Şəhid adının
ucalığı
Şəhid oğlum Aydının
əziz xatirəsinə
Sən mənim ətirli baharım idin,
Varım,
malu-mülküm, madarım
idin,
Aydınım, ölümün belimi
bükdü,
Sən mənim səbrimdin, qərarım idin,
Səbr-qərarımı apardı fələk.
Dərdin
ürəyimi yandırıb-yaxır,
Göz yaşım qurumur, sel olub axır,
Dağ çəkir bağrıma
yoxluğun, oğul,
Sən mənim xoş günüm-güzarım idin,
Xoş gün-güzarımı
apardı fələk.
Dünyadan köçəndə ata-analar,
Onları məzara oğul aparar.
Səni
ata qoydu məzara, əfsus,
Sən mənim qürurum, vüqarım idin,
Qürur-vüqarımı apardı fələk.
Kaş səni aparan məqamda əcəl
Məni aparaydı məzara əzəl.
Sən düşmən
çəpəri - hasarım
idin.
Əsdi
qara yellər, acı bəxtinə
Söküb hasarımı apardı fələk.
Oğul,
ayrılığın yamandır,
yaman,
Bir Allah bilir
ki, nə çəkir anan.
Deyir: - Sən tər gülüm, nübarım
idin,
Ətrindən, tamından kama yetməmiş,
Alıb nübarımı apardı
fələk.
lll
Aydın,
ey qeyrətli, hünərli övlad,
Varlığım, həyatım, ürəyim
oğul!
Aydın,
ey qəhrəman şöhrətli övlad,
Ömrümün mənası, köməyim
oğul!
Çəkdiyim zəhmətlər getmədi
hədər,
Böyüdün, sən oldun bir şanlı əsgər!
Düşməni məhv edib göstərdin hünər,
Fəxrim,
səadətim, gərəyim
oğul!
Vətənin yolunda keçdin canından.
Keçdin varlığından, qızıl
qanından.
Keçdin şəhidliyin imtahanından,
Sənə halal olsun çörəyim, oğul!
Torpağın, millətin çəkdin
qeyrətin,
Hifz etdin namusun, arın, ismətin-
İçdin şəhadətin şirin
şərbətin,
Behişti qazandın, mələyim
oğul!
Səni
itirəndən heç
üzüm gülmür,
Rahat yuxu nədir - gözlərim bilmir,
Təsəllim bir budur: Şəhidlər ölmür,
Dirisən əbədi, diləyim
oğul!
Əmirsoltan ABDULLAYEV
525-ci qəzet.- 2016.- 20 oktyabr.- S.8.