ayrı məsələlərdir.

 

Şərq Qərb modernizmi ədəbi cərəyan deyildir. Adlanmadır. Bir anlıq xatırlayaq Şərq intibahı ya Qərb intibahlarını. Şərq Qərb intibahları da modernizmdir. İntibahın özü modernist qavrayışdır. Bu terminlərin fərqində olmaq gərəkdir.

 

Qərb (Avropa) intibahı Qərbə, Avropaya orta əsr intibahını, klassisizmi, romantizm realizmi, maarifçiliyi, şəhərlərin inkişafı, iqtisadi-burjua münasibətləri, millət, milli dil, dövlətlərin əmələ gəlməsi, coğrafi kəşflər, günəş sisteminin kəşfi, milli ədəbiyyatların formalaşması s. verib. Bütün bunlar  Qərb modernizminin uğurları olub.

 

Şərq modernizmi  Şərqə intibahın dahi şəxsiyyəti Nizami Gəncəvini, Şərq  romantizmini, klassik feodal ölkələrini s. verib. Bütün bunlar Şərq modernizminin əsasları uğurları olub.

 

İntibah modernizm göstəricisidir. Modernist ədəbiyyat  isə Şərq Qərbə mənsub olan intibahın təzahürü deməkdir. Bu ədəbiyyat hər bir milli dövlətə, xalqa mənsubdur. Müasir modernist ədəbiyyat dedikdə ədəbiyyatda siyasi quruluşdan asılı olaraq meydana gələn yenilik, intibah nəzərdə tutulur. Bu mənada XIX XX əsrlər Azərbaycan ədəbiyyatında modernist mədəniyyət xüsusiyyətləri mövcuddur. Nəticə: Bu modernist ədəbiyyat milli ədəbiyyatın tərkib hissəsi kimi çıxış edib.

 

Tutaq ki, deyirik: modernistikya  postmodernistik - yenidən quruluruq, -bunlar bizə nə verir? Bunlar bizə yeni ədəbiyyatmı, mənəviyyatmı verir? Məna və mahiyyət kökdə, islam dərkində, islam şəxsiyyətlərindədir. Biz isə bu özəyi, nüvəni atıb Avropa modernizminə meyil edirik. Mərkəzdə nə dayanır - mücərrədlik, anlaşılmazlıq. Bizə texnogen yox, İnsan, ədalət və həqiqət, ölçü, dəyər, əxlaq və mənəviyyat lazımdır. Əslində Qərbin özü: Hegel, Höte, Dante, Bayron və başqaları islam modernizminə meyillənməklə bəşəriyyətə böyük incilər bəxş ediblər. Onlar Qərbin oğurladığı Şərqi özünə qaytarmayıblarmı? Postmodernist əsər bizə nə verir? Şərqi, Azərbaycanı  Qərbə qovuşdurmaqmı? Ədəbiyyatı - Avropaya, Qərbə qovuşdururmu? Və ya Qərbi Şərqə gətirirmi? Qurani-Kərimdə Aralıq dənizi ilə Atlantik okeanın suları  bir-birinə qovuşmur, dünyaların ayrıcıdır. Şərq Qərbə, Qərb Şərqə qovuşa bilərmi? Bunların sivilizasiyaları, mədəniyyətləri, dinləri və həyat tərzləri ayrı-ayrıdır. Kökündən təhrif edilmiş dünyanı ədalət və həqiqətinə qovuşdururmu modernizmya postmodernizm? Nəticə: Onların Azərbaycana dəlaləti kifayət qədər azdır. Və belə də olmalıdır.

 

Böyük dövlət, böyük siyasət, böyük güc söhbəti var. Bu "böyüklük" "xırdalığı" həmişə udmaq, həzm etmək əzmində olub. Bu "böyüklük" bizim mənəviyyatımızı, əxlaqımızı, dinimizidilimizi - mənliyimizi udmaq istəyindədir. Necə ki, Qərbin bütün islam dünyasına təpkilərini,  islamafobiyasını görürük! Qərb bizim, Şərqin deyildirolmayacaq da! Dünyanın müvazinəti və müvaziliyi bu ikilikdədir. Qərb həmişə Şərqin elm və fəlsəfəsini oğurlamaq cəhdində olub. Bu gün də belədir. Nəticə: Ona Azərbaycan, islam əxlaqı və mədəniyyəti gərək deyil...

 

Modernizmə və ya postmodernizmə aludəliyimiz məzmuna görədir, yoxsa formaya görə? Bəlkə hər ikisinə görə? Məzmun Şərq, Azərbaycan gerçəkliyi, psixologiyası,  təfəkkürü, dinidilidir. Azərbaycan həyatı, milli ruh, koloritpsixologiya - milliliyin bütün atributlarıdır. Qərb məzmunu bütün bunlarda əriyə bilərmi? Təsəvvür edək, Avropa gəlib Azərbaycanda yaşayır, azərbaycanlılaşırmı, türkləşirmi? Ən əsası dini, milli ayrıntılar bunların qovuşmasına heç vaxt imkan verməz.  Yaxud Qərb  Azərbaycan həyatını, islam insanını özündə əridə bilərmi?

 

Bir anlıq qəbul edək Avropanın həyat tərzini, düşüncəsini, - yad həyatı, yad dini, yad adətləri, yad psixologiya və mənəviyyatı, - millilik yox olmurmu? Kulonluğu da unutmayaq! Növlərdən alınan süni cinsləri də xatırlayaq! Biz Avropa mövcudluğuna köklənə bilərikmi? Belə çıxır ki, biz öz kökümüzü  itirməyə hazırıq. Bəlkə torpağımızı, tariximizi, dinimizi, dilimizi və mədəniyyətimizi Avropaya verək?  Bu bizdə mənlik  qoyacaqmı? Axı, bu halda beyin manqurtlaşır, milli kök, şüur, coğrafi ərazi, tarix və mədəniyyət basılır. Bizə bu lazımdırmı?

 

Məgər H.Caviddə dekonstruksiya yoxdurmu? H.Cavid modernizmə meyil etməyibmi? O, Qərb, yoxsa Şərq modernizmi ilə hərəkət edib? Biz H.Cavid modernist şairdir desək də, bu, o demək deyil ki, mütəfəkkir sənətkar Qərb yönlü modernistdir. Yox. O, Şərq modernizmindən bəhrələnmiş islam filosofudur.  Baxın, məgər H. Cavid tarixi, tarixi şəxsiyyətləri  ironiya (istehza) və ya təftişlə hərəkət edibmi? Nəticə: Əksinə, tarixən mövcud olmuş türkçülüyü, islamı milli mənlik şüuruna ötürüb,"ittihad, işdə ən böyük ideal"- deyib.

 

Bu günün çağdaş "modernistləri" və ya "postmodernistləri" Şərq və Qərb təfəkkürünü Caviddənmi artıq dərk edirlər? Bu suala müsbət cavab vermək çətindir. Ən azı ona görə ki, Cavid öz kökü üstündədir. İslam təfəkkürü ilə gəlib və kifayət qədər ciddi planda İslamı, onun qanunlarını, normalarını gözləyib. Bu günün mütəfəkkirləri isə islam dünyagörüşünə yetməkdə yetərli deyil və demək olar ki, əməli olaraq islam dininə  riayət etmirlər. Onlar dini mühütdən də gəlməyiblər, Sovet stixiyasından, ideologiyasından gəlib və milli dəyərlərimizi  aşındırıblar. Bu günün təkəbbürlü gəncliyi (müdrik gəncliyi yox) Dədə Qorqudu, Şah İsmayılı, Füzulini, Vaqifi, M.F.Axundzadəni, A.Bakıxanovu, Sabiri, Mirzə Cəlili, S.Vurğunu kökdən salır, onları  islam müəyyənliyindən uzaqlaşdırıb, bayağılıq edir.  Biz nə qədər  kökdən düşürüksə, bir o qədər Avropanın yabançı dəyərlərinə meyil edirik, qloballaşır, milliliyi itiririk. Nəticə :Qeyri-müəyyən bəşəridənsə, milli müəyyənlik caiz deyilmi?

 

Xatırlayaq Avropanın islamafobiyasını, ərəb dünyasındakı fəlakətləri, faciələri. Bunları  Qərb törədib, nəticələrindən özləri də xilas ola bilmir. Siyasi və mənəvi aşınmalar onların özünə qayıdıb. Bir vaxt gender bərabərliyini ortaya atmışdılar, - Şərqin, Azərbaycanın ailə institutlarını dağıtmaq üçün. Avropada ailə amili əsasdırmı? Qurani-Kərim insan hüquqları, azadlıqları və bərabərliyinin ideal nümunəsini göstərib.

 

(Ardı var)

 

Əlizadə ƏSGƏRLİ

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru

 

 

525-ci qəzet.- 2016.- 12 oktyabr.- S.4.