Ayrılıq nə yamandı
Yolları çən, dumandı
Kölgənizi üstümdən
Əskiltməyin amandı.
Sirat körpüsün keçdim,
Məşhədin suyun içdim
Şər toxumu səpmədim,
Cənnət güllərin biçdim.
Burda da vəfalıyam,
Dünyanızdan halıyam
Müşfiqimin anası
Leylamın qurbanıyam.
Darıxmayın gələcəm,
Sizi tək qoymayacam
Ruhum sağ-salamatdır
Sizə tez-tez dəyəcəm.
Müşfiq, dərd dən uzaq ol,
Daim şən
ol, qıvraq ol.
Mən daha uzaqdayam,
Atandan muğayat
ol.
Yarım haralardadı?
Yoxsa yenə ovdadı
Yurdum uzaq olsa da
Ruhum hey onunladı.
İntiqamı qoruyun,
Qəlbi qırıqdı, bilin.
Nəslin
birdənəsidir,
Onu yalqız
qoymayın.
Ömürdü sürüb gəldim,
Bura çatıb
dincəldim.
Yar-yoldaşı baş tacım
Haqqı məramım bildim.
Əhdə vəfadar olun,
Haqqa havadar olun.
Mən çox uzaqlardayam,
Siz dünyada
var olun.
lll
Ayrılıq gecə gəldi
Bilmədim necə gəldi
Mən nakam gedim deyə
Əzrayıl mərcə gəldi.
İntiqam döz, sakit ol
Sil gözünü rahat ol
Mən burdan göz qoyacam
Özündən muğayat ol.
Bağça gülüm solarsa
Can yoldaşım ölərsə
Qalxıb
bir də ölərəm
Ocağımız sönərsə.
Qumrular dənə gəldi
Yarım
çəmənə gəldi
Onu yola verincə
Mənimki mənə gəldi.
Yarım
küsəyən oldu
Eşqin
gizləyən oldu
Öldüm, son mənzilimi
Güllə bəzəyən oldu.
İntiqamı gəzərəm
Üstündə hey əsərəm
Xətrinə dəyməyin haa
Yoxsa sizdən
küsərəm.
Tarixdə izin olsun
Qələmin, sözün olsun
İntiqam, Müşfiqə çox
bax
Üstündə gözün olsun.
Ürəyimi yeyirdim
Qəm libasın geyirdim
Sənə son baxışımla
Elə bunu deyirdim.
Səadətim, göz yaşım
Səbirsiz can yoldaşım
Ailəmizi yola ver
Mən burda rahatlaşım.
Atamın
ulduzuydum
Onun madar qızıydım
Ovqatı
təlx olanda
İşvəsi, həm nazıydım.
Ar, qeyrət qanımdadı
Sədaqət canımdadı
İntiqam, arxayın ol
Doğmalar yanımdadı.
Bu nə ayrılıqdı,
oy
Yuxudu, xəyaldı,
oy?
Qız nəvəmiz olarsa
Adını Züleyxa qoy.
lll
Mən elə bilirdim səninlə qoşa
Hələ çox illəri
vurarıq başa
Nə ki arzumuz var
toxundu daşa
Məni yad əllərdə qoydun, Züleyxa.
Sən ata yurduma gəlin
gələndən
Otuz yeddi il
ötüşdü aradan
Nəvə həsrətiylə köçdün
dünyadan
Canı candan ayrı saldın, Züleyxa.
Sənə qalaq-qalaq əzablar
verdim
Səndə dözüm gördüm,
etibar gördüm
Ad günündə bir güllü yaylıq verdim
Onu dünya malı
sandın, Züleyxa.
Canın
atəşlərdə, odda
bişsə də
Dizlərin taqətdən, heydən
düşsə də
Ağıllı gözlərin zəifləsə
də
Sabahı görürdün aydın,
Züleyxa.
Əlim
gətirəndə havalanmazdın
“Onu al”, “bunu al” deyib durmazdın
Bir ucuz şalsa da məndən ummazdın
Bu nə ağ
libasdı geydin, Züleyxa.
Yan ötüşdün günahımdan,
suçumdan
Nələr çəkdi başın
mənim ucumdan
Birdəfəlik getmədin ki, içimdən
Həmişəlik orda qaldın, Züleyxa.
11.11.2015
İntiqam MEHDİZADƏ
525-ci qəzet.- 2016.- 22 oktyabr.-
S.23.