“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” - fundamental elmi nəşr

 

 

 

Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuşMüstəqillik dövrü Azərbaycan ədəbiyyatıikicildliyinin təqdimat mərasimi keçirilib.

 

İkicildlikMüstəqillik dövrü Azərbaycan ədəbiyyatıkitabı Ədəbiyyat İnstitutunun eyniadlı şöbəsində, digər şöbələrin əməkdaşlarının da fəal iştirakı ilə hazırlanıb. Ümumilikdə, kitab üzərində 45 müəllif işləyib.

 

Nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, məsul redaktoru filologiya üzrə elmlər doktoru Tehran Əlişanoğludur.

 

Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, türkiyəli professor Yavuz Akpınar, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Himalay Qasımov  çıxış ediblər.

 

H.Qasımovun çıxışını qəzetimizin oxucularına təqdim edirik.

 

Son illər akademik İsa Həbibbəylinin rəhbərliyi, müəllifliyi təşkilatçılığı ilə Nizami adına Ədəbiyyat İnstitutu ədəbiyyatımızın dünəni, bu günü gələcəyi ilə bağlı bir sıra taleyönlü problemləri elmi tədqiqat obyektinə çevirir ki, təqdimatına könül xoşluğu ilə qatıldığımız qlobal çevrəsi tədqiqat prinsiplərinin çeşidi ilə heyrət doğurasıMüstəqilliyin şərəfli yolu müstəqillik ədəbiyyatı”, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatıiki cildliyi buna əyani sübutdur.

 

Prezident İlham Əliyevin 2016-cı iliMultikulturalizm ilielan etməsi  bu qlobal, taleyönlü məsələnin istiqamətlərini hədəflərini düşüncəyə çıxarmasıMüstəqilliyin şərəfli yolu müstəqillik ədəbiyyatı”nın da bir problem olaraq rakurslarının elmi düşüncə müstəvisində incələnməsinə münbit zəmin yaratmışdır. Bunu deyərkən mən həm Ulu Öndərimiz Heydər Əliyevin müstəqil dövlət konsepsiyasının müstəqillik ədəbiyyatının, azərbaycançılıq ideyalarının inkişafında müstəsna rolunu nəzərdə tuturam.

 

Təqdimatına könül xoşluğu ilə qatıldığımız bu fundamental kitabların hər biri özündə səkkiz fəsli bu fəsillərdən qaynaqlanan, onların başlıca ideya - mövzu problematikasını bütün mümkün qövsləri ilə özündə ehtiva edən, hədəflərin mənasını elmi çözüm müstəvisinə çıxaran bölmələrdən ibarətdir.

 

Fəsil bölmələr müstəqillik dövrünün ictimai- siyasi, milli- mənəvi regional tarixi gedişatı kontekstində dövrün ədəbiyyatının özəl dəyərləri haqda komseptual elmi fikir sərgilənməsinə zəmin yaradır.

 

Böyük yunan filosofu Aristotel poeziyanın imkanlarından çıxış edərək onu tarixdən daha ciddi fəlsəfi hesab edirdisə, ZərdüştAvesta”sında böyüklərin düzənində peyğəmbərlərdən sonra şairlərin yer aldığını dilə gətirirsə, ulu Nizami dünya səfində peyğəmbərlərdən sonra şairlər gəlir qənaətindədirsə, deməli çağımızda ədəbiyyata, məxsusi olaraq müstəqillik ədəbiyyatına bu qədər önəm verilməsi təbii qanunauyğundur. Çünki ədəbiyyat daim ilahi başlanğıcdan, milli- mənəvi dəyərlərdən güc alır, enerji toplayır. Azərbaycanımızın müstəqillik dövründə bu kimi dəyərlər yeni bir məna, özəl bir vüsət kəsb edir. Mən müstəqilliyimizin şərəfli yolu ilə ədəbiyyatının bir araya gətirilərək fundamental bir araşdırmanın meydana çıxarılmasından qürurlanıram başda çağdaş filoloji elmimizi tükənməz enerjisi ilə zirvəyə ucaldan akademik İsa Həbibbəyliyə onun rəhbərlik etdiyi elm ocağında gərgin əmək sərf edən dəyərli alimlər ordusuna sonsuz minnətdarlığımı bildirirəm. Azərbaycan Milli Elmlər Akademiyasının zəngin tarixi yaşarlı ənənəsi olan Nizami adına Ədəbiyyat İnstitutunun elmi- intellektual axtarışlarının, gərgin zehni əməyinin bəhrəsi olan bu kitablar hər kəsi qürurlandırır. Düşüncə bu fundamental araşdırmaların fəsil bölmələri müstəvisində irəlilədikcə tariximiz, taleyimiz ədəbiyyatımızın özəl dəyərləri qəlbimizə hopur, tarixləşir sonucda insanı vəcdə gətirir. Qlobal düşüncə çevrəsi ilə mühüm maraq kəsb edən bu fundamental tədqiqat əsəri Azərbaycanımızın şanlı müstəqillik tarixinə ən layiqli töhfədir. Ədəbiyyat nəzəriyyəsini, ədəbiyyat tarixini, ədəbi tənqidi bir araya gətirərək problemlərinin incələnməsinə yönələn bu kitablarda sözü gedən çağın ədəbiyyatına münasibətdə tarixiliklə müasirlik sintez təşkil edir. Bunu deyərkən biz tədqiqat əsərinin strukturunu, onun mümkün rakurslarda mövzu, ideya janr özəlliklərinin nəzəri-estetik baxımdan konseptual təhlilini, tədqiqini elmi ümumiləşdirməsini nəzərdə tuturuq.

 

Akademik İsa Həbibbəylinin analitik düşüncəsilə incələnənMüstəqilliyin şərəfli yolu müstəqillik ədəbiyyatı”, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı 1990-cı illərdəkimi qlobal başlıqlar mahiyyət müstəvisində şərh edildikcə ədəbiyyatımızın kimi qövslərdə irəliləyişi göz önündə canlanır. Belə bir elmi-nəzəri, ictimai-siyasi, sosial-tarixi şərh ümumiləşdirmələrdən təkanlanan fəsillərin kontekstdə bir-birini tamamlaması bu baxımdan əlbəttə ki, təbiidir.  Müstəqillik haqqında odafəsli ruhi-mənəvi yük daşıyıcı olan ürək ilkin səslənsin döyüntüsü bir simvol olaraq sonrakı fəsillərdə eşidilsin. Bu struktur düzən qlobal mövzunun mahiyyət müstəvisində tədqiqinə, təhlilinə elmi-nəzəri ümumiləşdirmələr aparılmasına hesablandığı üçün ən optimal olması fikrindəyəm. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının təşəkkülü” (İsa Həbibbbəyli Tehran Əlişanoğlu) adlı ikinci fəsil özünün geniş əhatə dairəsi ilə fərqlənir. Bu fəsildəUlu öndər Heydər Əliyevin xilaskarlıq missiyasıbölməsinin ilk öndə yer alması əlbəttə ki, təbii qanunauyğundur. Çünki Ulu Öndərin xilaskarlıq missiyası bütün çevrələrdə tarix yaratdı tarix yazdı. Daha doğrusu müstəqilliyimizin banisi müstəqillik ədəbiyyatının təşəkkülü üçün xarüqüladə əmək sərf etdi.

 

Fəsillərdən boy atan areal “Qarabağ müharibəsinin ədəbiyyatda inikasıkimi mühüm bir mövzunun tədqiqat obyektinə çevrilməsi ilə daha da genişləndi, “Portret oçerklər”in, nəsrin, poeziyanın, dramaturgiyanın, müasir bölgə ədəbiyyatının çağdaş elmi ədəbiyyatşünaslıq düşüncəsi müstəvisində bütün mümkün rakursları ilə səciyyələndirilməsinə zəmin yaratdı.

 

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı müasir mərhələdəadlı səkkiz fəsildən ibarət olan ikinci kitab problemlərin qoyuluşu baxımından birincinin davamı konkret zaman kəsimində inkişafıdır. Bu kitabınƏdəbi-mədəni prosesadlı birinci fəsli akademik İsa Həbibbəylinin professor Tehran Əlişanoğlunun 26 səhifəlik konseptual araşdırması ilə başlayır ki, bu da fəslinPortret oçerklər”i üçün kontekst, həm assosiativ düşüncə imkanı yaradır. Nəticədə fakturası, hədəfləri düşüncə arealı ilə fərqlənənMüasir Azərbaycan nəsrifəslinin aktual problemlərini tarixiliklə müasirliyin sintezi əsasında bütün mümkün rakursları ilə təhlil edib elmi fikir formalaşdırmaq imkanı yaranır. FəslinYeni Azərbaycan obrazı  ilə (T.Əlişanoğlu) başlayan bölməsi dövrün romanlarının səciyyəvi xüsusiyyətləri, janr modelində baş verən dəyişikliklər axtarışlar müstəvisində düşüncə predmetinə çevrilir.  FəslinPortret oçerklər”indəki təhlillər konkret hədəflərə yönəlikliyi ilə mühüm maraq kəsb edir ki, bu da prosesdə müasir nəsrin inkişaf istiqamətləri barədə elmi mülahizə formalaşdırır.

 

Müasir Azərbaycan poeziyasıadlı üçüncü fəsildə şərh olunan məsələlər XXI əsrin poeziyasının inkişaf istiqamətləri barədə konkret elmi qənaətlərə gəlmək imkanı yaradır. Portret oçerklər”də çözülən örnəklər müasir Azərbaycan poeziyasının kimi keyfiyyət dəyişmələri əldə etməsini üzə çıxarır. Bu kimi konseptual açıqlamalar, təhlil, tədqiq elmi ümumiləşdirmələr prosesdəMüasir dramaturgiya teatr” (IV fəsil), “Ədəbi cərəyanlar müasir Azərbaycan ədəbiyyatında” (V fəsil), “Müstəqillik illərində uşaq ədəbiyyatı” (VI fəsil), “Elmi ədəbi tənqidi fikir müasir mərhələdə” (VII fəsil), “Müasir Azərbaycan ədəbiyyatının dünya konteksti” (VIII fəsil) fəsilləri ilə üzvü sintez yaradır ki, bu da sonucdaMüstəqillik dövrü Azərbaycan ədəbiyyatı müasir mərhələdəkitabının hədəflərinin mənası haqda konkret elmi qənaətlərin formalaşmasına gətirib çıxarır.

 

Gərgin əməyin, yaradıcı axtarışların bəhrəsi olan bu kitablar Azərbaycan filologiyasına yeni bir nəfəs genişliyi gətirmiş oldu. Təqdimatına böyük coşğu ilə qatıldığımız bu əsərlər heç şübhəsiz ki, müasir ədəbi prosesi rövnəqləndirəcək və elmi-nəzəri düşüncəmiz üçün mühüm güc mərkəzinə çevriləcək. Ali məktəblərin Filologiya fakültələrinin tələbələrinin filoloji düşüncələrinin hədəflərə yetməsi üçünmühüm baza olacaq.

 

 

Himalay QASIMOV

ADPU-nun kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor

 

525-ci qəzet.- 2016.- 22 oktyabr.- S.15.