Səməd Vurğunun
110 illiyi qeyd edildi
Oktyabrın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli
Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət
və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar
Birliyinin təşkilatçılığı
ilə baş tutan tədbirdə respublikanın bir sıra elm, mədəniyyət
və incəsənət
xadimləri iştirak
edib.
Əvvəlcə qonaqlar unudulmaz şairin həyat və yaradıcılığını
əks etdirən 250-dək
kitabın yer aldığı sərgi ilə tanış
olublar. Daha sonra şairin
ömür yoluna işıq salan videoçarx nümayiş
olunub.
Tədbirdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev çıxış edərək
böyük şairin
həyat və yaradıcılığı ilə
yanaşı, Azərbaycan
ədəbiyyatının inkişafındakı
misilsiz xidmətlərindən
danışıb.
“Xalq şairi Səməd Vurğunun adı, şəxsiyyəti
və yaradıcılığı
Azərbaycan xalqının
tarixi, mədəniyyəti
bugünkü müstəqilliyimizin
ideoloji əsasında
dayanan azərbaycançılıq
məfkurəsi ilə
birbaşa bağlıdır. Təsadüfi deyil ki, ümummilli
lider Heydər Əliyev böyük şairin yaradıcılığına
həmişə önəm
verərək onun “Azərbaycan” şeirinin misralarını yüksək
kürsüdən xüsusi
hissiyyatla söyləyib”,
- deyə nazir bildirib.
Xalq yaradıcılığı
və şifahi söz sənətinin Səməd Vurğun poeziyasının mayasını,
qayəsini təşkil
etdiyini deyən Ə.Qarayev şairin xalqımızın zəngin
söz xəzinəsindən
məharətlə bəhrələnərək
yüksək poetik potensialı və dərin idrakı ilə XX əsr Azərbaycan şeirinə
xüsusi çalarlar
gətirdiyini söyləyib.
Nazir diqqətə
çatdırıb ki,
unudulmaz şair qısa bir zamanda
tamamladığı “Vaqif”
dramında Molla Pənah Vaqifin faciəli həyatını,
şair böyüklüyünü,
kamilliyini ustalıq və məhəbbətlə
əks etdirib. O, “Vaqif”
dramına görə
ən ali
mükafatlara layiq görülüb. Uzun illər
teatr səhnələrində
oynanılan bu dram tamaşaçıların böyük
rəğbətini qazanıb.
Səməd Vurğunun müasir
və tarixi-əfsanəvi
mövzularda da bir çox əsərlər müəllifi
kimi tanındığını
söyləyən nazir
qeyd edib ki, şairin “Ölüm kürsüsü”,
“Qız qayası”,
“Dar ağacı”, “Ölən
məhəbbət”, “Aslan
qayası”, “Üsyan”,
“Bəsti”, “Ayın əfsanəsi” və “Bulaq əfsanəsi” əsərləri bu qəbildəndir. Ana dilimizin şeiriyyət və ahəngini dərindən duyan şair ədəbiyyatla xalq arasında möhkəm bağlılıq
yaradaraq özü də bu birliyin
bayraqdarına çevrilib.
Şairin poeziyası multikulturalizmə,
tolerantlığa və
birliyə çağırış
himni kimi səslənir. Bu mütərəqqi tendensiyaları
bədii irsində mükəmməl şəkildə
birləşdirməyi bacaran
S.Vurğun ürəklərdə
özünə əbədi
heykəl ucaldıb.
Azərbaycan Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar
şairin zəngin yaradıcılığından söz açıb. Ötən
əsrin 1930-1940-cı illərinin
şairin istedadının
çiçəklənməsi və yüksəlişi dövrü olduğunu söyləyən Xalq yazıçısı deyib
ki, 1934-cü ildə şairin “Könül dəftəri”, bir il sonra isə
“Şeirlər” adlı
kitabları nəşr
olunub. Bu dövrdə
şair, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən
təmizləyərək, ədəbiyyatımızı
və dramaturgiyamızı
yeni əsərlər
hesabına zənginləşdirib.
Səməd Vurğunun poema və şeirlərindən
söz açan natiq deyib ki,
onun “Azərbaycan” şeiri ədəbiyyatımızın
incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi
və qonaqpərvərliyini
yüksək formada tərənnüm edib.
Səməd Vurğun təkcə
məşhur şair deyil, eyni zamanda
böyük alim, əvəzsiz təşkilatçı
və nəzəriyyəçi
idi. O, xalqımızın
yaddaşında böyük
təəssübkeş şair
kimi əbədi yaşayacaq.
Tədbir konsert proqramı ilə davam edib.
Gecədə S.Vurğunun
şeirlərinə bəstələnmiş mahnılar ifa olunub, şeirləri səsləndirilib.
525-ci qəzet.- 2016.- 15 oktyabr.- S.13.