Teleradioda yaşanan 55 il
Azərbaycan Televiziyası və
radiosunun Həmkarlar
Təşkilatının sədri
Sərhəd Qasımovla
söhbətimiz radionun
yubileyi ərəfəsinə
təsadüf edir.
Taleyini bağladığı, həyatının
mənası və öz dogma evi hesab etdiyi mədəniyyət
məbədi, sənət
ocağı olan Ana Televiziyanın fevral ayında 60 yaşı
olub. Noyabrın 6-da isə Milli Radionun
90 yaşı qeyd olunacaq. Sərhəd müəllim 1961-ci ildə gənc kadr kimi bura
işləməyə gələndə
yaşca radiodan 15 yaş kiçik, televiziyadan isə 15 yaş böyük olub. 1967-ci ildə isə
Həmkarlar Təşkilatının
sədri seçilib.
Gələn il
onun bu təşkilatda
sədr kimi fəaliyyətinin 50 illiyi
tamam olacaq. Qarşıdan gələn
əlamətdar hadisə
ilə bağlı təbriklərini eşitmək,
radionun yubileyi münasibəti
ilə onunla söhbət etmək, ötən illərdəki
fəaliyyəti ilə
maraqlanmaq fikrinə düşməkdə məqsədim
bir insan ömrünün həyatını
vərəqləmək idi.
Elə də oldu...
Sərhəd müəllimi cavanlığına,
gənclik illərinə
apardım. Aztv-də çalışdığı
müddətdə gördüyü
işləri xatırlatmaqla
ötən günləri
bir kino lenti kimi gözlərinin
qarşısında canlandırdım.
Qarşımdakı müsahibimin, saç-saqqalı
ağaran qocaman mədəniyyət işçisinin
dəfələrlə gözünün
yaşardığını gördüm. O danışırdı,
bura gəlişindən,
gənc rabitə işçisi kimi əmək fəaliyyətnə
başlamasından, sonra
əsgərliyə getməsindən,
uzaqlarda keçirdiyi hərbi xidmətdən, Moskvda ali təhsil
almasından və qayıtdıqdan sonra taleyini birdəfəlik bağladığı bu sənət dünyasından
və ona göstərilən etimaddan,
Həmkarlar Təşkilatına
rəhbərlik etməsindən
ürək dolusu söz açırdı.
Gözlərini yaşadan nüans
isə qarşılaşdığı
böyük ədiblərlə
dostluğu, sənət
fədailəri ilə
yaxınlığı və
onlarla bağlı xatirələri idi. Deyir ki, burada
sənət aləminin nəhəng
simalarını gördüyüm
üçün özümü
xoşbəxt hesab edirəm. Sərhəd müəllim onlarla
ünsiyyətdən qürur
duyduğunu dilə gətirir və həmin insanların Azərbaycanın böyük
şəxsiyyətləri olduğunu
etiraf edir.
Sərhəd Qaasımov uşaqlıq illərinin əzab-əziyyətlə
keçdiyini deyir.
Atasını vaxtsız itirəndə
kiçik yaşlarında
olub. Ailədə çətinliklə böyüyüb. Ancaq bu kollektivə düşməklə
tale ona xoşbəxt bir ömür bəxş edib. Həyata olan sevgisini burada qazanıb. Özünün ziyalı kimi
yetişməsində məhz
buranın rolunu yüksək qiymətləndirir.
O, bu 50 ildə minlərlə işçinin
çalışdığı bir kollektivdə Həmkarlara sədrlik edib. Böyük bir kollektivin
dərd-sərini dinləmək,
işçinin sosial vəziyyətini yaxşılaşdırmaq
üçün əməli
fəaliyyət göstərmək,
problemləri həll etmək kimi çox şərəfli
və çətin bir işin ağırlığını
çiyinlərinə götürüb.
Deyir ki, elə
SSRİ vaxtından da
burada elə yüksək qazanc yoxdur. İşçilər orta əmək
haqqı ilə kifayətlənməli olublar.
Ancaq hörmətli bir yer olduğundan
kim bura
gəlibsə sənətə
olan sevgisi maddi tələbatdan üstün tutulub. Ona görə də vəzifəsindən
asılı olmayaraq burada çalışan bütün insanlar sosial qayğıya ehtiyac
duyub. Bir Həmkarlar Təşkilatının
sədri kimi onları dinləmək, kömək eləmək üçün əlindən
gələni əsirgəməyib.
İşçi ilə
rəhbər arasında
elə bir ünsiyyət körpüsü
yaradıb ki, düz 50 ildir ki, 11 sədrlə rahatca dil taparaq
eyni missiyanı yerinə yetiriblər.
Sərhəd Qasımov televiziyanın dirçəlişi illərinin
1969-cu ildən başlandığını
bildirir. Heydər Əliyev Azərbaycana
rəhbər seçilən
kimi televiziyaya xüsusi önəm verərək onun inkişafına çalışıb.
Professor Qurban Yusifzadəni komitəyə
sədr qoyub. Onun rəhbərliyi zamanı televiziyanın maddi texniki imkanlarının genişlənməsi
istiqamətində səmərəli
işlər görülüb.
Elşad Quliyevin də sədrlik illərini
xoş xatirələrlə
yada salır. Onun jurnalistlərə sərbəstlik
verməsindən, yaradıcılıq
mühitinin formalaşması
üçün qurduğu
şəraitdən danışır.
Kollektivin öz yetirməsi
olduğu üçün
ən xırda incəlikləri belə dərindən bilməsindən
və əməkdaşların
rəğbətini qazanmasından
söhbət açır.
Teymur Əliyevin də yaxşı kadr kimi yaddaşlarda qaldığını deyir,
yaxşı bir insan kimi onun
da əməyinin təqdirəlayiq olduğunu
söyləyir.
Sərhəd müəllim müstəqil
bir ölkənin dövlət siyasətinin
təbliğində Ana Televiziyanın
xidmətininin danılmaz
olduğunu vurğulayır. Aztv-nin modernləşməsində, daha
geniş şöhrət
qazanmasında, maddi texniki təminatının
güclənməsində, yeni -yeni studiyaların
açılışında, tam müasir tələblər
səviyyəsində tikilən
və texniki cəhətdən üstünlüyü
ilə seçilən təzə korpusunun inşasında indiki sədr Arif Alışanovun
xidmətlərini yüksək
qiymətləndirir. Arif müəllimin
gənc kadrlara, yüksək erudisiyalı
gənclərə üstünlük
verməsini televiziyanın,
radionun inkişafına
böyük təkan verdiyini deyir. Çünki burada hazırlanan
verilişlərə dünya
baxır və AZTV-nin nüfuzunu artırmaq üçün
kadr siyasətinin önəmli olduğunu söyləyir.
Bu gün burada olan münbit mühitin yaranmasında, gənclərin sərbəst
şəkildə işə
qəbulunda Arif müəllimin əməyini
xüsusi qeyd edir...
Hər il olduğu kimi 2016-cı ildə də kollektivdə çalışmış 30-a yaxın əməkdaşın
yubileylərinin yüksək
səviyyədə qeyd
olunduğunu və keçirilən hər tədbirin fotosunun və görüntüsünün,
yəni videosunun arxivdə saxlandığını
deyir. Kollektivin üç Milli
qəhrəmanı Alı
Mustafayevin, Çingiz
Mustafayevin, Fəxrəddin
Şahbazovun xatirəsinə
böyük ehtiram göstərildiyini bildirir.
Keçmiş işçilərə
göstərilən diqqətdən,
tez-tez onların görüşünə getdiklərindən,
hətta ən qocaman əməkdaş olan 93 yaşlı diktor Züleyxa Hacıyeva ilə mütəmadi olaraq əlaqə saxladıqlardan söhbət
açır.
Sərhəd müəllimlə söhbətimiz bir xeyli çəkdi. Hər gün olduğu kimi bu gün də onun qapısının qarşısına yığışan insanların, Həmkarların sədrindən nə isə umacağı vardı. Pul, mənzil problemi, sanatoriyaya müalicəyə getmək istəyi və s. məsələlərlə bağlı qəbuluna xeyli adam gəlmişdi. Ayda təxminən 80-ə yaxın adama səhmdar cəmiyyət tərəfindən pul sarıdan köməklik göstərildiyini deyir.
O ki qaldı radionun 90 illiyi ilə bağlı yubiley gecəsinə. Qocaman əmək veteranları ilə görüşə hazırlaşdıqlarını bildirir. Bəli televiziyamızda və radiomuzda səmərəli yaradıcılığı ilə zəhmət çəkən ziyalıları bir araya toplamağı düşünür.
90 illik ərəfəsində qocaman mədəniyət işçisi Sərhəd Qasımov gənclərimizə çalışdıqları sənət ocağının dəyərini dərindən anlamağı və hər bir zaman ana televiziyanın və radionun nüfuzunu uca tutmağı təvəqqe edir. Sənətə, insanlara sevgi ilə yanaşmağı, hamı ilə yaxın ünsiyyət qurmağı, səbrlə dinləməyi və həyatda ən böyük sərvət olan hörmət qazanmağı tövsiyə edir.
Fürsətdən istifadə edərək
55 ildən artıq əmək təcrübəsi olan, gələn il isə
Həmkarların sədri kimi 50 illik yubileyini qeyd edəcəyimiz, bu illər
ərzində dərin hörmət və ehtiram
qazanmış "əməkdar mədəniyyət işçisi", cənab prezidentin "Tərəqqi" medalı ilə
təltif olunmuş Azərbaycan Teleradiosunun Həmkarlar Təşkilatının
sədri Sərhəd Qasımovu builki
yubileylər münasibəti ilə təbrik edirik.
Allah ona
cansağlığı versin...
Şəlalə MƏHYƏDDİNQIZI
Azərbaycan Radiosunun redaktoru
525-ci qəzet.- 2016.- 13 oktyabr.- S.8.