Mətbuata həsr olunan mənalı ömür

 

 

İstedadlı jurnalist, səmimi dost, mehriban insan İsmət Həbibullah oğlu Səfərov ömrünün yarım əsrini Azərbaycan mətbuatına həsr edib.

 

O, 1937-ci il sentyabrın 10-da Şəki şəhərində anadan olub. Atası Həbibullah kişi rayonun adlı-sanlı, sayılıb-seçilən sənətkarlarından idi. İkinci Dünya müharibəsi başlananda İsmətin cəmi dörd yaşı var idi. Alman faşistləri artıq Qafqaza yaxınlaşanda əli silah tutan digər vətənpərvərlər kimi Həbibullah kişi cəbhəyə yollandı bir daha geri qayıtmadı. Odur ki İsmətin yaddaşında atası haqqında az epizod qalıb. Onun böyük qardaşı Yusif Səfərov da müharibənin ilk günlərindən cəbhədə döyüşdü. Azərbaycan Dövlət Universitetinin III kursundan könüllü olaraq cəbhəyə yollanan Yusif Mozdokdan Berlinədək ağır döyüş yolu keçdi, sinəsi orden medallarla dolu qoltuq ağacı ilə vətənə döndü. O, yarımçıq qalmış təhsilini davam etdirdi, Moskvada aspiranturanı bitirərək 1954-cü ildə tarix elmləri namizədi kimi universitetin Tarix fakültəsində işə başladı ömrünün axırınadək fakültədə professor kimi fəaliyyət göstərdi.

 

İsmət isə ailənin sonbeşiyi kimi ibtidai məktəbi Şəkidə, orta məktəbi isə Bakıda başa vurdu. Çünki ailənin vəziyyəti ağır olduğundan Yusif hər iki qardaşını - Fərhadı İsməti yanına gətirmişdi. İsmət Bakının 199 saylı məktəbində təhsil alarkən ictimai həyatında fəal iştirak etdi drujina sovetinin sədri oldu. Hələ şagird ikən ədəbiyyata, yazıb-yaratmağa böyük həvəs göstərdi bu da istedadlı pedaqoq, metodist, ədəbiyyat fənninin gözəl bilicisi Zülfəli İbrahimovun nəzərindən qaçmadı.

 

İsmət artıq 10-cu sinifdə oxuyanda təkcə məktəbdə deyil, Yazıçılar İttifaqında, Kinostudiyada, Azərbaycan radiosunda tanınırdı. O, Süleyman Rəhimovun “Su ərizəsihekayəsini Gənc Tamaşaçılar Teatrı üçün səhnələşdirdi, ədibinŞamoromanındanQanlı dəsmalhissəsini radio üçün işləyib hazırladı. O vaxtlar Yazıçılar İttifaqının sədri işləyən Süleyman Rəhimov onu bir neçə dəfə evində qəbul etdi, “Su ərizəsiQanlı dəsmal”ı ailə üzvləri, Oktay Şamonun iştirakı ilə oxuyub müzakirə etdikdən sonra hər iki əsərə müsbət rəy yazdı. Daha sonra “Su ərizəsi”ni Gənc Tamaşaçılar Teatrına, “Qanlı dəsmal”ı isə radioya göndərdi. Bundan başqa, İsmət M.S.OrdubadininQılınc qələmromanının ssenarisini işlədi onu tarixi faktlara uyğunlaşdırdı. O, bu məqsədləŞairin həyatımonoqrafiyasının müəllifi Həmid Araslı ilə görüşdü.

 

1954-cü ildə M.F.Axundovun yubileyi ilə əlaqədar o, dramaturqunAldanmış kəvakibəsərini səhnələşdirdi bu işlə əlaqədar Yazıçılar İttifaqında Gənc Tamaşaçılar Teatrında oldu. Bu dövrdə o, bir neçə orijinal pyes hekayələr yazdı.

 

Heç təsadüfi deyil ki, İsmət Səfərov 1954-cü ildə keçirilən Azərbaycan Yazıçılarının qurultayına dəvət olundu o, böyük iftixar hissi ilə bu mötəbər məclisdə iştirak etdi.

 

Ədəbiyyata olan bu böyük həvəs onu Azərbaycan Dövlət Universitetinə (indiki BDU) gətirdi. 1954-cü ildə o, Filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil oldu elə ilk gündən 1959-cu ilə qədər qrup rəhbəri kimi fəaliyyət göstərdi.

 

Üçüncü kursda oxuyarkən universitetin orqanı olan “Lenin tərbiyəsi uğrundaqəzetinə isə yarımştat düzəldi. Bu, onun jurnalist kimi yetişməsində gözəl bir təcrübə məktəbi oldu. Elə o dövrdən şair dostu Teyyub Qurbanla birlikdə Nizami Gəncəvi adına fəxri təqaüdlə təhsilini davam etdirdi.

 

1959-cu ildə universiteti bitirən kimi Azərbaycan Radiosu Televiziya Komitəsinə təyinatla işə göndərildi. Əvvəlcə radionun “Son xəbərlərredaksiyasında işlədi, bir qədər sonra Xarici Verilişlər İdarəsinin İran redaksiyasına redaktor vəzifəsinə keçirildi. Tezliklə idarə rəhbərliyinin hörmətini qazandı, bir-birinin ardınca məqalə oçerkləri efirə verildi. Eyni zamanda respublikanın müxtəlif mətbuat orqanlarında da yazıları işıq üzü gördü.

 

1961-ci ildə universitetin jurnalistika kafedrasının müdiri Həsən Şahgəldiyev onu kafedrada işə dəvət etdi. O, hörmətli müəllimi, diplom işinin rəhbəri ilə razılaşaraq getmək üçün sədrə ərizə ilə müraciət etdi. Komitənin o zamankı sədri Teymur Əliyev onu bu fikirdən daşındırmaq istəsə , o, elmi işlə məşğul olmaq arzusunda olduğunu bildirdi sənədlərini götürüb kafedraya gəldi. Lakin Həsən müəllim onu çox pərt qarşılayıb dedi ki, vəziyyət dəyişib, yuxarıdan bu vəzifəyə başqa bir adamı götürməyi xahiş ediblər.

 

bu dövrdən gənc İsmətin həyatında sərgüzəştlər başladı. Yarım ilə qədər işsiz qaldıqdan sonra onu yeni təyinatlaŞəki fəhləsiqəzetinə göndərdilər. Orada da boş yer olmadı.

 

İsmət Səfərov yenidən Bakıya qayıtdı. Bir müddətdən sonra Respublika Elmlər Akademiyasının Əsaslı kitabxanasında (indiki Mərkəzi Elmi Kitabxanada) işə düzəldi. Əvvəlcə mütəxəssis redaktor, bir müddət komplektləşdirmə, sonra isə elmi-biblioqrafiya şöbəsinə müdir təyin edildi.

 

Filologiya elmləri doktoru, professor Nazim Axundovun rəhbərlik etdiyi bu gözəl kollektiv onun ürəyinə yatdı. Çünki bu şöbədə o, jurnalistik, naşirlik, kitabçılıq fəaliyyətini davam etdirə bildi. Müxtəlif biblioqrafik göstəricilərin naşiri redaktoru oldu. İlk dəfə onun vaxtındaAzərbaycanın elmi mədəniyyət xadimləriseriyasından EA-nın birinci prezidenti M.A.Mirqasımovun şəxsi biblioqrafiyası işıq üzü gördü.

 

Bu yenilik böyük bir işin əsasını, bünövrəsini qoydu. Elə o dövrdən bu seriya altında neçə-neçə elmi biblioqrafik vəsaitlər tərtib edildi. Tərtibçi-müəllifi redaktoru olduğu neçə-neçə göstərici ilə Azərbaycanın görkəmli alimlərini dünyaya tanıtdı.

 

Akademiklərdən Mirəli Qaşqay, Musa Əliyev, Həsən Əliyev, Mirzə İbrahimov, Heydər Hüseynov, Zərifə Əliyeva, müxbir üzvlərdən Heydər Əfəndiyev, Xudu Məmmədov, Cəfər Qiyaslı, Aqil Əliyev başqalarının biblioqrafik göstəriciləri məhz onun əməyinin bəhrəsidir. 1983-cü ildə çapdan çıxmış 900 səhifəlikAzərbaycan ədəbiyyatşünaslığı”nın da redaktoru İsmət Səfərov oldu.

 

1969-cu ilin martından onun həyatında yeni dövr başlandı. O, Azərbaycan SSR “BilikCəmiyyətinin nəşriyyat işinə rəhbərliyə dəvət olundu. 30 ilə yaxın müddətdə elmi siyasi biliklərin təbliğinə dair yüzlərlə kitab broşur nəşr etdirdi.

 

40 mindən çox ziyalını öz ətrafında birləşdirən, sözün həqiqi mənasında, “ziyalılar evihesab olunanBilikCəmiyyətinin çap məhsullarının müəllifləri EA-nın akademikləri, müxbir üzvləri, elmlər doktorları namizədləri idilər.

 

1970-ci ildə Moskvada keçirilənAzərbaycan elm günləri”nin təşkilində fəallıq göstərdiyinə görə İsmət Səfərov ÜmumittifaqBilikCəmiyyətininFəal işə görəmedalı Fəxri fərmanı, o cümlədən, respublika zəhmətkeşləri arasında biliklərin yayılmasında, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində apardığı işlərə görə ÜİLKGİ MK-nın, Sovet Müharibə Veteranları Komitəsinin fəxri fərmanları döş nişanları, Fərdi-C Sübhan-C Muğan Beynəlxalq şirkətinin (İran) təşkil etdiyiZiyaMərkəzinin Fəxri diplomu, Sülhün təbliği sahəsində fəal xidmətlərinə görəQalib Sultan” Diplomu ilə təltif edildi.

 

1972-ci ildə SSRİ AFR arasında bağlanmış Moskva müqaviləsinin ratifikasiyası ilə əlaqədar Sovet nümayəndə heyətinin tərkibində Almaniya Federativ Respublikasında Azərbaycanın ləyaqətli təmsilçisi oldu. Bundan başqa, Almaniyanın “Rot-Front” “Rot-Fane” qəzetlərinin keçici bayraqları uğrunda Bakı proletariatının tarixi qələbəsi haqqında Sarbrugen Universitetində çıxış etdi.

 

1979-cu ildə SSRİ Jurnalistlər İttifaqının üzvlüyünə qəbul olundu.

 

İsmət Səfərov sonra fəaliyyətiniRespublikaqəzeti redaksiyasında davam etdirdi. O, Beynəlxalq həyat şöbəsinin müdiri oldu. Dünya bugüngündəlik rubrikası altında gedən materiallar oxucular tərəfindən rəğbətlə qarşılanır. Orijinal yazıları, xüsusən kitablar haqqında rəyləri iləRespublika”, “Azərbaycan”, “Ədəbiyyat qəzeti”, “KredoTəhsil problemləriqəzetlərində çıxış edir.

 

Azərbaycan mətbuatının tarixindən bəhs edənXalqlar dostluğunun parlaq səhifəsikitabının, bir neçə tərcümə kitablarının, 500-dən çox məqalə oçerkin müəllifi, neçə-neçə biblioqrafik göstəricinin tərtibçisi redaktoru olan İsmət Səfərov 2009-cu ildən Azərbaycan Dövlət İqtisad Universiteti Nəşriyyatının baş redaktoru kimi öz jurnalistlik fəaliyyətini davam etdirir.

 

Aybəniz ƏLİYEVA-KƏNGƏRLİ

filologiya üzrə elmlər doktoru

 

525-ci qəzet.- 2016.- 15 oktyabr.- S.23.