“Müstəqillik dövrü
Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı
olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami
adına Ədəbiyyat
İnstitutunda Azərbaycan
Respublikasının dövlət
müstəqilliyinin bərpasının
25 illiyinə həsr olunmuş “Müstəqillik
dövrü Azərbaycan
ədəbiyyatı” kitabının
təqdimat mərasimi
keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli kitabda müstəqillik dövrü ədəbiyyatının
təşəkkülü, formalaşması, ümumi
xüsusiyyətləri və
müasir inkişaf tendensiyalarının araşdırıldığını,
əsas yaradıcı
simalarına oçerklərin
həsr olunduğunu bildirib. Qeyd olunub ki, ötən 25 ildə Respublikamızda bütün
sahələrdə olduğu
kimi, elmin də inkişafına dövlət tərəfindən
böyük şərait
yaradılıb. Müstəqillik dövrü ədəbiyyatını
yetirən ictimai-siyasi
və tarixi-mədəni
durumu səciyyələndirən
akademik ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının taleyində
xilaskarlıq missiyasından
və yeni dövr ədəbiyyatının
formalaşmasındakı tarixi
rolundan danışıb.
Müasir ədəbiyyatın layiqli yer tutmasında
Prezident İlham Əliyevin Ulu Öndərin quruculuq missiyasını davam və inkişaf etdirdiyi vurğulanıb.
Qeyd olunub ki, 2015-ci il noyabrın 9-da AMEA-nın yaradılmasının
70 illik yubileyində söylədiyi nitqində
Prezident İlham Əliyev alimlərimizə
Azərbaycanın dövlət
müstəqilliyinin 25 illiyi
münasibətilə kitab
yazmağı tövsiyə
edib. Dövlətimizin başçısının tövsiyəsinə əsasən
AMEA tərəfindən dövlət
müstəqilliyimizin 25 illiyinə
“Müstəqillik yollarında”
adlı kitab həsr olunub. “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı
isə Ədəbiyyat
İnstitutunun ədəbi-mədəni
ictimaiyyətə yubiley
hədiyyəsi, eyni zamanda, müstəqil dövlətçiliyimizin 25 illiyinə
elmi hesabatıdır.
Sonra kitabın məsul redaktoru, filologiya elmləri doktoru Tehran Əlişanoğlunun “Müstəqillik
dövrü Azərbaycan
ədəbiyyatı: mərhələlər,
problemlər, simalar” mövzusunda məruzəsi
dinlənib. Məruzədə müstəqillik dövrü ədəbiyyatının
müxtəlif problemlərindən
ətraflı danışılıb.
Qeyd olunub ki, nəşrdə
15 fəsil, onlarla icmal və portret
oçerk, yüzdən
çox yarımbaşlıq
yer alıb. Kitab müstəqillik dövrü
Azərbaycan ədəbiyyatının
yeniliyini, zənginliyini
və təkrarsızlığını
ortaya çıxarır.
Digər çıxış edənlər
də müstəqillik
dövrünün bədii
ədəbiyyat və
ədəbiyyatşünaslıq qarşısında açdığı
geniş imkanlardan və kitabın əhəmiyyətindən danışıblar.
Akademik İ.Həbibbəylinin
rəhbərliyi ilə
iki cilddə, iri həcmdə (1890 səhifə) hazırlanmış
kitab monoqrafik səciyyə daşıyır.
“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabında icmal oçerklər də geniş yer almaqla yanaşı, əllidən çox yazıçı və şair haqqında portret oçerklər də verilib. İkicildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Ədəbiyyat İnstitutunun eyniadlı şöbəsində, digər şöbələrin əməkdaşlarının da fəal iştirakı ilə hazırlanıb. Ümumilikdə, kitab üzərində 45 müəllif işləyib.
Kitabın elmi redaktoru akademik İ.Həbibbəyli,
məsul redaktoru T.Əlişanoğludur.
525-ci qəzet.- 2016.- 18 oktyabr.- S.7.